Cümə axşamı günü, 08 oktyabr 2026
     

Türkdilli dövlətlərin vahid kino industriyasının yaradılması gündəmdə...

Image


Tarixən Azərbaycan ümumtürk mədəniyyətinin formalaşmasına xidmət edib və Türk dünyasının birliyi naminə meydana çıxan ideyaların da əsas mərkəzi ölkəmiz, ziyalılarımız, fikir adamlarımız olublar. 

Heç şübhəsiz ki, ümumtürk birliyini daha da möhkəmlətmək üçün qarşılıqlı mədəniyyət layihələri həyata keçirilməlidir. Nəzərə alsaq ki, mövcud variantlar sırasında kino, serial çəkilişləri daha təsirlidir, bu baxımdan türkdilli dövlətlər tərəfindən müştərək kino, serial layihələrinin həyata keçirilməsi vacibdir. Türkdilli ölkələrin ortaq tariximizə, həyat tərzimizə, mədəniyyətimizə dair filmlər çəkməsi zərurətdir. Çünki bu filmlər vasitəsilə biz-birimizin düşüncəsini daha yaxından görə bilərik.  

Azərbaycan illərdir digər türkdilli ölkələrlə ortaq filmlər, seriallar çəkmək ideyasını gündəmə gətirir. Bu barədə fikirlər dəfələrlə Azərbaycan kinematoqrafları tərəfindən dilə gətirilib. Artıq bu ideya ətrafında digər türkdilli dövlətlər də birləşmək niyyətini ortaya qoyublar. Qazaxıstan təmsilçiləri artıq bu barədə niyyətlərini açıqlayıblar.

Türkdilli dövlətlərin müştərək filmlər və seriallar istehsal etməsinin faydaları haqqında danışan ekspertlər hesab edirlər ki, bu filmlər və seriallar əsasən ortaq tariximizlə bağlı olmalıdır.

  • Şamil Əliyev: “Türkdilli dövlətlərin müştərək filmlər istehsal etməsi bir zərurətdir”

Tanınmış kinorejissor Şamil Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu layihə gerçəkləşərsə, bunun həm ümumtürk birliyinə böyük faydası dəyər, həm də türkdilli ölkələrin kino sənayesinin inkişafına təkan olar.

“Türkdilli dövlətlərin kino sahəsində də birgə fəaliyyəti ancaq ümumi inkişafa səbəb ola bilər. Bu və ya digər səbəblərdən türkdilli ölkələrin bəzilərinin kinosu inkişaf edib, bəzilərində isə inkişaf zəif gedir. Bu sahədə elə addımlar atılmalıdır ki, ümumkino sanayesi inkişaf etsin. Bu gün kino sahəsində Türkiyə irəlidə olan dövlətdir. Türkiyənin kino sənayesi artıq oturuşub, onun istehsal etdiyi seriallar artıq dünya dövlətlərinə satılır. Orada kino sanayesinin tələblərinə uyğun işlər görə bilirlər. Keçmiş sovet ərazisində olan türkdilli dövlətlərdən də bəziləri bu sahədə irəli gedir, bəziləri geridə qalır. Məsələn, Qazaxıstan bu sahədə bir az irəlidədir. Çünki onlar Hollivudla müəyyən qədər layihələr həyata keçirdilər və orada kino sənayesi bir qədər inkişaf edə bildi. Amma yenə də Türkiyə səviyyəsində deyil. Kino sənayesi ancaq kino çəkib kənara qoymaq deyil, kino sənayesi o çəkdiyin filmlərin yayımını, prokatını təşkil etməkdir. Bu vacib məsələdir. Türkdilli xalqların dil, mədəniyyət, tarix birliyi bu sahənin inkişafına böyük fayda verə bilər”.

Ş.Əliyevin fikrincə, ortaq tariximiz, mədəniyyətimizlə bağlı maraqlı filmlər, seriallar çəkmək mümkündür. O hesab edir ki, “Dədə Qorqud” serialını bu üsulla çəkmək olar. “Məsələn, bir neçə il bundan əvvəl “Dədə Qorqud” filminin ikinci dəfə çəkilməsi ilə bağlı möhtərəm Prezidentimiz sərəncam imzalayıb. Prezidentimiz bu filmin çəkilməsinə böyük əhəmiyyət verir. Lakin hələ də bu filmin çəkilməsi reallaşmayıb. Aydın məsələdir ki, bunun səbəbi bizim kino sənayemizin yüksək səviyyədə olmaması ilə bağlıdır. Biz kino sənayesini qurmaq istəyirik. Cənab Prezident bununla bağlı çox vacib sərəncamlar imzalayıb. Kinoya dövlət qayğısı var. Bu da kino sənayesini yaratmaq və kinonu bir incəsənət növü kimi qoruyub saxlamaqdan ibarətdir. Amma kino sənayesinin yaradılması böyük zərurətə çevrilib. Ona görə də bizim kino sənayemiz “Dədə Qorqud” filminin tələblərinə cavab vermədiyi üçün onun çəkilişləri dayandırıldı. Burada maddi-texniki, insan resursları kimi amillər var. Hətta burada yaradıcılıq məsələsi də var. Dədə Qorqud bizim ortaq abidəmizdir. Bu mövzuda müştərək film çəkilməlidir. Türk birliyi, türk mədəniyyəti heç bir mədəniyyətə qarşı deyil, heç bir millətə qarşı çevrilməyib. Orada məqsəd ancaq ümumdünya mədəniyyətində inkişaf etmək, qaynayıb qarışmaq, digər mədəniyyətlərə və öz mədəniyyətimizə təkan verib inkişaf etməkdir. Türkdilli xalqların mədəniyyətində çox humanist çağırışlar, çalarlar var. Türkdilli dövlətlərin müştərək filmlər istehsal etməsi bir zərurətdir” - deyə Ş,Əliyev bildirdi.   

  • Əkbər Qoşalı: “Türkdilli dövlətlərin ortaq telefilmlərinin, sənədli filmlərinin çəkilməsi, ümumən kino təsərrüfatımızın bir-birinə qaynayıb-qarışması ayrı bir hadisə olardı”

Azərbaycanda ATATÜRK Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalının sözlərinə görə, belə bir layihə gerçəkləşərsə, bunun bütün ölkələrə faydası dəyər. “...Heç kəsə sirr deyil ki, ərazi bütövlüyü pozulmuş, elan olunmamış müharibəyə cəlb edilmiş ölkə olaraq bizim belə bir gündəlik telemübadiləyə çox ehtiyacımız var. Türk Şurasının üzvü olan digər ölkələrin də öz həqiqətlərini, problem və uğurlarını yaymaq, turizm axınını gücləndirmək və s. baxımından qazanacaqları az olmayacaq. Bir də, “niyə”siz, “necə”siz bir yanaşma ilə söyləsək, axı biz canıbir, qanıbir qardaşlarıq. Qardaş qardaşını başqaları vasitəsilə deyil, birbaşa tanımalıdır, özü də yaxşı tanımalıdır, ruhubir olmalıdır. İndiki dövrdəsə bir-birini yaxından tanımaq önəmli dərəcədə televiziyalardan, virtual aləmdən, İKT-dən keçir.

Bu planda, türkdilli dövlətlərin ortaq telefilmlərinin, sənədli filmlərinin çəkilməsi, ümumən kino təsərrüfatımızın bir-birinə qaynayıb-qarışması ayrı bir hadisə olardı. Çünki filmlərin yaddaşda buraxdığı iz, film qəhrəmanlarının adlarından tutmuş, həyat kredolarının, mübarizələrinin yayğınlaşmasınadək heç bir şey gözardı edilə bilməz. Belə yayğınlaşma bizlər üçün bir neçə mənada önəm ərz edərdi. Həm yabançı axınlara qarşı duruşumuzu gücləndirərik, həm ümumtürk immunitetini qüvvətləndirərik, həm də ortaq dəyərlərimizi təbliğ edər, universallaşdırarıq.

Bilirsiniz, belə addımlar müəyyən fikir ayrılıqlarına, anlaşılmazlıqlara da ayar verər, tarixə və gələcəyə ortaq baxışın formalaşmasına ciddi kömək edərdi. Ortaq gələcəyin inşası necə olur? Müstəqillik illərində qazanılmış uğurlarla yanaşı, artıq zamanı çatmış növbəti addımları atmaqla: ortaq proqramlar, dərsliklər, yeni filmlər, davamlı teleradio yayımları və s. Beləliklə, bir neçə ildən sonra biz bir-birimizi, sözün bütün mənalarında, daha yaxşı anlaya biləcəyik” - deyə Ə.Qoşalı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ