Cümə axşamı günü, 08 oktyabr 2026
     

Xətaidən, Qacardan, Nadir şahdan kino çəkilişinə İran mane olur?...

Image


Azərbaycan 28 ildir dövlət müstəqilliyi qazanmasına baxmayaraq, bəzi istisnaları nəzərə almasaq, hələ də tarixi dövlətçiliyimizin formalaşmasında böyük rolu olan Azərbaycan şahları, hökmdarları haqqında bədii filmlər, seriallar çəkilməyib.

Sovet dövründə Quba xanı Fətəli xan haqqında “Fətəli xan”, son illər isə Gəncə xanı Cavad xanın həyatından, qəhrəmanlığından bəhs edən “Cavad xan” və Qarabağ xanı İbrahim xanla bağlı isə “Hökmdarın taleyi” bədii filmləri çəkilib.

Dövlət müstəqilliyimizin ilk illərində kinorejissor Əbdül Mahmudbəyov Şah İsmayıl Xətai haqqında bədii film çəkməyi planlaşdırırdı, lakin məlum olmayan səbəblərdən həmin filmin ssenarisi ekran işinə çevrilə bilmədi. Ağa Məhəmməd şah Qacar haqqında da bədii filmin çəkiləcəyi barədə söhbətlər dolaşırdı. Səhv etmiriksə, o dövrün mətbuatında həmin filmi də Ə.Mahmudbəyovun çəkəcəyi haqqında məlumatlar vardı. Ancaq bu film də çəkilmədi.

Kino ictimaiyyətində gəzən söz-söhbətlərə, mövcud olan qeyri-rəsmi məlumatlara görə, indiyə qədər Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Şah Abbas və başqa hökmdarlarımız barədə filmlərin çəkilməməsinin səbəbi İranın bu şəxsiyyətlər haqqında filmlər çəkilməsinə maneçilik törətməsidir. Deyilənə görə, Azərbaycan tərəfi bu mövzularda film çəkmək təşəbbüsünü ortaya qoyan kimi, İran tərəfi buna etiraz edir və bildirir ki, onlar Azərbaycan hökmdarları kimi deyil, İran hökmdarları kimi təqdim edilməlidirlər, əks halda, bu haqda film çəkə bilməzsiniz.

İranın Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Şah Abbas kimi hökmdarlarımızla bağlı filmlər çəkilməsinə mane olması nə dərəcədə real görünür?

  • Şamil Əliyev: “Bu haqda heç bir məlumatım yoxdur”

Tanınmış kinorejissor Şamil Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələdə İranın hər hansı bir təsirinin olub-olmadığı haqqında məlumatı yoxdur. Rejissorun sözlərinə görə, o şəxsiyyətlər haqqında filmlərin çəkilməməsinin səbəbi İran faktorundan çox, ölkəmizdə film çəkmək üçün güclü maddi-texniki bazanın olmamasıdır. “Bilirsiniz, bu daha çox siyasi sferaya daxil olan insanların münasibət bildirməli olduğu, cavab verməli olduğu məsələdir. Mən bilmirəm ki, İran bu məsələdə bizə mane olub, ya olmayıb. Bu haqda heç bir məlumatım yoxdur. Şah İsmayıl Xətai, yaxud Nadir şah Əfşar haqqında film çəkmək niyə mümkün deyil? Bu yalnız istehsalat prosesinin ağırlığı və çətinliyi ilə bağlıdır. Azərbaycan kino sənayesi quruculuğu hələ özünün ilk addımlarını atmaq istəyir. Kino sənayesi əhatəli sahədir. Müasir dövrdə Azərbaycan kinosunun maddi-texniki bazası, insan resursları imkan vermir ki, o cür genişmiqyaslı, sanballı proyektlər təkbaşına həyata keçirilsin. Bundan ötrü hazırlaşmaq lazımdır. Mən rejissoram, sabah məni çağırıb desələr ki, Şah İsmayıl Xətai haqqında film çəkməlisən, mənim onlara ilk sualım bu olacaq ki, hansı bazada, kiminlə, necə çəkəcəyəm? Bu suallara kim cavab verəcək. Bu söhbətlər kifayət etdiyi üçün, mən onun siyasi tərəfinə baş vurmuram”.

O bildirdi ki, Rusiyada yaşayan azərbaycanlı məşhur kinossenarist Arif Əliyevi Azərbaycan Mədəniyyət Nazirliyi Şah İsmayıl Xətai haqqında çəkilməsi nəzərdə tutulan filmə ssenari yazmaq üçün dəvət edib, lakin sonra bu filmlə bağlı məsələ naməlum səbəblərdən qapadılıb. “Həmyerlimiz Arif Əliyev Rusiyada barmaqla sayılacaq peşəkar, istedadlı ssenari yazarlarından biridir. Onun ssenari müəllifi olduğu filmlər iki dəfə “Oskar” nominasiyasına çıxıb. Azərbaycanda hələ onun ssenarisi əsasında film çəkilməyib. O, Rusiyada “Yekaterina”, “I Pyotr” kimi filmlərin ssenari müəllifidir. Bu gün Rusiyada tələbat olan ssenari yazarlarından biridir. Məndə olan məlumata görə, Arif Əliyevi mədəniyyət nazirimiz hörmətli Əbülfəs Qarayev Şah İsmayıl Xətai layihəsilə bağlı bura dəvət etmişdi, bu filmə ssenari yazmaq işi ona həvalə edilmişdi. Layihə hazır idi. O özü bu barədə mənə danışıb. Dedi ki, mən hazır idim. Lakin sonra hansısa səbəbdən bu layihə alınmayıb. Hesab edirəm ki, bu filmin alınmaması bizdə maddi-texniki bazanın aşağı olması ilə bağlıdır” - deyə Ş.Əliyev vurğuladı. 

  • Yunus Oğuz: “Əslində, belə bir məsələ yoxdur, bu, rejissorların bir bəhanəsidir”

“Nadir şah”, “Əmir Teymur” və digər tarixi əsərlərin müəllifi, yazıçı-dramaturq, “Olaylar” qəzetinin və eyniadlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz “Bakı-Xəbər”ə bildirdi ki, bu mövzularda filmlərin çəkilməməsində İran faktoru yoxdur, bu, bəzi rejissorların özlərini əziyyətə salmamaq  üçün sadəcə bəhanədir. “Əslində, belə bir məsələ yoxdur, bu, rejissorların bir bəhanəsidir. Onlar filmləri çəksinlər və tarixi bəlgələri yazsınlar. Məsələn, Səfəvi dövlətinin hökmdarı Şah İsmayıl Xətai, yaxud Əfşar şahı Nadir şah və s.  - o zaman İran padşahı olmayıb. Şah İsmayılın hökmdar olduğu dövlət Səfəvi dövlətidir, Nadir şahın dövləti isə Əfşar dövlətidir. Fakt budur ki, onlar öz dövlətlərini qurublar. Ağqoyunlularda Bayandur, Qaraqoyunlularda Qaraqoyun, Sacilərdə Saci Azərbaycan dövləti olub. Bu onların hamısının möhüründə də var. Sacilər dövlətinin adında Azərbaycan var. Bəzi rejissorlar bu iddianı irəli sürməklə yalan danışırlar. Məlumatıma görə, “Cavad xan” filmini montaj etmək üçün İrana apardılar və İran 1 milyon pul vermişdi deyə, İrana sərf etməyən hissələri götürdülər. Rəhmətlik Rövşən Almuradlı da bir söz deyə bilmədi. Ona görə də İranın bu məsələdə müəyyən qədər marağı var. Mənim özümə də təkliflər olunmuşdu ki, Nadir şahı Azərbaycan şahı kimi yox, İran şahı kimi yaz, sənin üçün nə istəyirsən edirik. Belə şeylər var. Mən də dedim o vaxt İran şahı vardı? Əvşar şahı vardı, o da azərbaycanlı idi. Azərbaycan rejissorları tam olaraq müstəqil şəkildə onlar haqqında film çəkə bilərlər”.

Azərbaycanda bu filmlərin çəkilməsi üçün maddi-texniki bazanın da olmadığı deyilir. Bu məsələyə gəlincə, Y.Oğuz qeyd etdi ki, Azərbaycanda bu gün film çəkmək üçün şərait də, maddi-texniki baza da var, sadəcə, rejissorlar işləməlidirlər. “Bizdə maddi-texniki baza var, təki istək olsun. Film çəkmək istəyən rejissor istəsə, maddi-texniki bazanı Türkiyədən də, Ukraynadan da, başqa ölkələrdən də gətirə bilər. Ola bilsin, bu filmlər dövlət sifarişi ilə çəkilərsə, dövlətlər bir-birinə etiraz edə bilərlər. İran rəsmi olaraq 1936-cı ildə o adı qazanıb, bizim dövlətə isə rəsmi olaraq 1918-ci ildə Azərbaycan adı verilib. Azərbaycan adı çox qədimdir. Hətta dövlətlərimiz, tarixi şəxsiyyətlərimiz bu adı daşıyıb”.

Y.Oğuz qeyd etdi ki, bu gün Azərbaycanda Azərbaycan şahları, hökmdarları, xanları haqqında bədii filmlər çəkilməlidir. “Bizim bu gün çox böyük hökmdarlarımızın çoxu haqqında filmimiz yoxdur. Nadir şah, Uzun Həsən, Atabəy Eldəniz, Şah İsmayıl, Əmir Teymur haqqında filmimiz varmı? Yoxdur. Bu bizim bədbəxtliyimizdir. Dövlət müstəqilliyimizin 28-ci ilini yaşayırıq, ancaq bizim tarixi filmlərimiz yoxdur. Son dövlər çəkilən bir-iki tarixi filmin də heç biri, təəssüflər olsun ki, Azərbaycanın bütövlüyünü göstərmir. Müəyyən bir məqamda “Cavad xan” göstərir, o da yarımçıqdır. Həmin filmdə Cavad xan ümumən Azərbaycan kontekstində göstərilmir. Onun yalnız Rusiyaya qarşı mübarizəsi göstərilir. O burada bir azərbaycançı kimi təqdim edilmir. Əslində, o vaxtlar azərbaycançılıq məsələsi yox idi. Həmin dönəmdə hətta din də arxa plana keçmişdi. Çünki  1815-ci ildən sonra din məsələsi bir az qabardıldı və XIX əsrin ortalarında bəhailər ortaya çıxdı.   Çəkilən filmlərdə, bütövlükdə, xalqın ruhu göstərilir. Bu, “Cavad xan”da bir az var. Xalqımızın ruhunu ortalığa qoyan tarixi filmlərimiz yoxdur. Hətta Qarabağa aid də belə filmimiz yoxdur. Bu da təəssüf doğurur” - deyə Y.Oğuz qeyd etdi.

  • Məhərrəm Zülfüqarlı: “Bizim şahlarımız haqqında bədii-tarixi filmlər çəkməyimizə İran mane ola bilməz, çünki onların heç biri İran şahı deyil”

Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının da bildirdiyinə görə, bu mövzuda filmlərin çəkilməməsinə səbəb kimi İranın maneçilik törətdiyini demək həqiqəti əks etdirmir. “Bu məsələdə İran amilini qabartmaq yanlış məsələdir. Birincisi, adlarını qeyd etdiyiniz hökmdarlar haqqında filmlər çəkilməsinə Sovet dövründə də qadağa qoyulmuşdu. Məsələn, “Fətəli xan” filmi çəkilib, ancaq o sırf sovet ideologiyasına uyğun ekranlaşdırılıb. Hətta Babəki sosial bərabərlik uğrunda mübarizə apardığına görə kommunistlərlə eyniləşdirirdilər.

Nadir şaha gəlincə, deyim ki, bilirsiniz ki, Nadir şah II Təhmasibin dövründə dövlət zəifləyərkən Azərbaycan dövləti olan Səfəviləri ayaq üstünə qaldırdı. Osmanlıları, rusları və özbəkləri Azərbaycan ərazisindən çıxardı, dövlətin ərazilərini bərpa etdi, möhkəmlətdi. O, ruslara qarşı siyasət yürüdürdü, onlarla mübarizə aparırdı. Təbii ki, belə bir şəxsiyyət haqqında Sovet dövründə film çəkilməsinə icazə verilməzdi. Qaldı Qacarlara, onlara münasibətdə bu gün də Sovet dövründən qalma yanaşma var. Bu gün Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarı qəhrəman hesab edirik, ancaq onun müttəfiqi, Azərbaycanın fəxri olan, xalqımızın qəhrəman oğlu Abbas Mirzəni, yaxud Qacarı işğalçı hesab edirik. Yəni bunu şüurlardan çıxarmaq mümkün deyil. Ola bilsin, Qacara, Nadir şaha, Abbas Mirzəyə və başqalarına münasibətdə bəzi rejissorlar sovet təfəkkürü ilə yanaşırlar. Bu baxımdan, onlar bu mövzuda film çəkmək istəmirlər. Hesab edirəm ki, bizim şahlarmız haqqında bədii-tarixi filmlər çəkməyimizə İran mane ola bilməz, çünki onların heç biri İran şahı deyil. Biz film çəkməyə cəhd göstərmirik. O vaxt Şah İsmayıl Xətai haqqında filmin çəkilməsi aktuallaşanda bu məsələ müzakirəyə çıxarıldı və ölkəmiz iki yerə bölündü, bir tərəf dedi ki, onun haqqında film çəkilməlidir, bir qisim insan isə böyük şəxsiyyətimizə məhəlli təfəkkürü ilə yanaşdılar. Dedilər ki, biz niyə Şah İsmayıl haqqında film çəkməliyik. Bunu deyənlər Azərbaycan tarixini bilməyənlərdir. Bu gün Azərbaycanda Şah İsmayıl, Nadir şah, Qacar, Abbas Mirzə haqqında bədii filmlər çəkilməlidir” - deyə M.Zülfüqarlı bildirdi. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ