Cümə axşamı günü, 08 oktyabr 2026
     

Məşhur kinolarımızdakı dialoq-monoloq mətnlərini təhriflə bərbad günə qoyan reklamçılar...

Image


Hüseyn Mehdiyev: “Biz filmlərdən qanunsuz istifadə edənlərə irad bildirəndə deyirlər ki...”
“Gildiya filmdən istifadəyə o halda razılıq verir ki, filmin nüfuzuna heç bir xələl gəlməsin”
Hacıəmi Atakişiyev: “Reklam haqqında” Qanunda filmlərdən istifadə qaydaları ilə bağlı məsələ yoxdur”

 

Azərbaycanda bir sıra istehsalçı şirkətlər istehsal etdikləri məhsulların reklam çarxlarını hazırlayarkən klassik Azərbaycan filmlərindəki populyar dialoqlardan, replikalardan, artıq zərb-məsələ çevrilən ifadələrdən istifadə edirlər. Ağrılı hal ondan ibarətdir ki, bu parçalar, dialoqlar, replikalar təhrif edilərək şirkətlərin maraqlarına uyğun şəkildə təqdim edilir.

İndiyə qədər bir neçə klassik filmin mətnlərindən bu şəkildə istifadə edilib, təhriflərə görə isə bu addımı atan şirkətlərə qarşı heç bir hüquqi, ictimai cəhətdən tədbirlər görülməyib. Mebel şirkətlərindən tutmuş, tum istehsal edən sexlərə, lombardlara, banklara qədər əksər qurumlar klassik Azərbaycan filmlərindən istifadə edirlər.

Şirkətlər özləri xərc çəkib məhsullarına uyğun reklamlar hazırlatmaq əvəzinə, bu cür ucuz işlərə əl atırlar. Halbuki, bütün şirkətlərin özlərinin reklam bölümündə xüsusi ssenaristlər, rejissorlar çalışmalıdır. Yəni şirkətlərin məhsullarının reklamı üçün çarxları həmin insanlar çəkməlidirlər.

Bu gün hazıra nazir olmaq istəyən yerli istehsalçı şirkətlər özlərini əziyyətə salmaq, daha çox pul xərcləmək istəmirlər və daha ucuz başa gələn işdən yapışırlar.   

Bir sıra reklam çarxlarında klassik bədii filmlərimizdən parçaların yer alması müəllif hüquqlarının da pozulmasına gətirib çıxardığı şübhəsizdir. Qeyd edək ki, bəzi mütəxəssislərin qənaətinə görə, maarifləndirmə xarakterli, dövlət əhəmiyyətli məsələnin işıqlandırılmasına yönəlmiş sosial reklamlar istisna olunmaqla, bütün hallarda audiovizual əsərlərdən istifadə hüquq sahibinin razılığı ilə həyata keçirilməlidir. Bildirilənə görə, hüquq sahibi istəsə, ona qonorar da ödənməlidir, yəni bu onun hüququdur.

Qeyd edək ki, bir neçə il əvvəl hətta bəzi reklam şirkətləri filmlərdən qanunsuz istifadə etdiklərinə görə Müəllif Hüquqları Agentliyi tərəfindən məhkəməyə verilmişdi. Söhbət “Uzaq sahillərdə” filmindən qanunsuz istifadədən gedir. Həmin məhkəmə prosesi zamanı çıxarılan hökmdə bəyan edilirdi ki, hər hansı filmdən parçanın istifadəsinə görə hüquq sahibinin razılığı mütləqdir, yəni kinonun hüquq sahibi olan Professional Kinorejissorlar Gildiyası.

Professional Kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev “Bakı-Xəbər”ə bildirdi ki, bu mövzu olduqca aktualdır. H.Mehdiyevin sözlərinə görə, Gildiya ölkədə bütün audiovizual əsər müəlliflərinin kollektiv idarəçiliyini həyata keçirən və bu sahədə hüquqları qoruyan təşkilat kimi klassik filmlədən reklam çarxlarında istifadə edilməsi məsələsini daim nəzarətdə saxlayır. O qeyd etdi ki, Gildiya reklam çarxlarında da filmlərdən istifadənin qanunauyğun şəkildə həyata keçirilməsinə ciddi nəzarət edir: “Reklam çarxında filmlərdən parçalar istifadə edilməmişdən əvvəl mütləq həmin filmin hüquq sahibindən icazə alınmalıdır. Bu məsələ əsas götürülməlidir. Klassik Azərbaycan filmlərindən, yaxud hansısa bir filmdən parçaları reklam çarxlarında istifadə etmək istəyən şirkətlər bizə həmin çarxın ssenarisini təqdim edir və biz baxıb istifadəyə icazə verdikdən sonra Gildiya ilə müqavilə bağlayırlar. Filmlərdən parçaların həmin reklam çarxlarında istifadəsi məqbuldursa, izacə veriririk, müqavilə bağlanır, ödəniş edilir, sonra isə istifadə olunur. Yox, əgər məqbul deyilsə, bizi qane etmirsə, müəlliflərə zərər vurursa, biz o parçaların istifadəsinə izacə vermirik. Mexanizm təxminən belədir. Demək istəyirəm ki, ilk addımda reklam çarxını sifariş verən sahibkarlarla, şirkətlərlə əlaqə saxlayırıq.  

Elə şirkətlər var ki, bizdən icazə alırlar, bəzi şirkətlər isə filmlərdən gizlin istifadə edirlər. Bir vaxtlar “Patron” tumlarının reklamında, əməlli-başlı, bizdən icazəsiz filmlərdən istifadə edilirdi. Biz uzun müddət cəhdlər etsək də, bu şirkətlə əlaqə yarada bilmirdik, indi onlar bu işi dayandırıblar. Bu şirkət xeyli müddət öz reklamlarında qanunsuz olaraq filmlərdən istifadə edib. Bu sahə Professional Kinorejissorlar Gildiyası tərəfindən nəzarətdədir”. 

Gildiya tərəfindən indiyə qədər neçə şirkətə icazə verilməsinə gəlincə, H.Mehdiyev qeyd etdi ki, dəqiq say yadında deyil, qanunun tələblərinə riayət edən şirkətlərə icazə verilib. O vurğuladı ki, bir neçə şirkətə qanun çərçivəsində icazə verilib. “Əgər bu filmlərdən reklam çarxlarında müqavilə ilə mənəvi qaydada istifadə edilirsə, niyə də istifadə etməsinlər. Sadəcə olaraq, bizim bu filmlərdən reklam çarxalarında istifadə edilməsinə görə aldığımız qonorar cüzidir. Biz hazırda buna görə qonorarı artırmaq niyyətindəyik. Bu da ona görədir ki, onlar filmlərə münasibətdə daha məsuliyyətli olsunlar. Onlar pulu artıq ödədikdə daha da məsuliyyətli olacaqlar.

Demək istəyirəm ki, Gildiya filmdən istifadəyə o halda razılıq verir ki, filmin nüfuzuna heç bir xələl gəlməsin, eyni zamanda, müəlliflərin ideyasına, yaradıcılığına ziyan yetirilməsin. İstehsalçı şirkətlər özünə müsbət imic qazanan, xalq arasında populyar olan, sevilən filmləri götürüb reklamlarında istifadə edirlər. Biz filmlərdən qanunsuz istifadə edənlərə irad bildirəndə deyirlər ki, pis bir şey etmirik, filmləri öz məhsullarımızla bağlı reklam edib tanıtdırırıq. Halbuki, o filmlərin reklama ehtiyacı yoxdur”. 

O, həmçinin, qeyd etdi ki, vaxtilə bir sıra şirkətlər filmlərin nüfuzuna xələl gətirən addımlar atıblar, lakin bu kimi halların qarşısı alınıb.

H.Mehdiyevin dediyinə görə, bütün mübahisəli məsələlərdə dövlətin müəllif hüququ sahəsində icraedici orqanı olan Müəllif Hüquqları Agentliyi həlledici rol oynayır: "Məhkəmə ilk növbədə agentliyə müraciət edir ki, məsələ ilə bağlı rəyini bildirsin. Agentlik qanunauyğun şəkildə öz rəyini verir ki, bu da məhkəmədə həlledici rol oynayır. Müəllif hüquqlarının qorunmasında, qanunun müddəalarına riayət olunmasında, ilk növbədə, Müəllif Hüquqları Agentliyi maraqlıdır”.

H.Mehdiyev onu da bildirdi ki, Azərbaycanda “Reklam haqqında” Qanuna əlavə və dəyişikliklər edilməli və burada filmlərdən istifadə qaydaları müəyyən olunmalıdır.

Azərbaycan Reklamçılar İttifaqının sədri, ekspert Hacıəmi Atakişiyev “Bakı-Xəbər”ə bildirdi ki, şirkətlər filmlərdən istifadə edərkən diqqətli olmaldırlar. H.Atakişiyev, həmçinin, onu da qeyd etdi ki, reklamlarda mətnlərindən istifadə edilən filmlər müvafiq qurumda qeydiyyatdan keçirilməlidir. Hansı filmdən ki, qanunsuz istifadə edilir, bu filmin hüquq sahibləri üzv olduqları qurumların köməkliyi ilə həmin təşkilatları cəzalandıra bilərlər. “Reklam haqqın”da Qanunda filmlərdən istifadə qaydaları ilə bağlı məsələ yoxdur” - deyə H.Atakişiyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ