Cümə axşamı günü, 08 oktyabr 2026
     

Əfsanəvi Cavad xanı dirildən rejissor özü həyatla vidalaşdı

Image


“Rövşən Almuradlının özündən sonra Azərbaycan xalqına, türk dünyasına yadigar qalan ən böyük mirası, ən böyük abidəsi “Cavad xan” filmidir”
“Onun yaradıcılıq potensialından kifayət qədər istifadə edilmədi”

 

Böyük Yunis Əmrə deyirdi ki, gələn qonar, qonan köçər. Əlbəttə, bu fani dünyada heç kəsə əbədi ömür verilmir, hər kəs alnına yazılan bəxti, taleyi yaşayır, vədəsi tamam olanda əbədiyyət evinə güzar edir. Ayrılıqlar bizi ağrıtsa da, sarsıtsa da, gələnin bir gün qayıtmalı olduğu təsəllisi ilə yaşamağa məcbur oluruq. Başqa çarə də yoxdur.

Təbiətən sakit adam idi, ölümü də qəfil və sakit gəldi. İçindəki təlatümləri, ağrıları, iztirablı yaşantıları üzə vurmazdı ki, nə çəkdiyini dost-tanış, yaxın saydıqları anlasınlar. Sağlığında həmişə deyirdi ki, mənim zamanım hələ gəlməyib. Bəlkə də daxilndə kök salan yeni yaradıcılıq arzularını, tamaşa və filmlərini yaratmaq üçün əlavə bir zaman gözləyirdi. O zaman da gəldi, ancaq gəlib onu özü ilə birgə zamansızlığa apardı. Aprelin 2-də, səhər saatlarında şəhərin Sahil küçəsində dayanacaqda avtobus gözləyərkən halı qəfil pisləşdi, hadisə yerinə gələn təcili yardım maşını onu xəstəxanaya apararkən ölüm aman vermədi. Azərbaycanın görkəmli kino və teatr rejissoru, ssenaristi, yazarı, aktyoru, Azərbaycan qəhrəmanı Cavad xana “Cavad xan” filmi ilə yeni həyat verən Rövşən Almuradlıdan danışıram.

Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olub. Düz 17 gündən sonra böyük sənətkarın 65 yaşı tamam olacaqdı.

R.Almuradlı 1972-1976-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlayıb. 1984-1987-ci illərdə Moskvada SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib, orada onun kurs rəhbəri SSRİ xalq artisti V.N.Pluçek olub.

1976-1980-cı illərdə Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbişli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaradıb. O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Ə.Əylislinin "Vəzifə" tamaşasının quruluşçu rejissoru olub.

1987-ci ildə Şəki Dövlət Dram Teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olub. R.Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun "Qətl günü", V.Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş verib. 1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru, 1990-cı ildə çəkilən "Azadlığa gedən yollar" filminin rejissorlarından biri, 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan müstəqil "İstiqlal" teatrının bədii rəhbəri, 1991-ci ildə M.Süleymanlının "Zirzəmi", 1992-ci ildə M.Dostoyevskinin "Şıltaq qız", 1992-ci ildə Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin quruluşçu rejissoru, 1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olub.

R.Almuradlı 1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilən "Ümid" bədii filminin müəllifidir. R.Almuradlı AzTV-nin "Sabah" yaradıcılıq birliyində, "Telefilm" yaradıcılıq birliyində bir sıra televiziya tamaşalarının və bədii televiziya filmlərinin quruluşçu rejissoru olub. 2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru olmaq ona həvalə edilib.

2005-ci ildə Akademik Milli Dram Teatrında səhnələşdirilən İ.Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinin rejissoru idi. Rövşən Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilib.

Bakı Bələdiyyə Teatrında 2010-cu ildə M. Süleymanlının “Bəylik dərsi” əsərinə, 2011-ci ildə Anarın “Qaravəlli” əsərinə, 2012-ci ildə M.F.Axundovun “Müraviyyə vəkilləri əhvalatı” əsərinə, 2012-ci ildə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F.Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.

Akademik Milli Dram Teatrının ustad aktyoru, respublikanın xalq artisti, R.Almuradlının quruluşçu rejissoru olduğu “Cavad xan” filmində Cavad xan obrazını yaradan, mərhum sənətkarın tələbə yoldaşı Nurəddin Mehdixanlı R.Almuradlı barədə kövrək hisslərini dilə gətirdi.

“Rövşən Almuradlı mənim tələbə yoldaşım idi. O bizdən yuxarı kursda oxuyurdu. Hər ikimiz aktyorluq kursunda təhsil alırdıq. Tələbəlik illərindən bir-birimizi tanıyırdıq. O, sənətə sənəti sevərək, istəyərək gəlmişdi, sənətə təsadüfən gələn adam deyildi. O vaxt İncəsənət Universitetinin “Tədris” teatrında Adil İsgəndərov “Xanlar” tamaşasını hazırlayırdı, biz də onunla o tamaşada rol almışdıq. Bizim dostluğumuz, yaxın münasibətimiz həmin tamaşadan başladı. O zaman böyük sənət yaranır ki, o işlə şəxsiyyəti bütöv adamlar, Vətənini, millətini, ölkəsini, bayrağını, dilini, milli əxlaqi dəyərlərini sevən və onu qoruyan insanlar məşğul olurlar. Başqa mənada yaranmış bütün şeylər yarımçıq olur, sənət nümunəsi olmur. Bu mənada, R.Almuradlı həm sənətkar olaraq, həm insan olaraq bütöv idi. Sənətkarın şəxsiyyətindəki bütövlük özünü daim onun yaradıcılığında göstərirdi. Onun müraciət etdiyi mövzular, tamaşalara verdiyi yozumlar çox fərqli idi. Yəni həyata başqa cür baxa, bir əsəri başqalarından fərqli oxuya bilirdi. R.Almuradlı səmimi adam idi, gümüş adam idi, dünya malında gözü olmayan bir adam idi. Sadəcə olaraq, onun tamaşaya qoymaq istədiyi bəzi əsərlər, çəkmək istədiyi filmlər vardı. Onun müraciət etdiyi mövzulara fikir versəniz görərsiniz ki, həmin mövzulardan milli xətt keçir, milli dərd keçir. O istər kiçik bir tamaşa qoysun, yaxud qısametrajlı bir film çəksin, mütləq şəkildə orada həmin xətti aparırdı. Əslində, R.Almuradlını sevdirən də onun mənsub olduğu ölkəyə, xalqa olan sevgisi idi. O, əslində, çox danışan adam deyildi. Oturardın yanında, saatlarla sən danışardın, o qulaq asardı, ya da səni danışdırmağa çalışardı. Bütün ömrü boyu öyrənmək istəyirdi. Onun üçün bir çobanın da, adi bir insanın da söhbəti maraqlı idi. Elə bil ki, o bizim xalqa aid olan bütün gözəllikləri özünə hopdurmağa çalışırdı. Bunu artıq qoyduğu bir tamaşada, çəkdiyi bir sənədli, ya da bədii filmdə göstərməyə çalışırdı. Belə adamlar çox az-az olurlar. Mən sizə deyim ki, o həm də çox abırlı-həyalı adam idi. Qəribədir ki, istedadlı adamlar çox abırlı-həyalı olurlar, özü də uzun yaşamırlar. R.Almuradlı öz idealları, arzu və istəkləri olan həqiqətən də böyük sənətkar idi. Hesab edirəm ki, onun yaradıcılıq potensialından kifayət qədər istifadə edilmədi. Halbuki, o bizim teatrımıza, kinomuza, mənəvi dünyamıza çox böyük fayda verə, çox işlər görə bilərdi. Çox heyif ki, o çox işləri, arzuları gerçəkləşdirə bilmədi. Nə deyək, qismət. Təəssüf ki, aramızdan şəxsiyyət, sənət, əxlaq sahibləri gedirlər, bir bozlaşma yaranır, hara qədər bilmirəm. Azərbaycan mədəniyyəti, Azərbaycan teatrı çox böyük sənətkarı, şəxsiyyəti itirdi”.

“Cavad xan” filmini də xatırladan sənətkar bildirdi ki, bu filmi çəkməklə R.Almuradlı tarixi qəhrəmanımızı yenidən xalqımıza qaytardı. “Biz duyğu, düşüncə baxımından bir-birimizə çox yaxın insanlarıq. Təsəvvür edin ki, Sabir Rüstəmxanlı, Rövşən Almuradlı və N.Mehdixanlı - bunların duyğuları, düşüncələri, xalqı, dövləti haqqında, tarixi keçmişimiz haqqındakı fikirləri tamamilə üst-üstə düşürdü. Sovet rejimindən qalmış bir ənənə idi ki, bu xalqın düşmənləri, bu millətə qarşı vuruşanlar, bu millətin müstəqil dövlətini yıxanlar haqqında filmlər çəkilirdi, təbliğ olunurdu, düşmənlər “dost”, “xilaskar” kimi təqdim olunurdular. Ancaq Cavad xan kimi kişilər, xalqımızın milli qəhrəmanları, böyük oğulları düşmən kimi təqdim olunublar. Əslində, bu, “Cavad xan” filmi keçmiş sovet rejiminin millətimizə etdiyi zülmə və yoxsullaşdırmaya qarşı bir üsyan idi. Biz o deyilik. Bizim düşmənimiz Cavad xan deyil, filankəslərdir. “Cavad xan” filmi keçmiş saxta tarixin üstündən bir qələm çəkdi və əsl tariximizin necə olmalı olduğunu göstərdi. Bu filmdən sonra, belə deyək, çap olunan tarix kitablarımızda da, tariximizə münasibətdə də çox şeylər dəyişdi, tarix olduğu kimi yazılmağa başladı. Mən bütün ömrüm boyu Sabir Rüstəmxanlıya və Rövşən Almuradlıya minnətdaram ki, onlar Cavad xanda məni gördülər, bu işi mənə etibar etdilər. Şəxsən mən “Cavad xan rolunu oynadım” fikrindən uzağam, bu obraz mənim üçün bir həyat idi, ruhi vəziyyət idi ki, mən onu yaşadım. Həmin film həyatımda da, psixologiyamda da, dünyagörüşümdə də çox şeyi dəyişdi. Hesab edirəm ki, R.Almuradlının özündən sonra Azərbaycan xalqına, türk dünyasına yadigar qalan ən böyük mirası, ən böyük abidəsi “Cavad xan” filmidir. Əsrlər keçəcək, ancaq R.Almuradlı həmişə xatırlanacaq. Çünki o bu millətin böyük qəhrəmanı olan, torpağı, Vətəni uğrunda şəhid olan Cavad xanı yenidən Azərbaycan xalqına qaytardı, tariximizə qaytardı və ona layiq olduğu yerini göstərdi” - deyə N.Mehdixanlı bildirdi.

Böyük sənətkara Allah rəhmət eləsin!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ