Cümə axşamı günü, 08 oktyabr 2026
     

Bəstəkarlarımızın musiqi yaradıcılığında hind ritmləri milli elementləri sürətlə əvəzləməyə başlayıb…

Image


Zəka Vilayətoğlu: “Onlar belə hesab edirlər ki, hind, fars, ərəbdən ritm götürüb onu meydana çıxaranda kütlə bu musiqinin köklərinin haradan qaynaqlandığını bilməyəcək”

 

Azərbaycan musiqisinin böyük tarixi köklərə malik olması şəksizdir. Aşıq musiqisindən və muğamdan rişələnən bəstəkar musiqiləri insanların bədii estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayır. Yaşlı və orta nəsil bəstəkarları musiqimizin tarixi köklərinə söykənib mahnılar yazsalar da, son dövrlər meydana çıxan bəstəkarlar daha çox bizə yad olan ritmlərə maraq göstərirlər. Müasir dövrümüzdə efirlərdə, eləcə də toylarda səsləndirilən musiqilərin böyük əksəriyyəti hind musiqisi ritmindədir.

Bəzi bəstəkarlar öz musiqimizin ritmində mahnılar yazmaq əvəzinə, müxtəlif hind filmləri üçün yazılan populyar mahnıları oranjeman edərək, “bu mənim yeni mahnımdır” deyə onu təqdim edirlər. Peşəkar musiqiçilər isə sözsüz ki, onların “yeni mahnıları”nı ciddi tənqid edirlər, lakin onların tənqidi ünvanına çatmır. Reallıq budur ki, müasir musiqi nümunələrinin yaranmasında hind, fars və ərəb ritmləri üstünlük təşkil edir.

Tanınmış bəstəkar, müğənni Zəka Vilayətoğlu bizimlə söhbətində təəssüflə bildirdi ki, müasir Azərbaycan musiqisində yad ritmlər, xüsusən də hind, fars ritmləri üstünlük təşkil edir. Musiqiçinin sözlərinə görə, bəzi müasir bəstəkarlar milli musiqi köklərimizdən uzaqlaşaraq yad ritmlərə meyl edirlər. Müxtəlif hind filmlərinin populyar musiqilərini oranjeman edərək onları “öz mahnıları” kimi təqdim edənlərin olduğunu deyən Z.Vilayətoğlu bildirdi ki, onlar bununla həm öz musiqimizə zərbə vurur, həm də dinləyicilərin zövqünü korlayırlar. “Təəssüf ki, bizdə belə bir psixologiya var, öz musiqimizi bəyənmirik və yad ritmlərə meyl edirik. Bu gün Azərbaycan musiqisinin tarixi köklərindən uzaqlaşıb başqa xalqlara məxsus musiqini “yeni əsər” kimi təqdim edənlər az deyil. Bəziləri öz musiqimizi yad sayır, onu qəbul etmək istəmirlər. Deyirlər ki, xarici ritmlər daha yaxşıdır. Bu gün Azərbaycan musiqisində plagiatlıq halları mövcuddur. Onlar belə hesab edirlər ki, hind, fars, ərəbdən ritm götürüb onu meydana çıxaranda kütlə bu musiqinin köklərinin haradan qaynaqlandığını bilməyəcək. Bu cür oğurluqla məşğul olanlar var. Anlayışı olmayanlar ola bilsin ki, o musiqini “milli” musiqi hesab edirlər, lakin peşəkarlar dərhal onun mənbəyini bilirlər. Plagiatlıq təkcə indi mövcud deyil ki, əvvəllər də olub. Məsələn, elə populyar mahnılar var ki, biz onları illərlə öz musiqimiz kimi qəbul etmişik, ancaq indi görürsən, o musiqinin kökü farsa, hində gedib çıxır. Belə örnəklər var. Hind və fars ritmini dərhal hiss etmək olar. Son dövrlər bayağı musiqilərə meyl güclənib. Bəzi bəstəkarlar hesab edirlər ki, keçilmiş cığırla getmək daha asandır və onlar milli musiqi ritmlərindən bəhrələnmək istəmirlər. Bu gün Azərbaycanda peşəkar musiqiçilər özləri kənarda qalıb, bu cür yad ritmdə gündəmə gətirilən musiqilər meydanı ələ alıb. Kütlə artıq bu cür ritmlərə meyl etdiyindən, peşəkarlar da bu mənzərəni ürək ağırısı ilə seyr edirlər, başqa əlacları da yoxdur. İrad bildirsələr də, onların harayı, ünü heç kəsə çatmır. Çünki bu qondarma mahnıların reklamının daha çox olması onların səsinin qarşısını kəsir. Efirlər də, toylar da əsasən belələrinin ixtiyarındadır” - deyə Z.Vilayətoğlu qeyd etdi.

O bildirdi ki, bu gün aşıq musiqisindən və muğamdan bəhrələnərək əsər yaradanlar çox azdır. Onun sözlərinə görə, Azərbaycan musiqi tarixində izləri qalan görkəmli bəstəkarların, demək olar ki, hamısı aşıq musiqisindən və muğamdan bəhrələnərək gözəl əsərlər yaradıblar. Müasir bəstəkarların yad ritmlərdən uzaq olmalı olduğunu deyən Z.Vilayətoğlu hesab edir ki, yad ritmlərin musiqimizə təcavüz etməsi nəticəsində həm musiqimiz uduzur, həm də tamaşaçılar və dinləyicilər çox şey itirir: “Bəzi müasir bəstəkarların böyük tarixi ənənəsi olan Azərbaycan musiqisinin köklərindən uzaqlaşması, bayağı, yad ritmlərə meyl etməsi, konkret olaraq hind, fars ritmlərindən bəhrələnməsi düzgün deyil. Bizim aşıq musiqisi, muğam kimi tükənməz xəzinəmiz var, onlardan bəhrələnərək gözəl əsərlər yaratmaq daha doğru olardı. Belə zəngin musiqisi olan bir xalqın nümayəndələrinin başqa musiqi ritmlərinə ehtiyacı yoxdur. Biz musiqiçilər kütləni öz arxamızca aparmalıyıq, onların arxasınca getməməliyik. Üzeyir Hacıbəyov başda olmaqla, bizim bütün böyük bəstəkarlarımızın hamısı xalq musiqisindən bəhrələniblər. Müasir nəsil bəstəkarlar da həm toylar, həm də efirlər üçün səviyyəli mahnılar yazmalıdırlar”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ