Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycanlıların ermənilər tərəfindən soyqırımına aid hələ bir bədii film çəkilməyib...

Image


Qasım Hacıyev: “... hər birimizi ciddi narahat etməlidir”
Aydın Kazımzadə: “Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım hadisələri ilə bağlı bədii filmlərin çəkilməməsi təəssüf doğurur”

 

Azərbaycan xalqının son 100-150 ildə məruz qaldığı soyqırım aktları haqqında indiyə qədər bədii filmlərin çəkilməməsi həqiqətən də təəssüf doğurur. Erməni faşistlərinin, daşnaklarının xalqımıza qarşı həyata keçirdikləri genosid nəticəsində şəhid olan yüzlərlə günahsız qurbanların taleyi hələ də bədii filmlərdə ifadə olunmayıb.

Qarabağ müharibəsi haqqında bir neçə film istehsal edilsə də, onların sırasında soyqırıma həsr edilən filmlər yer almır. Halbuki, ermənilər qondarma erməni soyqırımı ilə bağlı həm sovet dönəmində, həm də müasir dövrdə saysız film çəkərək həmin filmləri bütün dünyada nümayiş etdiriblər. Bu azmış kimi, bu mövzuda çəkilən filmlərə xarici kinorejissor və prodüsserləri də cəlb edirlər. Bu gün dünyada qondarma erməni soyqırımının tanıdılması istiqamətində görülən işlərə bu sahədə çəkilən bədii filmlər başçılıq edir. Başqa xalqa qarşı genosid törədən bir toplumun öz əməllərini başqa xalqların ayağına yazmaq məqsədilə “erməni soyqırımı” haqqında bədii filmlər çəkməsi və onları təbliğ etməsi faktdır.

Azərbaycanda isə, bildirdiyimiz kimi, hələ də soyqırımlar tarixini əks etdirən sanballı bədii film çəkilməyib. Ən çox genosidə məruz qalan xalq olduğumuz halda, bizim bu mövzuda bədii filmlərimiz yoxdur. Doğrudur, sənədli film sahəsində xeyli iş görülüb, bu da lazımdır, ancaq bədii filmlərin çəkilməsi daha əhəmiyyətlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar haqqında bədii filmlərin çəkilməməsi təəssüf doğurur. Q.Hacıyev qeyd etdi ki, bu gün Azərbaycan kinematoqraflarının soyqırımlar tarixi haqqında bədii filmlər çəkmək imkanları genişdir. O hesab edir ki, biz bu filmləri çəkməklə həm 31 mart azərbaycanlıların soyqırımını, həm Xocalı genosidini, həm Quba faciəsini, eləcə də digər hadisələri dünyada tanıtmaq istiqamətində böyük işlər görmüş olarıq. “Azərbaycanda hələ də soyqırımlar tariximizlə bağlı bədii filmlərin çəkilməməsi hər birimizi ciddi narahat etməlidir. Ayrı-ayrı epizodları nəzərə almasaq, deyərdim ki, bu sahədə köklü işlər görülməyib. Əslində isə biz bu sahədə çoxlu film çəkməliyik. Bunun üçün əlimizdə kifayət qədər material, arxiv sənədləri var. Soyqırımla bağlı bədii filmlər çəkərək həmin filmləri bütün dünyada yaymalıyıq. Hətta deyərdim ki, həmin filmlərin istehsalına xaricdən, İrandan, Türkiyədən, Rusiyadan mütəxəssislər də cəlb etməliyik. Erməni daşnaklarının xalqımızı tarixdə bir neçə dəfə soyqırıma məruz qoyduğu haqqında bədii filmlər çəkilməlidir. Məlumdur ki, ermənilər tarixdə baş verməyən bir hadisə uyduraraq ona çoxlu film həsr ediblər. Rusiyada yaşayan Boravik soyadlı rejissor hələ sovet dövründə 1915-ci il yalançı erməni soyqırımı haqqında bədii film çəkmişdi və həmin film Moskvada nümayiş olunurdu. Belə nümunələr saysız-hesabsızdır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar haqqında bədii filmlər çəkilməlidir ki, biz bu yolla da öz həqiqətimizi dünyaya yayaq” - deyə Q.Hacıyev vurğuladı.

Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadənin sözlərinə görə də ermənilər qondarma erməni soyqırımı haqqında hələ sovet dövründən etibarən filmlər çəkməyə başlayıblar, bizdə isə həqiqi soyqırımımızla bağlı filmlər çəkilməyib. “Ermənilər hələ sovet dövründə sovetin pulu ilə qondarma erməni soyqırımı barədə bədii filmlər çəkməyə başlayıblar. Sovet dövründə sovet puluna ermənilər qondarma erməni soyqırımı ilə bağlı 1960-cı ildən 1990-cı ilə qədər 9 bədii, 1 animasiya, 1 bədii-sənədi film çəkiblər. Eyni zamanda da 3 sənədli film ekranlaşdırıblar. Erməni şovinistlərinin təbliğat maşını bu günə qədər işləyir. Əgər bu filmlərin xeyli bir hissəsi sovet dövründə istehsal olunubsa, görün, indi onlar xarici ölkə tamaşaçılarına uydurma soyqırımlarını tanıtdırmaq üçün nə qədər işlər görürlər. Ermənilərin 1915-ci il qondarma erməni soyqırımından bəhs edən “Yaşamaq üçün doğulmuşlar”, “Zuri miro”, “Naqaped” “Qaçqınlar” filmlərini, “Nar ağaclığı” animasiya və s. filmləri də həmin mövzuya həsr olunub. Demək istəyirəm ki, ermənilər bu sahədə çox işlər görüblər və görməkdə də davam edirlər. Bizdə isə sovet dövründə belə filmlər çəkməyə icazə verilməyib. 1989-cu ildən üzü bəri çəkilən filmlərin sırasında da azərbaycanlıların soyqırımı ilə bağlı bədii film yoxdur. Bu dövrdə “Azərbaycanfilm”də “Hücum”, “Tələ”, “Fəryad”, “Ağ atlı oğlan”, “Ümid”, “Hər şey yaxşılığa doğru”, “Ailə” kimi filmlər çəkilib, bu filmlər Qarabağ problemi ilə bağlıdır. Ancaq onların sırasında soyqırıma aid filmlər yoxdur. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım hadisələri ilə bağlı bədii filmlərin çəkilməməsi təəssüf doğurur” - deyə A.Kazımzadə qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ