Cümə axşamı günü, 08 oktyabr 2026
     

Xocalıda tamam məhv edilmiş 8 ailə ədəbi sənət əsərinin real obrazı kimi…

Image


Vaqif Yusifli: “Xocalı ilə bağlı çoxlu şeir, poema, publisistik məqalə, əsərlər yazılıb”

 

Ədəbiyyat, xüsusən də nəsr mənəvi-ideoloji məsələlərin təbliğində hər zaman hərəkətverici qüvvə rolunu oynayıb. Bu mənada, müasir ədəbiyyatın üzərinə olduqca böyük missiya düşür. Ədəbiyyat xalqın faciələrini, eləcə də şanlı qəhrəmanlıq tarixini əks etdirməlidir. Lakin təəssüf ki, müasir Azərbaycan ədəbiyyatı, xüsusən də milli nəsrimiz hələ də bu missiyanı lazımi səviyyədə yerinə yetirə bilmir.

Elə götürək XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən biri olan Xocalı soyqırımını. Bizim nəsrdə Xocalı soyqırımının dəhşətləri ilə bağlı əsərlər ya yoxdur, ya da yazlan əsərlərin qəhrəmanları real tarixi prototiplər deyil, yazıçı təxayülünün yaratdığı obrazlardır. Ermənilərin Xocalıda törətdiyi soyqırım aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, neçə-neçə ailə başsız qalıb. Bu faktın özü ədəbiyyat üçün olduqca böyük material verir. Ancaq indiyə kimi heç bir nasirimiz bu ailələrdən birinin faciəsini əsərində canlandırmayıb.

Filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas Vaqif Yusifli “Bakı-Xəbər”ə bildirdi ki, XX əsrdə baş verən və xeyli insan ölümünə səbəb olan, kütləvi qırğınlarla tən tutulan Xocalı faciəsi millətimizin qurumayan göz yaşıdır.

V.Yusifli qeyd etdi ki, poeziyamızda Xocalı soyqırımının bütün təfərrüatları bədii dildə əks olunsa da, nəsrdə biz bunu görə bilmirik. O vurğuladı ki, mərhum Xalq şairi  Zəlimxan Yaqubun “O qızın göz yaşları” poeması Xocalı soyqırımı haqqında yazılan yüksək səviyyəli poetik nümunədir. “Bu poemanın əsasında belə bir əhvalat durur. Xocalı faciəsinin 13-cü ildönümü ilə əlaqədar yas mərasimi-şəhidləri anma günü keçirilirdi. Hər çıxışda bir üsyan, hər ürəkdə bir tufan, hər baxışda bir leysan var idi. Dərdini dilə gətirənlərə bir-bir söz verilirdi. 21 yaşlı Xocalı qızı Xəzangülə də söz verdilər. Ermənilər onun 36 yaşlı anası Rəna xanımı, 5 yaşlı bacısı Yeganəni Əsgəran meşəsində güllə ilə dəlik-deşik etmişdilər. 38 yaşlı atası Təvəkkülü 8 yaşlı Xəzangülün, körpə qızcığazın gözləri baxa-baxa, diri-diri ağaca sarıyıb yandırmışdılar. Təvəkkülün günahı ondan ibarət olmuşdu ki, ermənilər “Qarabağ erməni torpağıdır” sözünü ona dedirdə bilməmişdilər.

Zəlimxan poemaya elə bu dərdin poetik izharı ilə başlayır, daha doğrusu, Xocalı faciəsini poeziyanın ağrısına, kədərinə çevirir:

O gün qan üstündə açıldı səhər,
O gün Xocalıda yer qırmızıydı.
Qırmızı-qırmızı üzümə durdu,
İblis görkəmində şər qırmızıydı.

Doğrandı dayağı, kəsildi soyu,
Qan oldu bayramı, yas oldu toyu.
Qarı ağ görmüşdük ömrümüz boyu,
O gün Xocalıda qar qırmızıydı.

Beləcə, Xocalıdan gələn qızın qəmli, faciəli hekayəti başlanır və poemanın sonuna qədər biz bu qəmli hekayətin təsirilə yaşayırıq. Ancaq poema təkcə “o qızın göz yaşları” ilə məhdudlaşmır, bir qızın dərdi timsalında illərdir həlli düyünə çevrilmiş Qarabağımızdan, torpaq itkisindən, xalqın bu ağır dərdi necə yaşamasından, sabaha inamından da söz açır.

Bundan başqa, istedadlı şairimiz Ələmdar Quluzadənin Xocalıya həsr edilən şeiri, poeması da dəyərli poetik nümunələrdir. Ə.Quluzadə müasir poeziyamızda Qarabağ mövzusunda ən çox əsər yazan müəlliflərdən biridir, deyərdim ki, hətta birincisidir. Onun “Qadan mənə, Qarabağ” kitabı (2006) ilk misrasından son misrasına qədər Qarabağ ağrısına həsr edilib. Çoxlu sayda şeirilə yanaşı, Ələmdarın “Qarabağ oyunu”, “Şəhid şəhər”, “Alay komandiri”, “İlmələrin dastanı”, “Şəhid bacısı” poemaları və “Pənah evi” mənzum faciəsi də bu ağrıya həsr edilib. İstəyirəm onun Xocalıya həsr etdiyi “Şəhid şəhər” poeması haqqında qısaca söz açım. Təxminən 1500 misraya yaxın olan “Şəhid şəhər” poemasında müəllif lirik-publisistik bir tərzdə Qarabağda baş verən hadisələri bütün təfərrüatı ilə poetik təhkiyənin əsasına çevirir. O, Xocalı faciəsinin yaranması səbəblərini açıqlayır, kimlərin günahkar olduğunu nişan verir. Ə.Quluzadə bütün bu hadisələrin canlı şahidi olub, o, Xocalıda doğulub, uzun müddət DQMV Radio Verilişləri Komitəsinin Azərbaycan verilişləri redaksiyasında müxbir işləyib. Hərdən məlum Xocalı kadrları televiziyada göstərilir, nurani bir qocanın düşmən gülləsindən torpağı qucaqladığının şahidi oluruq. O qoca Ələmdarın atası Allahverdi kişidir”.

O qeyd etdi ki, Ə.Quluzadə Xocalı faciəsini XX əsrin ən böyük, ən qanlı faciələri ilə - Xatın və Xirosima faciələri ilə bir sırada görür. Bizim şairlərin əksər şeir və poemalarında bu faciələrin paralelliyi öz əksini tapır. Ancaq, nədənsə, Xocalı faciəsinin dəhşəti dünyaya istənilən səviyyədə çatmadı.

Kar üçün, kor üçün çaxmaq daşıdır,
Sərhədi olana yol yoldaşıdır,
 Əsrin qan bazarı, qan yaddaşıdır,
Xatın-Xirosima-Xocalı yolu.

O, həmçinin, qeyd etdi ki, mərhum şair Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poeması da bu mövzuya həsr olunan ən təsirli əsərlərdən biridir. “Məlumdur ki, Ə.Salahzadə assosiativ planda düşünən, təsvir etdiyi hadisələrə, nəsnələrə, insan obrazlarına tamam fərqli tərzdə yanaşan bir şairdir. Onun poetik mənalandırmaları, qeyri-adi təsvir vasitələri, daha çox alliterasiyalar düzümünə müraciəti bu poemada da nəzərə çarpır. Məsələn, onun poemasında ilk qırx iki misra “X” hərfi və sözü ilə başlayır. “Xocalı adında yer xəbis, xudbin, xain yağı əlilə xarabalığa döndü... Xor baxanda Xocalı xarabalıqlarına - Xatın-Xocalıya Xirosima-Xocalıya…” Poema Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə həsr olunub və sanki Xocalı dəhşətləri də Çingizin kamerasından seyr edilir” - deyə bildirən müsahibimiz mərhum şair Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi” poemasının da əhəmiyyətini qeyd etdi. Onun sözlərinə görə, poema Xocalı soyqırımının on beş illiyinə həsr olunub. “Ancaq konkret bir mövzuya həsr olunsa da, hədəf daha genişdir. Burada son iyirmi-iyirmi üç ilin Azərbaycan məmləkəti DƏRDİMİZİN QAN RƏNGİ obrazında metaforikləşib. QAN burada Xocalıdan bütün dünyaya yayılan fəryadın, kədərin simvoludur. QAN burada tarixdir -bir məmləkətin təklənməsi, səsinin, harayının boğulması, öz içində qərq olmasıdır. Ədalət Əsgəroğlu qan kəlməsinin doğurduğu bütün mənalara, metaforik çalarlara üz tutub:

...nə əcəb,
dərd deyirlər buna..?

Yox, oğlum, dərd deyil bu!
Bu, müqəddəs bir can!
Ortalıqda dumduru qan,
axır...axır..axıracan...
Xocalıdan Bakıyacan,
qan boyalı villalardan

cana doymuş çadıracan...”

V.Yusiflinin sözlərinə görə, Xocalı soyqırımı dəhşətləri müasir publisistikada da öz əksini geniş şəkildə tapıb. “Xocalı ilə bağlı çoxlu şeir, poema, publisistik məqalə, əsərlər yazılıb. Nəsrə gəlincə isə, mən hələ Xocalı soyqırımını tam dəhşəti ilə əks etdirən əsərlərlə rastlaşmamışam. Bu barədə ayrı-ayrı əsərlər var. Düzünü deyim ki, nəsrdə Xocalı soyqırımının, faciəsinin, insanların çəkdikləri iztirabların əksi görsənmir. Təəssüf ki, hələ də nəsrdə Xocalı soyqırımının layiqli bədii inikasını görmürük” - deyə V.Yusifli bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ