Cümə axşamı günü, 08 oktyabr 2026
     

“Nəsimi ili” çərçivəsində “Nəsimi dil araşdırmaları qrupu”nun yaradılması - şairin ədəbi irsinə yeni baxış...

Image


Sevinc Xəlilova: “Bu gün məlum olur ki, Nəsimi şeirlərinin indiyədək ölkəmizdə hazırlanmış bir sıra nəşrlərində böyük söz ustasının orijinal dilinə müəyyən dərəcədə müdaxilələr edilib”
Zülfiyyə Eldarqızı: “Biz azərbaycançılıq ideologiyasını dünyada yaymaq üçün Nəsimi ideyalarından da bəhrələnməliyik”

 

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimişünaslıqda yeni bir cığırın açılmasına səbəb olub. Əsas hədəf Nəsimi irsini, onun fəlsəfi görüşlərini, əbədiyaşar poeziyasını beynəlxalq aləmə təqdim etmək, dünyada Nəsimişünaslığa tamamilə təzə nəfəs verməkdir. Nəsimi irsi müasir dünya tərəfindən hələ də ətraflı öyrənilməyib. Bu gün Nəsimişünaslığın bütün çalarları incəliyinə qədər öyrənilməlidir ki, onun təqdim etdiyi insanlıq fəlsəfəsini bütün dünya anlasın, dərk etsin.

Bu gün Azərbaycan ədəbiyyatşünaslıq və dilçilik elmində Nəsimişünaslığa yeni baxış, yanaşma sərgilənməsinə ciddi ehtiyac var. “Nəsimi ili” çərçivəsində artıq müəyyən işlər görülməsinə başlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İ.Nəsimi adına Dilçilik İnstitutunda “Nəsimi dil araşdırmaları” qrupu yaradılacaq. Əslində, Nəsimi poeziyasının dilinin yenidən öyrənilməsinə ciddi ehtiyac var. Bundan başqa, Nəsimi dilinin yeni lüğətinin də hazırlanmasına ciddi ehtiyac duyulur.

Filologiya üzrə fəlsəfə doktoru Sevinc Xəlilova bizimlə söhbətində bildirdi ki, “Nəsimi ili” çərçivəsində çox böyük işlər görüləcək. O qeyd etdi ki, Nəsimi irsinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin də o ənənəni davam etdirdiyini deyən ekspert bildirdi ki, keçən əsrin 70-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər planına daxil edilib və ölkəmizdə də geniş miqyasda qeyd edilib. Həmin tədbirlər çərçivəsində İmadəddin Nəsiminin əsərləri nəşr olunub, xarici dillərə tərcümə olunub. “Nəsimi Azərbaycan dilinin bütün gözəlliklərini öz poeziyasında əks etdirib. Dahi şairin poeziya dili yenidən tədqiqata cəlb edilməlidir. Çünki Nəsiminin əsərləri Sovet dövründə çap edilərkən şeirlərindəki sözlərin, ifadələrin mənalandırılmasında xeyli təhriflərə yol verilib. Hesab edirəm ki, bu təhriflərin aradan qaldırılması üçün Nəsimi irsi yenidən tədqiqata cəlb olunmalıdır. Prezidentin verdiyi sərəncam dilçiləri və ədəbiyyatşünasları səfərbər edib və onlar Nəsiminin bütün şeirlərinin sözlüyünü, lüğətini hazırlamağa başlayıblar. Bunu Dilçilik İnstitutunun direktoru hörmətli Möhsün müəllim də qeyd edib. Dilçilik İnstitutunun Nəsimi şeirlərinin dili ilə bağlı elektron lüğət hazırlaması çox müsbət haldır. Bundan ancaq alimlər deyil, həm də tələbələr, aktyorlar bəhrələnə biləcəklər. Bu lüğətin kitab şəklində də çap olunması vacibdir. “Nəsimi dil araşdırmaları qrupu” yaradılması isə Nəsiminin əsərlərinin dilinin, ideya və məzmununun yenidən öyrənilməsinə imkan yaradacaq. Bu qrup tərəfindən Nəsiminin poeziya dili hərtərəfli araşdırılıb öyrəniləcək, tədqiq ediləcək. Bilirsiniz, bu gün Nəsiminin yenidən dünyaya təqdimatı çox vacibdir. Onun xaricdə təbliğ edilməsi dahi şairimizin tanıdılması və ədəbi irsinin araşdırılması baxımından olduqca əhəmiyyətli olardı. “Nəsimi ili”ndə Nəsimi “Divan”ını geniş elmi şərhlərlə nəşr etmək və bütövlükdə şairin yeni aşkara çıxarılan əlyazmalarını tədqiqata cəlb etməklə böyük söz ustasının anadilli əsərlərinin yeni elmi-tənqidi mətnini hazırlamaq da faydalı olardı. Bu gün məlum olur ki, Nəsimi şeirlərinin indiyədək ölkəmizdə hazırlanmış bir sıra nəşrlərində böyük söz ustasının orijinal dilinə müəyyən dərəcədə müdaxilələr edilib. Bu mənada ki şairin “Divan”ındakı ayrı-ayrı sözlər ya müasirləşdirilib, ya da doğru-düzgün oxunmayıb. Bu baxımdan, onun əsərləri yenidən tərtib edilməli, keçmişdə buraxılan səhvlərə düzəlişlər edilməlidir. Bu gün ölkədə kifayət qədər güclü dilçi, ədəbiyyatşünas var. Hesab edirəm ki, Nəsimişünaslıq sahəsində xeyli iş görülməlidir. Gənc nəsil alimlər də Nəsimi irsinə yönəldilməlidir”- deyə S.Xəlilova bildirdi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı da hesab edir ki, Nəsimi irsinin geniş təbliğinin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Nəsimi klassiklər arasında Azərbaycan dilinin gözəlliyini qoruyan, tərənnüm edən böyük şairdir. O qeyd etdi ki, Nəsimi Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynayan şairimizdir. “Nəsiminin elə şeirləri var ki, onları oxuyarkən adama elə gəlir bu şeir 600 il əvvəl yazılmayıb. Yəni dili o qədər rəvan, təmizdir ki, adam oxumaq, əzbərləmək istəyir. Onun azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı yönəlmişdi. Nəsimi yaradıcılığının əsas ideyası azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsidir. Nəsimi çox böyük azərbaycanşünasdır. Onun yaradıcılığında azərbaycançılıq ideologiyasının nişanələri var. Biz azərbaycançılıq ideologiyasını dünyada yaymaq üçün Nəsimi ideyalarından da bəhrələnməliyik. Azərbaycan dilinin saflığını qoruyan və ana dilimizdə gözəl şeirlər yazan Nəsimi azərbaycanşünaslığa böyük töhfə verib” - deyə Z.Eldarqızı bildirdi.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ