Cümə axşamı günü, 08 oktyabr 2026
     

Cəlil Məmmədquluzadənin milli dəyərlər sistemimizdəki təkrarsız rolu Prezident sərəncamı ilə layiqli qiymətini aldı

Image


“Türkoloji Qurultayın keçirilməsi üçün böyük zəhmət çəkən, təşəbbüs göstərən Mirzə Cəlili 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultaya dəvət etməyiblər”

 

Azərbaycan ədəbiyyatı tarixində, ictimai-fəlsəfi fikrində elə böyük simalar, ədiblər var ki, onların irsi milli dəyərlər sisteminin formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) bu mənada ön sıralarda dayanır.

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur. Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Prezident Sərəncamı ilə dahi söz ustadının, ictimai, ədəbi-mədəni fikir tariximizdə əvəzsiz yeri olan “Molla Nəsrəddin” jurnalının yaradıcısı və baş redaktoru Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi həqiqətən də ölkəmizin mədəni həyatında böyük hadisədir.

 

Cəlil Məmmədquluzadə və milli dəyərlər sistemi...

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə bildirdi ki, C.Məmmədquluzadə Azərbaycanın ədəbi-bədii fikir tarixində xüsusi bir mərhələ təşkil edir. “Ona görə ki, Cəlil Məmmədquluzadə həm ədəbiyyatımızın istiqamətlərinin, həm də bədii düşüncəmizin kriteriyalarının müəyyənləşdirilməsində özünəməxsus üslubu olan sənətkardır. Bu səbəbdən də, onun yaradıcılığı, şəxsiyyəti həmişə aktualdır. Həyatımızın müxtəlif sahələrində Mirzə Cəlilin üslubuna hər zaman ehtiyac hiss edirik. Bu mənada ki, onun üslubu bizi tərəqqiyə, inkişafa, müasirliyə, sivilizasiyaya aparır. Onun dünyaya gəlməsindən 150 il keçir, ancaq problemlər öz aktuallığını qoruyub saxlayır. Görürsüz, o həmişə bizim müasirimizdir, bizimlədir, onun düşüncəsi xalqın problemləri ilə nəfəs alır. Azərbaycan xalqının duyğu və düşüncəsini, problemlərini Mirzə Cəlil qədər duyub düşünən, hiss edən sənətkarlar çox azdır. Ümumiyyətlə, hər bir ədibimizin ədəbiyyat tarixində öz yeri var. Ancaq Mirzə Cəlilin yeri ondan ibarətdi ki, harada Azərbaycan xalqı varsa, orada Mirzə Cəlil istəyi, Mirzə Cəlil yanğısı var. Çünki o, xalqın nicatı, inkişafı, səadəti naminə ürək yanğısı ilə öz əsərlərini, felyetonlarını yazıb. Onun əsərlərini hansı dövrdə oxumağımızdan asılı olmayaraq, orada Azərbaycan xalqının problemlərini görürük. Ana dili ilə, mənəviyyatla bağlı problemlər Mirzə Cəlilin əsərlərinin, felyetonlarının obyekti olub. Onun dramaturgiyasını götürək, toxunduğu məsələlərin aktuallığını gördükdə elə bilirik ki, bu əsərləri bu gün yazıb. Çünki o, həmişə xalqın içində, yanında olub. Bunun bir səbəbi də Mirzə Cəlilin dünyaya gəldiyi mühitlə bağlıdır. Yəni o, dindar bir ailədə doğulub. Bu böyük şəxsiyyət həm dinin nə olduğunu bilib, eyni zamanda da, yalnız dini dəyərlərə söykənməklə inkişaf etməyin mümkün olmadığını görə bilib. Ona görə də, o, əsərlərində göstərirdi ki, dini dəyərlərə sahib olmaqla yanaşı, müasir dünyanın tələbləri ilə də ayaqlaşmaq lazımdır. O, Qori Müəllimlər Seminariyasının məzunu idi və burada yeni dünyagörüşü əldə etmişdi, rus dilində mükəmməl danışmağı bacarırdı. Ancaq bununla yanaşı, Azərbaycan dilinin tətbiq edilməsini tələb edib. Ana dilimizin işləkliyinin aktuallığını öz yazılarında qeyd edib. Dediklərimizə elə ədibin “Anamın kitabı” əsəri bir örnəkdir. O burada ana dilimizlə bağlı çox ciddi məsələləri aktuallaşdırıb. “Anamın kitabı”nda o, məsələni çox aydın  şəkildə qoyur. Biz nə qədər müasirləşsək də, inkişaf etsək də, hansısa xarici ölkələrdə təhsil alsaq da, ilk növbədə Azərbaycan ziyalısı olmalıyıq, ana dilimizi qorumalıyıq, xalqımızın problemlərini düşünməliyik. Biz təhsil aldığımız ölkələrin düşüncəsini, qayğılarını öz ölkəmizə gətirə bilmərik və Azərbaycanın maraqları bütün bunların fövqündə dayanmalıdır. Yəni Mirzə Cəlil kimi Azərbaycançılıq ideologiyasını təbliğ edən, əməlində göstərən sənətkarlar çox azdır. Bu gün Azərbaycançılıq ideologiyası Azərbaycana daha çox lazımdır və bu ideologiyanın təntənəsində Mirzə Cəlil yaradıcılığı çox aktualdır. Böyük ədib, ictimai xadim Mirzə Cəlil Azərbaycanın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında əhəmiyyətli rol oynayıb”.

 

“Azərbaycanın latın qrafikalı əlifbaya keçməsi istiqamətində Mirzə Cəlil qədər mübarizə aparan insan olmayıb”

 

B.Xəlilovun sözlərinə görə, onun bütün əsərlərində Azərbaycançılıq ideologiyası var. Bunun da böyük ədibin Azərbaycan xalqının problemlərini dərindən bilməsi ilə əlaqədar olduğunu deyən B.Xəlilovun fikrincə, M.Cəlil öz əsərlərində problemlərdən çıxış yollarını da göstərib. M.Cəlilin Azərbaycan xalqını hər zaman ayıq-sayıqlığa, Vətəninə, dininə, dilinə, adət-ənənələrinə sadiq qalmağa dəvət etdiyini qeyd edən müsahibimizin sözlərinə görə, bu baxımdan, Mirzə Cəlil yaradıcılığı bizə gərəkdir. “Prezident İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalaması təsadüfi deyil. Çünki biz dəyərlərimizə söykənməklə dəyərlərimizi inkişaf etdiririk. Mirzə Cəlil ən böyük dəyərə çevrilən  klassiklərimizdən biridir. O, əlifbamızın tarixində əvəzsiz rol oynayıb. Azərbaycanın latın qrafikalı əlifbaya keçməsi istiqamətində Mirzə Cəlil qədər mübarizə aparan insan olmayıb. Yeri gəlmişkən deyim ki, onun bu sahədəki xidmətləri çox az tədqiq olunub. Məsələn, Bakıda I Türkoloji Qurultayın  çağırılması ilə bağlı Mirzə Cəlilin müxtəlif türk xalqlarının yaşadığı ərazilərə getməsi, onlarla maarifləndirici söhbətlər aparması çox gərgin bir zəhmət hesabına baş verib. Mirzə Cəlil Səməd Ağamalıoğlu və Bəkir Çobanzadə ilə birgə latın qrafikalı əlifbaya keçməklə bağlı Krım və Türküstan ellərinə gedib çıxıb. O, Bakıda Türkoloji Qurultayın keçirilməsini istəyirdi və bu istiqamətdə fəaliyyətini davam etdirirdi. Türkoloji Qurultayın keçirilməsi üçün böyük zəhmət çəkən, təşəbbüs göstərən Mirzə Cəlili 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultaya dəvət etməyiblər. Həmin dövrdə Cəlil Məmmədquluzadəyə qısqanc münasibət bəsləyənlər vardı və bu qısqanclığın ucbatından o, I Türkoloji Qurultayıda iştirak etməyib. O, buna baxmayaraq, əlifba məsələsində ən böyük islahatçı olub. Bu gün latın qrafikalı əlifbaya keçmişik, müasirləşmək, türk xalqları ilə birləşmək istəyirik. Mirzə Cəlil Azərbaycançı olduğu qədər də türkçü olub. Demək istəyirəm ki, o, türk xalqlarının dil, milli-mənəvi dəyərlər istiqamətində birləşməsinin tərəfdarı olub. Ona görə də, Sərəncamın tələblərindən irəli gələrək Cəlil Məmmədquluzadə yaradıcılığı, əsərləri, felyetonları yenidən latın qrafikası ilə nəşr edilməlidir. Çünki gənc nəsil onun əsərlərini dönə-dönə oxumalıdır. Biz onu dəfələrlə oxumaqla milli kimliyimizi, tariximizi dərk edirik. Mirzə Cəlilin özü böyük bir tarixdir. Ona görə ki, biz onun yaradıcılığını oxumaqla həm də tariximizi öyrənirik. O, tariximizi yaxşı bilən bir Azərbaycanşünas, tarixşünas yazıçımız olub. Biz onu ona görə çox sevirik ki, o təkcə öz bədii düşüncəsini ortaya qoymayıb, bədii düşüncəsinin içində xalqımızın tarixini ortaya qoya bilib. Mirzə Cəlili hansı tərəfdən tədqiq edib araşdırsaq görərik ki, ona bütün zamanlarda ehtiyacımız var”-deyə bildirən B.Xəlilov qeyd etdi ki, o həmişə bizim çağdaşımızdır.

 

 “Cəlil Məmmədquluzadə dünyanın ən böyük, ən layiqli “Nobel” mükafatçılarından biri ola bilər”

 

Azərbaycan dövlətinin gücünün müasir gənclikdən çox asılı olduğunu deyən B.Xəlilov hesab edir ki, gəncliyi Azərbaycançılıq məfkurəsi istiqamətində təlimləndirmək, təribiyələndirmək, maarifləndirmək lazımdır. Bu səbəbdən də, Mirzə Cəlil yaradıcılığının aktuallığını bir daha gündəmə gətirmək lazımdır. “Hesab edirəm ki, Prezidentin bu Sərəncamı ziyalılara bir mesajdır. Bu mesaj ondan ibarətdir ki, ziyalılar, ədəbiyyatşünaslar, dilçilər, tarixçilər - hər kəs öz sahəsində Mirzə Cəlil irsini gənc nəslə öyrətməyə çalışmalıdır. Onun tədqiq olunmayan felyetonlarını, əsərlərini tədqiqata cəlb etmək lazımdır. Digər bir məsələyə də toxunmaq istəyirəm. Ədəbiyyatşünaslarımızın və dilçilərimizin Mirzə Cəlillə bağlı xeyli xidmətləri olub. Ancaq bu xidmətlərin bir hissəsi Sovetlər dönəminə təsadüf edib. Mirzə Cəlil elə bir tale yaşayıb ki, o tam olaraq öz qiymətini, dəyərini almayıb. Burada Sovet ideologiyası da az rol oynamayıb. Ona görə də, biz müstəqil Azərbaycanın tədqiqatçıları, ədəbiyyatşünasları, dilçiləri olaraq dövlətimizin siyasəti, ideologiyası, Azərbaycançılıq məfkurəsinin tələbləri istiqamətində Cəlil Məmmədquluzadəni yenidən tədqiq edib öyrənməliyik. Belə hesab etməyək ki, onun yaradıcılığını incəliyinə qədər öyrənmişik, xeyr, belə deyil. Biz onu öyrənmişik, ancaq bugünkü Azərbaycanın tələbləri istiqamətində öyrənməmişik. Onun irsini yenidən öyrənməklə bu böyük şəxsiyyəti bir daha cəmiyyətə tanıdacağıq. Bu gün, həmçinin, Cəlil Məmmədquluzadə irsini dünyaya tanıtmalıyıq. 150 illik yubileyi çərçivəsində onun əsərlərini müxtəlif xarici dillərə tərcümə edib yaymalıyıq. Bunu da etiraf edirəm ki, Cəlil Məmmədquluzadə dünyanın ən böyük, ən layiqli “Nobel” mükafatçılarından biri ola bilər. Düzdür, bizim yazıçı və şairlərimizin “Nobel” mükafatı alması üçün qarşılarında böyük bariyerlər var. Ancaq dünyada ədəbiyyat üzrə “Nobel” mükafatı yazıçıların yaradıcılığı ilə Mirzə Cəlilin yaradıcılığını müqayisə etsək onun yaradıcılığı heç də onlardan geri qalmır. Yəni Mirzə Cəlili bir düşüncə sahibi olaraq Azərbaycan hüdudlarından kənara çıxaraq və dünya insanlarını düşündürək. Bu da Mirzə Cəlilin böyüklüyü deməkdir”-deyə B.Xəlilov qeyd etdi.

O vurğuladı ki, 2019-cu il Prezident İlham Əliyevin dahi şəxsiyyətlərimizin yubileylərinin keçirilməsilə bağlı verdiyi Sərəncamlarla yubileylər ili kimi xarakterizə olunur. Bu hadisələrin Azərbaycan cəmiyyəti üçün bir mesaj olduğunu deyən B.Xəlilovun fikrincə, bu onu təlqin edir ki, xalqımız bir daha öz dəyərlərini qiymətləndirsin, onlara dəyər versin. O, həmçinin qeyd etdi ki, bu həm də bizə Mirzə Cəlil yaradıcılığının mahiyyətini gənc nəslə çatdırmaq imkanı verir.

İradə SARIYEVA                 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ