şənbə günü, 10 oktyabr 2026
     

Ələmdar Quluzadının yaradıcılğında şedevr...

Image


“Çinar oldu bir küçədə

Bitən eşqim bitən eşqim...”

Bu tanınmış şair Əlamdar Quluzadənin poeziyamızın şedevrlərindən biri sayılan misralarıdır.

Şairin üz tutduğu çinar sadəcə bir ağac növü deyil, dərin fəlsəfi, rəmzi və poetik mənalar daşıyan güclü bir simvoldur, onun əbədi sevgisinin rəmzidir. Hansı şair sevgisini bir çinar kimi bir küçəyə əkib, onu cücərdib, fidanlıqdan qollu-budaqlı bir sevdaya çevirib, eşqini xan çinara möhürləyib?

İllərdir xanəndələrin səsindən qulaqlarımıza süzülən, oradan da ürəklərimizə tökülən bu nəğmənin, axıb çağlayan bu misraların müəllifi tanınmış şair Əlamdar Quluzadədir.

Başı buludlarla öpüşən, kökləri ana torpağın qoynunda bəndlənən çinara Azərbaycan ədəbiyyatında çox populyar şairlər şeirlər qoşub, çinar obrazını yaradıcılığının əsas xəttinə çevirib. Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Əlamdar Quluzadə və başqa şairlərimiz xan çinara öz Vətən eşqlərini, mübhəm sevdalarını möhürləyiblər.

Alnını günəş öpər çinarın, köksündə şairlərin sevdalı ürəyi çırpınar. Hər küçədə bir çinar varsa onu orada bir şair sevda adında bitirib, göyərdib.

Müasir Azərbaycan poeziyasının və uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən biri əslən Xocalıdan olan şair Ələmdar Quluzadə özünəməxsus şairdir. Fərqlidir, bənzərsizdir, heç kimi təkrar etmədən, heç kimin yaşadığını yaşamadan yazıb yaradıb. Ədəbiyyatımızda kölgəyə çəkilən şairlərdəndir. Bəlkə də kölgəyə yox, öz xəlvətinə çəkilib yazıb yaradır.

Əlamdar Quluzadə:

Qoşa düşdük eyni dərdə,

Gəldi vədə, getdi vədə,

Çinar oldu bir küçədə

Bitən eşqim, bitən eşqim.

Bu misraları nə zaman yazıb, əməkdar artist Baloğlan Əşrəfov bu şeiri nə vədə nota düzüb, nəğməyə çevirib bilmirəm, bircə onu bilirəm ki, böyük şairin bu şeiri bu gün də sevilir. Bəlkə də zamanında bu şeirin fəlsəfi mahiyyətinə vara bilməmişik, amma indi hiss edirik ki, heç bir şair Ə.Quluzadə kimi sevdasına

“Çinar oldu bir küçədə Bitən eşqim, bitən eşqim” biçimi verməyib. Bu onun nəfəsindən doğan həyacanlı misralardır.

“Bakı-Xəbər” media qrupunun rəhbəri, Əməkdar jurnalist Aydın Quliyev Əlamdar Quluzadənin bu misralarını poeziyamızın şedevrlərindən biri olduğunu deyir: “Bilmirəm, ondan əvvəl hansısa şair belə bir fikir işlədibmi? Rast gəlməmişəm. Ələmdar Quluzadənin “Çinar oldu bir küçədə

Bitən eşqim, bitən eşqim” misraları poeziyamızda şedevrdir, bənzəri olmayan nümunədir”.

Çinar uzun ömürlü ağacdır, kökünü torpağa, başını buludlara dayayıb yüzillər yaşaya bilir. Şair də öz eşqini uzun ömürlü çinar misalında canlandırır, yaşadır. Bu eşq sadə bir eşq deyil, aşiqlərin ocağından qor alıb, pirlərin kəlamından boy atıb. Bu eşq adi eşq deyil, çinara hopan simvolikadır, simvollaşan duyğudur.

Onu da deyim ki, Ə.Quluzadənin yaradıcılığında çinar obrazı həm lirik-fəlsəfi təfəkkürün, həm də təbiətə və insani duyğulara bağlılığın poetik ifadəsidir.

Şairin yaradıcılığında bu obraz bir neçə mühüm mənada özünü göstərir.

Haqlı olaraq yazılır ki, Ə. Quluzadə lirik şeirlərində çinarı sadəcə bir təbiət elementi kimi deyil, insanın mənəvi ehtiyaclarının, saflığın və böyük arzuların rəmzi kimi təqdim edir. Onun misralarında çinar ucalıq və mənəvi rahatlıq simvoludur.

Elə çinar istəyirəm.

Səcdə edim kölgəsinə..."

Tənqidçilərdən bir yazır: “Buradakı "çinar" obrazı şairin kölgəsinə sığınmaq, yarpaqlarının pıçıltısında hüzur tapmaq istədiyi, mənəvi ucalığı və daxili saflığı təmsil edən mistik-lirik bir varlığa çevrilir”.

Ələmdar Quluzadə Qarabağda, Xocalıda doğulub, daim ruhu, qanı-canı o torpağa bağlı olub. Vətənpərvər şairin şeiriyyətindəki çinar obrazı dediyimiz kimi xüsusi seçilir. O da deyilib ki, Azərbaycan ədəbi təfəkküründə çinar həm də uzunömürlülüyün, kökü torpağa dərindən bağlılığın rəmzidir. Şairin yaradıcılığındakı çinar rəmzi dolayısı ilə doğma torpağın sarsılmazlığını, tarixi yaddaşını və Qarabağ təbiətinin əzəmətini simvolizə edir. Çox maraqlıdır ki, Vətəni, xalqı bu dərəcədə sevən adam öz torpaq, yurd sevdasını çinarlaşdırır.

Çinarın qamətindən, dik duruşundan, əzmətindən ilhamlanan şair öz misraları ilə insanı da çinarlaşdırır. Bəli, çinar zamanın, vaxtın, ictimai farmasiyaların qarşısında əyilmədən dayanır və xalqın, torpağın, Vətənin yaddaşının simvolu kimi özünü ifadə edir.

Məndən əvvəl yazanlar yaxşı deyiblər ki, Ələmdar Quluzadənin poeziyasında çinar obrazı-ucalığın, mənəvi sığınacağın, vətən torpağına bağlılığın və zamanın fəlsəfi dərkinin vizual və poetik ifadəsidir.

Ə.Quluzadənin şedevr misralarından çıxdığım bu yol məni şairin çinar duyğulu başqa şeirlərinə də qovuşdurdu. Şairin misralarından bir pıçıltı duyuram ki, çinarın köklərinin torpağa dərindən işləməsi onun Vətənə, keçmişə, milli köklərə bağlılığının göstəricisidir. Axı çinar çox vaxt əsrlərin şahidi, tarixin yaddaşı olur. Yarpaqlarının genişliyi, kölgəsinin sığınacaq olması və uzun ömrü çinarı ağsaqqallıq, müdriklik və böyüklük rəmzinə çevirir. Bu gün özü də ulu çinar yaşda olsan müdrik şairimizin şeirlərdə çinar obrazı insan əzəmətinin, Vətən bütövlüyünün və zamanın sonsuzluğunun poetik əksidir. Çinar həm də canını Vətən uğrunda qurban verən igid oğullarımızın yaşayan obrazıdır. O oğullar da çinarlaşıb axı.

Ə.Quluzadənin “Çinar oldu bir küçədə

Bitən eşqim bitən eşqim...” misraları şeiriyyətimizi diri tutan və durulaşdıran, saflaşdıran misralardır.

Şeiriyyətimizə, xüsusən uşaq ədəbiyyatımıza ölməz əsərlər bəxş edən Əlamdar Quluzadənin “Bitən eşqim” şeirinin tam mətnini də təqdim etmək istəyirəm:

Bitən eşqim

Qanad açıb ulduzlara

Çatan eşqim, çatan eşqim.

Ürəyimi alovlara

Atan eşqim, atan eşqim.

Qoşa düşdük eyni dərdə,

Gəldi vədə, getdi vədə,

Çinar oldu bir küçədə

Bitən eşqim, bitən eşqim.

Ətir saçır tər gül kimi,

Bir evi var könül kimi,

Bahar çağı bülbül kimi

Ötən eşqim, ötən eşqim.

Eşqim ruhun çiçəyində,

Ruhum gülün ləçəyində.

Ay bir qızın ürəyində

İtən eşqim, itən eşqim.

Eşqi, sevdanı çinarlaşdıran şairimizə can sağlığ diləyi ilə

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ