Xəzər dənizində əməkdaşlıq sıfırdan başlamır. Tehran Konvensiyası və onun protokolları Xəzəryanı beş ölkə üçün əməkdaşlığın mühüm çərçivəsini təmin edir.
Bunu BMT-nin Layihə Xidmətləri Ofisinin çoxölkəli ölkə direktoru Simonetta Siliqato “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın ikinci günündə "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsi" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indi əsas məsələ həmin çərçivənin texniki məzmununu və elmi əsaslarını gücləndirmək, alimləri və institutları birləşdirmək, məlumat və bilik mübadiləsini yaxşılaşdırmaq, eləcə də davamlı maliyyələşməni təmin etməkdir.
O bildirib ki, qarşıdakı onilliklər ərzində Xəzər dənizində potensial olaraq dramatik dəyişikliklər baş verə bilər. Onun sözlərinə görə, bu, artıq yalnız ekoloji məsələ deyil. Dəyişikliklər infrastruktura, limanlara, nəqliyyata, yerli iqtisadiyyatlara və insanların yaşayış vasitələrinə, həmçinin su təhlükəsizliyinə və biomüxtəlifliyə təsir göstərir.
ZÜMRÜD