Cümə günü, 06 noyabr 2026
     

Kinematoqrafçılar İttifaqında nə korrupsiya? - Deyilənə görə, köhnə rəhbərlikdən qisas almaq oyunu gedir...

Image


Xəyalə Rəis: "Belə bir keçmişin olduğu şəraitdə bu gün aparılan hər hansı yoxlama istər-istəməz əlavə suallar doğurur"

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən rəsmi yoxlamalar aparılır. Qurum daxilində baş verən hadisələr və səsləndirilən "qisas" iddialarının pərdəarxası əsasən aşağıdakı faktlara söykənir.

Mətbuatda gedən məlumatlara görə, İttifaqda əvvəlcə Hesablama Palatası yoxlamalar aparıb, hazırda isə prosesi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi davam etdirir. Yoxlamalar zamanı çoxlu sayda maliyyə və qanun pozuntularının aşkarlandığı bildirilir. Mətbuta görə, burada dövlət vəsaitinin talanması iddiası əsas yer tutur. Belə ki, 2024–2025-ci illərdə dövlət büdcəsindən müxtəlif kino festivallarına və layihələrə ayrılan vəsaitlərin, həmçinin xarici QHT-lərlə tərəfdaşlıq pullarının şəffaf xərclənməməsi, nağdlaşdırılaraq mənimsənilməsi iddiaları araşdırılır. Araşdırmalar yalnız son dövrü deyil, mərhum xalq artisti Rasim Balayevin rəhbərliyindən əvvəlki (Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi) dövrləri də əhatə edir.

Kino ictimaiyyəti və mətbuatda gedən müzakirələrə görə, bu qalmaqal sadəcə maliyyə yoxlaması deyil, həm də ittifaq daxili qruplaşmaların nüfuz savaşıdır.

Yazılanlara görə, Rasim Balayevin vəfatından sonra ittifaqın icraçı katibi Əli İsa Cabbarovun nizamnamədən kənar şəkildə özünü sədr elan etməyə çalışması, digər qrup tərəfindən "səlahiyyətlərin qanunsuz mənimsənilməsi" kimi qiymətləndirilib.

Ədliyyə Nazirliyi də həmin toplantının qanunsuz olduğunu təsdiqləyib.

İttifaq daxilində Rüstəm İbrahimbəyov dövründən kök salmış köhnə kadrların vəzifədən uzaqlaşdırılması və mənimsəmə ittihamları ilə üz-üzə qalması bəzi tərəflər tərəfindən "köhnə komandadan qisas almaq" aksiyası kimi yozulur.

Avqustun 28-də keçirilən İdarə Heyətinin iclasında Əli İsa Cabbarovun istefa ərizəsi qəbul edilib və o, ittifaq üzvlüyündən kənarlaşdırılıb. Sədr səlahiyyətləri müvəqqəti olaraq Xalq artisti Şəfiqə Məmmədovaya həvalə edilib və o, sentyabrın 11-nə təyin olunan rəsmi konfransda yeganə sədr namizədi kimi təsdiqlənib.

Hüquqi müstəvidə bu proses korrupsiyaya qarşı rəsmi mübarizə tədbiri kimi aparılsa da, ittifaqın pərdəarxasında ciddi kadr təmizlənməsi və qruplararası kəskin hesablaşma prosesinin getdiyi aydın görünür.

Ekspertlər qeyd edirlər ki, Kinomatoqrafçılar İttifaqında korrupsiya yoxlamasının aparılması zəriri olub, lakin burada bir məqam da var. Variantlardan birinə görə, burada həqiqi korrupsiyadan çox orada keçmiş rəhbərliklərdən qisas almaq niyyəti də diqqəti çəkir. Ekspertlərə görə, keçmişdə Şəfiqə Məmmədova ilə Rasim Balayev arasında problemlər olub. Belədə yoxlamaların qisas motivli olduğu da istisna olunmur. Həm də deyilir ki bu yoxlamada ittifaqda yuxarıya "baş əyməyənlərin" təmizlənməsi niyyəti də var. Yəni belə iddialar dolaşır.

Onu da deyək ki, əslində kinoda, Kinematoqrafçılar İttifaqında korrupsiya ilə bağlı həmişə söhbətlər olub.

Sənətşünas, teatrşünas, mədəniyyət araşdırmaçısı və "Xpress.az" saytının təsisçisi və baş redaktoru Xəyalə Rəis baki-xeber.com-a bildirdi ki, Kinematoqrafçılar İttifaqında aparıldığı deyilən yoxlamalar ətrafında müxtəlif fikirlər səslənir. "Təbii ki, əgər maliyyə və idarəetmə ilə bağlı ciddi şübhələr varsa, bunlar araşdırılmalıdır. Heç bir qurum, heç bir rəhbər və heç bir vəzifəli şəxs yoxlamadan kənarda qalmamalıdır.

Amma burada başqa, ən azı bunun qədər vacib bir sual da var: yoxlamanın özü nə dərəcədə obyektiv və qərəzsizdir?

Bu sualı vermək üçün müəyyən əsasların olduğu da danılmazdır. 2023-cü ildə iki kino ittifaqının birləşdirilməsi prosesində Rasim Balayevlə Şəfiqə Məmmədovanın sədrliyə namizədliyi ətrafında rəqabət yaşanmış, sonda Rasim Balayev sədr seçilmişdi. İndi isə vəziyyət dəyişib və İttifaqa Şəfiqə Məmmədova rəhbərlik edir.

Belə bir keçmişin olduğu şəraitdə bu gün aparılan hər hansı yoxlama istər-istəməz əlavə suallar doğurur: Burada söhbət yalnız mümkün maliyyə pozuntularının araşdırılmasından gedir, yoxsa keçmişdən qalan şəxsi və institusional hesablaşmaların da təsiri var?"

X.Rəis bildirdi ki, əgər korrupsiya araşdırılırsa, bunu şayiələrlə yox, sənədlərlə, rəqəmlərlə, konkret faktlarla və hüquqi nəticələrlə göstərmək lazımdır. "Kim nə edib? Nə vaxt edib? Hansı vəsaitdən söhbət gedir? Hansı sənəd pozuntunu təsdiqləyir? Cavablar bunlar olmalıdır.

Yoxsa "orada korrupsiya var" deyib, ardınca heç bir konkret fakt ortaya qoymamaq həm araşdırmanın nüfuzuna, həm də insanların reputasiyasına zərər vurur.

Daha ciddi məsələ isə başqa bir ehtimaldır.

Əgər korrupsiya ilə mübarizə adı altında rəhbərliyə tənqidi münasibət göstərən, müstəqil düşünən və yuxarıdan gələn göstərişlərə kor-koranə tabe olmayan insanlar sıradan çıxarılırsa, onda artıq söhbət korrupsiyadan yox, hakimiyyət və təsir uğrunda mübarizədən gedə bilər.

Bu ehtimal varsa, ona da göz yummamaq lazımdır.

Çünki korrupsiyaya qarşı mübarizənin ən pis nəticəsi korrupsionerin cəzalandırılmaması deyil. Ən pis nəticə odur ki, korrupsiyaya qarşı mübarizə şüarı özü kimlərinsə şəxsi və ya qrup maraqlarının alətinə çevrilsin.

Bir rəhbər gedir, başqası gəlir, amma sistem dəyişmir. Sadəcə kimə tabe olmağın adı dəyişir.

Kino İttifaqına isə belə bir sistem yox, müstəqil və sağlam yaradıcı mühit lazımdır. Burada insanın vəzifəsi onun nə qədər itaətkar olması ilə yox, peşəkarlığı, yaradıcılığı və mövqeyi ilə ölçülməlidir.

Kiminsə tənqid etməsi onu düşmənə çevirməməlidir. Kiminsə sual verməsi onu "problemli adam" elan etmək üçün səbəb olmamalıdır. Azad düşünən sənət adamından qorxan qurum yaradıcı qurum ola bilməz"-deyə X.Rəis bildirdi.

Leyla QARAXANLI




DİGƏR XƏBƏRLƏR

Xalq artisti Zaur Rzayev vəfat edib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ