Rusiya Müdafiə Nazirliyi bildirib ki, "Şimal" qüvvələr qrupu Ukrayna Silahlı Qüvvələrinin xarici mühasirə dairəsini genişləndirərək Xarkov vilayətindəki Dolqenkoye və Berezniki kəndlərini nəzarətə götürüb.
Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin mühasirəsindən çıxmaq üçün edilən bütün cəhdlərin qarşısı alındığını bildirib.
Nazirliyin məlumatına görə, Ukrayna ordusunun son 24 saat ərzində itkiləri 30-a qədər hərbçi, bir zirehli döyüş maşını, iki ATV və üç pilotsuz uçuş aparatı idarəetmə stansiyası təşkil edib.
Tahir TAĞIYEV