Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, sentyabrın 6-da Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkarlanıb.
Bildirilib ki, saat 01:30-da İran İslam Respublikasından Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirilən 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd “Metadon M-40” həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Saat 04:10-da isə paraplan vasitəsilə ölkə ərazisinə keçirilən 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkarlanıb.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
ZÜMRÜD