çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət etməkdən doymayacaqsınız... - FOTO

Image


Qərbi Azərbaycan ellərini görməyənlər də görənlər qədər oranı sevir və ora qayıtmağa can atırlar. Hər kəs inanır ki, günlərin birində izimizin, sazımızın, sözümüzün yaşadığı yurumuza qayıdacağıq. Bizi Qərbi Azərbaycana addım-addım yaxınlaşdıran hadisələr yaşanır, xalqımıza Qərbi Azərbaycan torpağında yaradılan etnomədəni hadisələr tanıdılır. Əlbəttə, Qərbi Azərbaycanda Azərbaycan türklərinin yaratdığı tarixi irs çox nəhəngdir.

Sentyabrın 3-də Mədəniyyət Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan Qərbi Azərbaycanın etnomədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş etdirilməsi bu qəbildəndir.

Paytaxt sakinlərinin, tiristlərin, ölkə ziyalılarının, millət vəkillərinin, dövlət rəsmilərinin də böyük maraqla qatıldığı “Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbirdə Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, tarixi abidələrin 3D maketləri nümayiş etdirilib.

Heydər Əliyev parkında sanki bir el bayramı idi, bir tərəfdə Qərbi Azərbaycana aid ekspoinatların sərgiləndiyi köşk qurulmuşdu, o biri tərəfdə o ellərə aid şirniyyat növlərindən ibarət süfrələr açılmışdı, başqa bir tərəfdə Qərbi Azərbaycanın daş yaddaşını əks etdirən maketlər təqdim olunurdu. Hər kəsin üzündə sevinc, həyəcan vardı, sanki tədbirdəncə insanları maşınlara yığıb öz yurdlarına aparacaqdılar. Elə adamlar vardı ki, quşdan qanad alıb o yerlərə uçmaq istəyirdi. Sərgidə Qərbi Azərbaycan ellərinin ruhu canlanırdı...   

Yeri gəlmişkən, təqdim edilən milli geyimlər Bakı Milli Geyim Evində hazırlanıb və geyim evinin əməkdaşı bildirdi ki, geyim nümunələri XVIII əsr Zəngəzur bölgəsi, Naxçıvan və İrəvan xanlığının geyim nümunələridir və xan ailəsinin ziyafət geyimlərini tərənnüm edir...    

  • Arcutlu tarix müəlliminin muzeyi...

Parkda tədbir çərçivəsində qurulan köşkdə Qərbi Azərbaycanın Pəmbək mahalının Arcut kəndinə aid qədim məişət əşyaları sərgilənirdi. Sərgidə nehrə, cəhrə, yun darağı, sərnic, qəndqıran, ütü, badya, şadara, xəlbir, səhəng və sair məişət əşyaları, tarixi eksponatlar nümayiş olunurdu. Köçkdə ixtisasca tarix müəllimi olan Arcut sakini Rəfiyev Səyyad İsrafil oğlunun illər boyu topladığı və böyük məşəqqətlə Azərbaycana gətirdiyi eksponatlar sərgilənirdi. Səyyad Rəfiyev “Bakı-Xəbər”ə bildirdi ki, 45 il tarix müəllimi işləyib, gənclik illərini Pəmbək mahalnın Arcut kəndində keçirib. “Ora Quqark deyirdilər, amma əsl adı Qarakilsədir. Bilirsiz ki, bütün toponimlər, anonumlər, oykonimlər, hidronimlər ermənilər tərəfindən saxtalaşdırılıb. Sizin burada görüdüyünüz məişət əşyalarının hamısı Arcut sakinlərindən toplanıb. Burada eksponatların çox cüzi bir hissəsi nümayiş olunur. Bu mənim muzeyimin eksponatlarıdır.  Mən özüm 1980-ci ildə Arcutda Tarix-diyarşünaslıq muzeyi yaratmışam. O vaxt bu muzey haqda erməni mətbuatı da yazıb, qəzetləri saxlayıram. Ermənistanda keçirilən müəllimlərin V qurultayında iştirak etmişəm, çıxış da etmişəm, o, “Sovet Ermənistanı” qəzetində dərc olunub.  Muzey 1980-ci ildən kənddə fəaliyyət göstərib. Orta məktəbin içində yerləşirdi. Bu ekponatyları bir-bir toplamışam, qohum-əqrabadan da almışam, kənd camaatı da verib. Şagirdlərimin bu işdə mənə köməyi dəyib. İki dəyirmanımız vardı, onların daşını da qoymuşdum eksponatların içinə. Xış, kotan, bir sözlə çox əmək alətləri vardı. Mənim bu qədər eksponatı qaçqınçılıq vaxtından sonra çətinliklə gətirdim. Zəlzələ olmasaydı biz özümüz də, irsimiz də orada məhv olacaqdıq. Bu çox böyük irsdir və sevinirəm ki, bunları vaxtında toplaya bilmişəm. Muzeyimin eksponatlarını Bakı şəhəri 99 nömrəli məktəbdə saxlayıram. Mən pensiyada olduğum üçün müəllim kimi işləmirəm. Məktəbdə sıxlıq var və mən eksponatlarımı oradan çıxarmalıyam. Mən muzeyimi yerləşdirmək üçün yer və ona status istəyirəm. Rəhbərlik etdiyim Heydər Əliyev adına Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların tarix diyarşünaslıq muzeyində 2 minə qədər eksponat var”.

Sərgidə Qərbi Azərbaycanın etnoqrafik ruhunu, etnoqrafik cizgilərini yaşadan onlarla hadisənin şahidi olduq.

  • “Qərbi Azərbaycan mətbəxinin kiçik bir mənzərəsini yaratmışıq”

Tədbirdə İrəvan, Qərbi Azərbaycan mətbəxinə aid bişmişlər, şirmiyyat növləri təqdim edilmişdi. İnsanların ciddi maraq göstərdiyi və yeməklə doymadığı şirniyyat növlərinin hamısı qədim çağlara aid milli mətbəx şirniyyatlardır. Məşhur İrəvan kətəsi, əyirdək, qatlama, fəsəli və başqa şirniyyatlar təqdim edildi. İrəvanın çay buleti təqdim edildi, müxtəlif otlar, çaya ətir qatan ədviyyatlar nümayiş olundu. İrəvan çay süfrəsini təşkil edən Ələkbərova Vəsilə Arif qızı “Bakı-Xəbər”ə “İlk dəfə olaraq biz Bakıda belə bir təqdimat keçiririk. Bizə bu təqdimatı Qərbi Azərbaycanda da etmək nəsib olsun. Azərbaycanın qərb bölgəsi çox zəngin mətbəx mədəniyyətinə malikdir. Biz burada çox kiçik çay dəstgahı təqdim edirik və buradakı bişmişlər toylarda, bayramlarda bişirilirdi. Məsələn, qatlama qız gəlin köçəndən sonra arxasınca aparılırdı. Hər şirniyyatın özünün öz mənası, bişirilmə səbəbi olub. İrəvan kətəsini İrəvan xanı çox sevib və  bu bizim mətbəximizdə yer alıb. Balıq çörəyi də özünəməxsus bir bişidir. Burada Qərbi Azərbaycan mətbəxinin kiçik bir mənzərəsini yaratmışıq” - deyə bildirdi.

  • “Biz bu cür sərgilərin davamlı olmasını nəzərdə tuturuq”

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Bakı-Xəbər”ə “Bildiyiniz kimi, Qərbi Azərbaycan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Minillər boyu həmin ərazilərdə bizim soydaşlarımız yaşayıblar. Heç şübhəsiz ki, minillər ərzində burada Azərbaycan xalqına məxsus çox zəngin tarixi-mədəni irs yaradıblar. Amma 200 il bundan əvvəldən başlayaraq mərhələ-mərhələ bura köçürülən ermənilər həmin irs nümunıələrinin bir hissəsini məhv edib, bir hissəsini isə erməniləşdiərək özlərininkiləşdiriblər, dünya ictimaiyyətinə “erməni tarixi-mədəni irs nümunələri” kimi təqdim edirlər. bura xalça, mətbəx, musiqi mədəniyyəti də və sair daxildir. Qərbi Azərbaycan İcması olaraq əsas məqsədimiz tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irs nümunələrinə sahib çıxmaq, bunları xalqımızın mədəni irs nümunələri kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu tədbir də həmin silsilədən atılan addımlardan biridir. Şübhəsiz ki, biz bu cür sərgilərin davamlı olmasını nəzərdə tuturuq. Sentyabrın sonuna qədər ölkədə bir neçə belə sərgi keçiriləcək. Belə sərgiləri xarici ölkələrdə də təşkil etməyi nəzərdə tutmuşuq. Qarşımızda Ermənistan kimi hər cür yalana, üsula əl atan düşmən dayanır. Biz onların qarşısına ancaq faktlarla, sənədlərlə, sübutlarla, mənbələrlə çıxmalıyıq ki, ermənilərin yüz illər ərzində dünya ictimaiyyətinin beyninə yeritdiyi yalanları, saxtakarlıqları qazıb çıxaraq və Qərbi Azərbaycan həqiqətlərini qəbul etdirə bilək” - deyə bildirdi.

  • “Tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun adını daşıyan Heydər Əliyev Mərkəzinin qarşısında keçirilməsi də rəmzi xarakter daşıyır”

Mədəniyyət nazirinin müavini Səadət Yusifova “Bakı-Xəbər”ə açıqlamasında bunları dedi:  “Tədbir Mədəniyyət Nazirliyi ilə Heydər Əliyev mərkəzinin birgə ərsəyə gətirdiyi tədbirdir. Məqsəddə  Qərbi Azərbaycanın etnomədəni mühitinin rekonstruksiya etməkdir. Vaxtilə tarixi Azərbaycan mahallarında xalqımızın  keçirdiyi bayram şənliklərinin əhval-ruhiyyəsini canlandırmaqdır. Gördüyünüz kimi burada həm bölgənin tarixi eksponatı var, mətbəxi nümayiş olunur, konsert proqramı təqdim olunur. Təbii ki, bu istiqamətdə tədbirlər davam etdiriləcək. Tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun adını daşıyan Heydər Əliyev Mərkəzinin qarşısında keçirilməsi də rəmzi xarakter daşıyır. Ümummilli Lider inanırdı ki, nə vaxtsa, ədalət bərpa olunacaq və Qərbi azərbaycanlılar öz yurdlarına qayıda biləcəklər.

Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra tamamilə yeni siyasi reallıqlar yararanıb. Artıq keçmiş məcburi köçkünlər Qarabağa, Şərqi Zəngəzura geri dönüş əldə edirlər. Şanlı Qələbədən sonra Qərbi azərbaycanlıların da öz ata-baba ocaqlarına qayıtmaq ümidi yaranıb. Dövlətimizin başçısının çıxışlarında Qərbi azərbaycanlıların da öz yurdlarına qayıdacağını bildirməsi ümidlərin, xəyalların reallığa çevriləcəyi günün çox da uzaqda olmadığına bir işarədir. Həmin imkan sülh müqaviləsi imzalanandan sonra yaranacaq. Vaxt gələcək həmin doğma torpaqlara da qayıdacağıq, qurub yaradacağıq və Azərbaycan mədəniyyətini çiçəkləndirəcəyik”.

AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, professor Cəbi Bəhramov “Ümumi Azərbaycan tarixi kontekstində götürdükdə bu sahə tədqiq olunmayıb, öyrənilməyib. Doğrudir, son 30 ildə bizim bir çox alimlərimiz, xüsusən də rəhmətlik İsrafil Məmmədov, Sabir Əsədov tərəfindən bu məsələlər öyrənilib. Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi yaradılıb. Qərbi Azərbaycanda yaranan irs bizim milli mədəni irsimizin bir növ qızıl səhifəsidir. Çünki burada millilik, özünü dərk elementləri, Azərbaycanın bütün dəyərlərini özündə əks etdirən bir bölgənin tarixi, etnoqrafiyası mövcud olub” - deyə bildirdi.

  • “Könül istərdi ki, Qərbi Azərbaycanın hər mahalına aid...”

Sərginin təşkilini müsbət qiymətləndirən kinorejissor Kəmalə Musazadə “Ümumiyyətlə, düşünürəm ki, çox gecikmiş bir sərgidir. Əslində, çox-çox əvvəllər belə tədbirlər təşkil olunmalı idi. Belə tədbirlər geniş səviyyədə keçirilməlidir. Burada biz yalnız bir kəndə aid eksponatlar gördük. Könül istərdi ki, Qərbi Azərbaycanın hər mahalına aid bir köşk olaydı” - deyə bildirdi.

  • “Hər şey əladır, zövq aldım”

Tədbirə xarici ölkə turistləri də böyük maraq göstərirdi, onlardan bir neçəsi ilə söhbətləşdik. Əslən Çindən olan və İngiltərədə yaşayan Min Yi bizimlə söhbətində bildirdi ki, sərgi onda gözəl təəssürat yaradıb: “Sərgi də, təqdim edilən təamlar da çox gözəldir. Burada hər şey mənim xoşuma gəldi. Eksponatlarla tanış oldum, şirniyyatlar yedim. Hər şey əladır, zövq aldım”.    

  • “Biz gənclərə o ərazini tanıtmaqla bərabər, xalqımızın...”

Həmkarımız Füzuli Sabiroğlunun da təəssüratlarını öyrəndik: “Qərbi Azərbaycan təkcə ərazi deyil, həm də o torpaqlarda yaşamış insanların həyatıdır, məişətidir, etnoqrafiyasıdır, orada yaratdığımız böyük mədəniyyətdir. Biz gənclərə o ərazini tanıtmaqla bərabər, xalqımızın yaratdığı böyük mədəniyyəti, etnoqrafiyanı da tanıtmalıyıq”.

  • “Təəssüratlarım çox gözəldir”

Qırğıstandan gələn turist Aykərim Mirzəxan “İlk dəfədir ki, Bakıda oluram və belə bir tədbirdə iştirak etmək çox xoş oldu. Təəssüratlarım çox gözəldir” - deyə bildirdi...

Qərbi Azərbaycanın etnomədəni həyatından böyük təəssüratlarla ayrıldıq, sazlı-sözlü Göyçənin aşıqlarını dinlədik, müğənnilərə qulaq asdıq. İnandıq ki, nə zamansa belə bir tədbir Qərbi Azərbaycan ellərində olacaq. Ümidimiz çoxdur.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ