çərşənbə günü, 07 oktyabr 2026
     

Ümid bu dəfə gənc kinematoqraflara qaldı... - MÜSAHİBƏ

Image


Çoxlarımız çağdaş Azərbaycan kinosu barədə elə də optimist deyilik, kinomuzun gələcəyindən nigaranıq. Bəzilərimiz də elə bilirik ki, Azərbaycanda daha kino çəkilmir. Halbuki, kino da var, istedadlı gənclər də, sadəcə onların əl-qol açmasına geniş şərait yaradılmır. Kinonun, kino çəkənlərin problemləri çoxdur və bu problemlərin həllində Mədəniyyət Nazirliyi əhəmiyyətli rol oynamalıdır. Yaşlı nəsil öz sözünü deyib gedib, indi ümid gənclərədir... 

Avqustun 14-də Mədəniyyət Nazirliyində gənc kinematoqraflarla görüş keçirilib, mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə keçirilən görüşdə 20-dən artıq gənc kinematoqraf iştirak edib. 

Əksəriyyətimiz o görüşdə kinonun, gənc kinematoqrafların hansı problemlərinin müzakirə edildiyi ilə maraqlanır. O görüş bizim üçün də maraqlıdır.

  • "Nazir özü şəxsən söz verdi ki..."

Bu səbəbdən görüşdə iştirak edən gənc kinematoqraflardan biri olan istedadlı kinorejissor Məzahir Həşimovla danışdıq... 

- Məzahir bəy, ilk dəfə idi ki, nazir səviyyəsində gənclərlə görüş keçirilirdi? 

-  Əvvəllər də görüşlər olmuşdu, sabiq mədəniyyət nazirləri ilə görüşmüşdük. Amma ilk dəfə idi ki, belə səmimi, sərbəst görüş oldu və kinonun problemlərini açıq şəkildə müzakirə etdik. Heç bir rəsmiyyət olmadan bütün problemlər barədə danışdıq. İndiyə qədər belə bir şey olmamışdı. Bu böyük üstünlükdür.                 

- Tamaşaçı kimi baxanda kənardan Azərbaycan kinosunun vəziyyəti bizə çox acınacaqlı görsənir. Kinonun içində olan adamlar sizlərsiniz və kinonun problemini, uğurlarını siz daha yaxşı bilirsiniz. Nazirin gənc kinematoqraflarla görüşü ilə cəmiyyətə hansı mesajlar verildi?    - Adil Kərimli ilə görüş keçmiş mədəniyyət  nazirləri ilə görüşdən çox fərqlənirdi.             

 - Hansı baxımdan?      

 - Düzünü deyək, əvvəlki nazirlərin vaxtında bizi yığıb deyirdilər ki, hər şey əladır, kino inkişaf edir və sair. Biz də onlara qulaq asırdıq, zalı doldurub gedirdik. Amma bu nazirlə görüş tamam fərqli bir görüş oldu. Nazir bizimlə əməkdaşlıq etmək, belə görüşlərin sistematik olmasını, kinonun problemlərinin həlli yollarını bizimlə bərabər tapmaq istəyir. Ona görə də çox məhsuldar görüş oldu. Təkliflərin hamısı qeyd edildi. Biri var görüş xatirinə görüş ola, pafoslu sözlər deyilə, amma bu görüş tamamilə başqa görüş oldu. Bunun əhəmiyyəti böyükdür. Tamaşaçı hansı filmlərin çəkildiyini, bizim hansı festivallara getdiyimizi bilmir. Bu baxımdan, tamaşaçı düşünə bilər ki, Azərbaycanda kino yoxdur.  Amma kino var.                

 - Sadə tamaşaçı bunlardan xəbərsizdir...                

 - Bizim gənclər bir sıra festivallarda iştirak edirlər. Berlindən Kanna qədər gedib çıxan gənclərimiz var. Onlar öz hesablarına, yaxud qrant və sponsor hesabına bu filmləri çəkirlər. Filmlər var. 

Biz görüşdə çalışdıq ki, bütün problemləri qaldıraq və müzakirə edək. Həm festival problemindən danışdıq, həm də Azərbaycan Respublikası Kino Agentliyi fəaliyyətə başlayandan sonra hansı işlər görməli olduğu, olacağından söhbət açdıq. Düzdür, Kino Agentliyində hələ rəhbər yoxdur, o kollegial bir qurum olacaq. 

Bütün problemlər müzakirə olundu, xüsusən də təhsil məsələsi diqqətdə saxlanıldı. 

- Səhv etmiriksə, siz Moskvada oxumusuz. 

- Bəli. Mən ali məktəbi bitirəndən bəri ilk dəfə idi ki, belə bir görüş oldu... 

- Sizin kimi peşəkar gənclərimiz az deyil, təəssüf ki, biz onları görmürük, daha çox bayağı filmsayağı nəsnələr görürük. Biz sizin işləri nə vaxt görə biləcəyik? Nazir kömək edəcəkmi? Sizə nə vəd etdi? 

- Bu tək nazirin həll edəcəyi məsələ deyil, kompleks yanaşma tələb edən işdir. 

- Sizə dəstək göstəriləcəkmi? Azərbaycan reallığında dövlətin dəstəyi olmadan sponsor dəstəyi ilə uzağa getmək olmaz. 

- Bu barədə də söhbətimiz oldu ki, biz əgər sponsor qapısı döyəcəyiksə nazirliyin dəstəyi ilə bunu edək, arxamızda nazirlik dayansın. Nazir özü şəxsən söz verdi ki, sponsor qapısının döyülməsinə ehtiyac olarsa o qapını bərabər döyək. Bu görüş çox məhsuldar idi. Pessimist yanaşmaq istəmirəm, inanıram ki, nəticəsi olacaq.

 - Sponsor istəyir ki, öz maraqları təmin olunsun. Buna münasibətiniz necədir? 

 - Sponsor investor kimi çıxış edirsə o qoyduğu vəsaiti götürməlidir.  Bizim festivalla bağlı bir problemimiz var. Biz Qarabağ haqqında film çəkəndə və onu beynəlxalq festivala çıxaranda bizə Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən diplomatik dəstək verilsin. Bu vacib məsələni də qaldırdıq ki, festivallara film göndərəndə erməni lobbisi onun qarşısını ala bilməsin deyə bizim səfirliklərimizin dəstəyinə ciddi ehtiyacımız var. Çünki erməni lobbisi çox güclüdür və onlar bizim filmlərin qarşısını alırlar. Biz Qarabağ filmlərini festivallara göndərən kimi erməni lobbisi orada çox güclü olduğu üçün filmlərə baxılmadan onların siyahıdan çıxarılmasına nail olur. Onlar istəmirlər ki, biz orada həqiqəti göstərək. Onların da öz filmləri var. Neçə illərdir Avropada oturublar. O baxımdan onlar Avropada güclüdürlər.

 Nazirlə görüşdə bu məsələni də qaldırdıq. Çünki elə mövzular var ki, səfirliklərin dəstəyi olmasa biz özümüz festivala girə bilmirik, amma dəstək olarsa girə bilərik. Məsələn, Türkiyə festivala film çıxaranda onlar o filmlərin geniş təbliğatını, təqdimatını həyata keçirirlər. Təəssüf ki, bu bizdə yoxdur. Danışdıq, dedik ki, bu bizdə də olsun. Bizim festivala getdiyimiz ölkədə fəaliyyət göstərən səfirliyimiz yaxından dəstək  verməlidir ki, sabah bizi erməni lobbisi festivaldan çıxara bilməsin.

- Bu gün kinomuzun əsas problemi nədir? Əsasən nəyi həll etməliyik? 

- Əslində çox problem var. Belə deyək, keçən əsrin 90-cı illərindən biz gənclərə heç bir miras qalmayıb.

Bir az pafosla səslənsə də, kinoda  nə qurulursa, bu gənclərin hesabına qurulur. Bu gün yaşlı nəsil oturub "mənə rol verin", "film verin" deyirsə, gənc nəsil pis-yaxşı özünün, yaxud tanışının hesabına filmləri çəkir. "Azərbaycanfilm" kinostudiyasının da vəziyyəti göz qabağındadır, heç onunla danışmağa dəyməz. Kinoya pessimist yanaşmaq olmaz, problemlərin həllinin tapılacağına inanırıq. Görüşdə nazirə dedim ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində böyük islahat aparnaq lazımdır. Mən özüm Kinoittifaqın təşkilatçılığı ilə arabir dərs deyirəm. Bəzən elə tələbə gəlir ki, dördüncü kursda oxuyur, amma bildiyi bir şey yoxdur. Sual da verəndə ki, qardaş, niyə bunu bilmirsən? Deyir bunu mənə keşməyiblər. Bu da bərbad bir şeydir. Əgər mənim oxuduğum ali məktəblə İncəsənət Universitetini müqayisə etsək aralarında yerlə-göy qədər fərq var. Bu həm maddi-texniki baza, həm müəllimlərin səviyyəsi baxımından belədir.  Mənə elə gəlir ki, ilk növbədə təhsillə məşğul olunmalıdır, təhsil yüksək olarsa çəkilən filmlər də keyfiyyətli olar, sponsor qapısı döyəndə də heç kəs deyə bilməyəcək ki, mən sənə pul verecəm sən də mənə səviyyəsiz bir şey çəkib ver. Dövlət düzdür, dəstək olur. Kommersiya filmlərinə sponsor tapmaq olur, amma sənət filmlərinə tapmaq olmur. Çünki onu başa düşən azdır. Hesab edirəm ki, hər şey yavaş-yavaş yoluna düşəcək... 

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ