çərşənbə günü, 07 oktyabr 2026
     

Sadıq Qarayev Ramiz Rövşənin izah verməsini istədi - "Allahdan yuxarı, qəbirdən aşağı" kimindir...

Image


"Nəcip Fazil Kısakurək və Ramiz Rövşənin adına olan bu misralar eynidir. Ramiz Rövşən istedadlı, özünəməxsus, əsl şairdir. İnanmıram ki, köçürsün, məntiqcə onun belə şeyə ehtiyacı yoxdu.

Yaxşı olar, özü müzakirələrə səbəb olmuş bu məsələyə aydınlıq gətirsin ki, Kısakürəkin adıyla tərcümə edibbu misralara müəlliflik iddiası edir,  ya yox.

Əks halda bu sadəcə köçürmədir, özünün deyil". Bu, fikirləri AYB üzvü, yazıçı, Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun  Geobotanika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayev rəsmi Feysbuk səhifəsində yazıb.

S.Qarayev Nəcib Fazil Qısakürəyin "Var mı Allah'tan yuxarı, kabırdan aşağı? Toparlan ruhum, gediyoruz, sen yuxarı, ben aşağı" misralarının eynilə R.Rövşənin "Nə var Allahdan yuxarı, Nə var qəbirdən aşağı, ruhum, dur yığış gedirik, sən yuxarı mən aşağı" şeirində təkrarlandığını təqdim edir. Ayrı-ayrı ölkələrdə yaşayan iki şairin şeiri bir - birinə necə bənzəyə bilər ki?

S.Qarayevin paylaşması geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri, xüsusən də yazıçı və şairlər, tədqiqatçılar R. Rövşənlə N.F.Qısakürəyin şeirinin eyni olmasının səbəblərini dartışırlar. R. Rövşəni "plagiat" lıqda, "təsirlənməkdə" suçlayanlar da, onu müdafiə edənlər də çoxdur.

Bu misraları oxuyanlar "Sizcə, təsadüfdür, yoxsa?

Fikirlər çox maraqlıdır" - deyirlər. 

Məsələyə xalq şairi Ramiz Rövşənin münasibətini öyrənmək istədik ki, o, iddialara aydınlıq gətirsin. Lakin çox təəssüf ki, hörmətli xalq şairimiz Ramiz Rövşən zənglərimizə və mesajımıza cavab vermədi.

Bu səbəbdən də mövzu ilə bağlı bir-birinə əks fikirləri öyrəndik.

  • Ramin Əlizadə: "Necip Fazıla aid olduğu iddia edilən bu misraları onun hansısa bir kitabından səhifəsi ilə göstərə bilmirsinizsə niyə dahi Ramiz Rövşən yaradıcılığına qara yaxırsınız?" 

AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi Ramin Əlizadə bildirdi ki, yayılan iddia yanandır və heç bir əsası yoxdur: "...Allahdan yuxarısız dünyada son günlər ən böyük biabırçılıqlardan biri də dahi şairimiz Ramiz Rövşənin yaradıcılığını - nəhəng şeir ocağımızın düşmən baltasına sap olanlar tərəfindən eşələnməsidir. Baltanız ərisin, sapınız yansın! Bəlkə də bu yazını paylaşmazdım, amma yazıçı Fərman Kərimzadənin qızı rəylə yox, səylə yazır ki, 8 il əvvəl İstanbulda qapalı çarşıda bir dükanda bu misraları gördüm sarsıldım, hansı dükanda, dükanın harasında, bəlkə kitabda, kitabın harasında, bəlkə səhifəsində... 

Deməli, bir neçə ədəd "sap" iddia edir, hətta paylaşır ki, bu şeir Ramiz Rövşənə yox, Necip Fazil Kısakürəyə aiddir. Bəs həqiqət necədir? Əvvəlcə qeyd edim ki, tam bir ruh adamı Necip Fazil Allah adı keçən onlarla misranın yazarıdır, lakin heç bir misrası Ramiz Rövşənə məxsus bu misralarla nə eyni, nə də bənzər deyil. 

Nə var Allahdan yuxarı ?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?

Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.

Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik...
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı...

Necip Fazıla aid olduğu iddia edilən bu misraları onun hansısa bir kitabından səhifəsi ilə göstərə bilmirsinizsə niyə dahi Ramiz Rövşən yaradıcılığına qara yaxırsınız? Sosial şəbəkələrin Azərbaycan seqmentinin zibil qabı daşır bu cür qarayaxma statusları ilə... Əslində isə bu cür status da, yazılan rəylərin bir çoxu da saxtakarlıqdan başqa bir şey deyil. Sübut olunmayan, dəqiqləşdirilməyən qeyri-ciddi fikirlər səsləndirməklə nə qazanırsınız, ay binəvalar? Bu misraların müəlifinin Necip Fazıl Kısakürek yox, Ramiz Rövşən olmasını sübut etmək guya çox çətindir? Bir az araşdırın, Necip Fazıl Kısaküreyin sağlığında nəşr edilmiş şeir kitablarına baxın, əgər bu misraları görsəniz kitabın nəşr yeri, ili və səhifəsi ilə göstərin, və təqdim edin ki, budur dəqiq məlumat, yoxsa hansısa qurumsaq Ramiz Rövşənin misralarını müasir Türkiyə türkcəsinə tərcümə edib internetdə yayımlayacaq, siz də bu saxtakarlığı təbliğ edəcəksiniz, kitabsız, səhifəsiz, mənbəsiz, dəlilsiz. 28 ildir Necip Fazıl şeirlərini mütaliə edən şəxs kimi deyirəm ki, onun belə misraları yoxdur! Necip Fazıl və Nazim Hikmət müasir Türkiyə ədəbiyyatının iki ayrı qütbündə duran nəhəngidir. Allahı bütün mövcudatın fövqündə görən Necip Fazılın Ramiz Rövşənin qeyd edilən misralarına bənzəyən yalnız bu şeiri var (Bax: “Mavera” Dergisi, Sayı: 80. 81. 82. 1983, “Necip Fazıl'A Rahmet Özel Sayısı”, 223-cü səhifə). “Məndədir” adlanan bu şeir parçası “Yəhya Kamalın Necip Fazıldan əzbərlədiyi şeir” ibarəsi ilə nəşr edlib: 

Nə əzab, nə sitəm bu yalnızlıqdan,
Kimə nə açılmaz divar məndədir,
Süslənmiş gəmilər keçsə açıqdan,
Sanıram getdiyi diyar məndədir,
Yaram var, havanlar döyəməz məlhəm,
Yüküm var, bulamaz bazarlar dirhəm,
Nə çıxar, bu yola düşməmiş kölgəm,
Yollar ki, Allaha çıxar, məndədir.

Bu misraların Ramiz Rövşənin qeyd edilən misraları ilə nə əlaqəsi? Ədəbiyyatla məşğul olun ki, əbədi qalasınız, ay şairi heykəl, quzunu kabab, gilası mürəbbə kimi sevən millətin nümayəndələri! Qeyd edim ki, Ankarada nəşr edilən aylıq ədəbiyyat dərgisi “Mavera”nın 1983-cü ilin iyul, avqust və sentyabr sayları (80, 81 və 82-ci sayları) birləşdirilərək “Necip Fazıla Rahmet Özel Sayısı” (cəmi 265 səhifə) kimi çap edilib. Ramiz Rövşən bu xalqın mənəvi sərvətidir, Azərbaycan ədəbiyyatının ön sırada duran nümayəndələrindəndir, belə əsassız ittihamlarla mənəviyyat səmasına daş atmayın, göy üzü daş saxlamaz, adam belə baş saxlamaz!"

  • Emil Rasimoğlu:"Ramiz Rövşəndən öncə bir Şəhriyar faktı var ki, qaçılmazdır..." 

AYB üzvü, tanınmış yazar Emil Rasimoğlu isə əksini düşünür. O hesab edir ki, R. Rövşən yaradıcılığında təkcə Qısakürəkdən deyil, başqa şairlərdən də təsirlər var:" 

Bəzən görürsən ki, birisi (hətta sənəti görə bilən birisi) deyir ki, filan şairin şeirini öz dilindən eşidəsən, dinləyəsən...Bu əksərən psixoloji faktordan qaynaqlanır. Çünki səs-şeir münasibətində çox vaxt səs şeirin bədii mahiyyətini özündə gizlədib, qarşısındakını psixoloji təsirdə saxlayır, saxlamağı bacarır. Təbii ki, müəllifinin rolu ilə.

Ramiz Rövşəndə də bu "ədəbi siyasət" yaradıcılığın ana xəttidir desəm, yanılmaram...Adamın səsi mətnlərindən daha çox orijinaldı, ağırdı. Dinləyici (oxucu) sanki mətnin yox, səsin arxasına düşüb gedir. Ona görə də hətta deyərdim ki, son dövrlər Ramizi mətninə görə yox, səsinə görə axtarırlar. Məhz bu baxımdan da Ramiz Rövşən mətninin müəllifi olmaqdan çox, səsinin müəllifidir. Məsələn:

"Məni saymayanı mən də saymadım,
Artdı gündən-günə saymadıqlarım.
Sən mənim başıma ağıl qoymadın,
Onların başına ağıl qoy barı."

Yaxşı, gəlin görək, Ramizin Allaha xitabən yazdığı bu şeirdə sənəti, ədəbiyyatı, yaradıcı təfəkkürü...əks etdirəcək nə var? Bu şeiri (oxucu yox) sənətkar idrakı ilə sənət prizmasından yola çıxıb əvvəldən axıra qədər kim oxusa görəcək ki, şeir bəsit, özünəməxsus bədii məziyyəti olmayan bir yazıdır - sadəcə ahəngli bir "söz toplusu"dur.

Amma Ramiz Rövşənin öz səsində məlum şeiri dinləyirsən ki...adamın səsi şeirdə sanki qala divara dönür...və hər kəs də o divarı aşıb şeiri görə bilmir.

Doğrudur, mənim kimi səsin ecazına düşməyib mətnin fərqində olanlar da az deyil. Amma bir fakt var ki, Ramiz ədəbiyyat adı altında bir zalı bu şeirlə "aldada" bilir (bilib).

Bəlkə də Ramiz Rövşənin ən çox "qorxduğu" yer ağ vərəqlərdi. Axı, ağ vərəqlər səsləri qəbul etmir...və Tanrının "Ramiz sirri" açılır...yekunda Ramizin şeirlərinin əksəriyyəti ağ vərəqlərin üstündə "ölür". 

Səsdə "dirilib", vərəqdə "ölən" şeirlər...

Digər tərəfdən Ramizin büsbütün yaradıcılığı üç mərhələdən ibarətdir;

Folklordan gələn ənənəvi şeirlərin təkrarçılığı, mütaliədən yaranan şeirlər və özü olan hissə. Əslində özü tərəf çox azdı, kiçikdi. Hətta bir neçə şeirindədir.

Fikirlərimi həmin hissələrin biri üzərində konkretləşdirim. Məsələn, Məhəmmədhüseyn Şəhriyar yazır ki;

"Yatmış hamı, bir Allah oyaqdı, dəxi bir mən,
Məndən aşağı kimsə yox, ondan da yuxarı."

Bəs, yaxşı, illər sonra Ramiz Rövşən nə yazır:

"Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı".

Mən hələ Ramizin bu misralarının Nəcib Fazil Qısakürək mərhələsinə toxunmuram. O da Ramiz Rövşən qarşısında bir başqa isbatdır (Bir az da mübahisəli isbat).

Ancaq Ramiz Rövşəndən öncə bir Şəhriyar faktı ki var. O fakt ki qaçılmazdır...

İndi Ramiz Rövşən ədəbi sərhədlərində bu kimi hallar nədir? Mütaliədən gəlmə deyilmi?

Ramizin yaradıcılığında belə "olaylara" çox rast gəlmək olar. O "olaylar" ki, istər Şərqə, istərsə də Qərbə məxsus materallardan "gəlmələrdən" ibarətdir. Özü də ki, tək nəzm yox, oxuduğu nəsir kitablarından, dini, fəlsəfi kitablardan və.s...

Məsələ tək fikiri olduğu kimi götürüb istifadə etməkdə deyil. O bir yana...Eyni zamanda, oxuyub görürsən ki, adamın yaradıcılığında şeirlərin əksəriyyətinin hətta psixologiyası, beyni, bədii rəng çalarları, ruhu...özünün poetik qəlbində, dəzgahında hazırlanmayıb.

...və elə ona görə də "divarın o üzündə qalan Ramizə ağlayın". 

E.Rasimoğlu R.Rövşənlə bağlı bunları dedi. 

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ