çərşənbə günü, 07 oktyabr 2026
     

Britaniya muzeyindəki Şeyx Səfi xalçasının Azərbaycana gətirilməsinə İran hansı əsasla mane ola bilər?

Image


Bu gün dünyanın ayrı-ayrı populyar muzeylərində, kitabxanalarında, arxiv şəxsi kolleksiyalarda Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsinə aid eksponatlar sərgilənir. Bura xalçalarımız da, arxeoloji materiallar da, qədim əlyazmalar da, bizə məlum olan və olmayan mədəni irs nümunələri də daxildir.

İngiltərənin, Almaniyanın, ABŞ-ın, Fransanın, Rusiyanın, Gürcüstanın və başqa ölkələrin muzeylərinin bənzərsiz inciləri olan Azərbaycanın irs nümunələrini, çox təəssüflər olsun ki, ölkəmizə qaytara bilmirik. Bildiyimiz qədər, dövlətin aidiyyəti qurumları buna cəhdlər ediblər, lakin müxtəlif yollarla ölkəmizdən qoparılıb qürbətlərə daşınan irs nümunələrimizi yenidən ölkəmizə qaytara bilməmişik. Hazırda Böyük Britaniyada saxlanılan irs nümunələrimizin biri də Şeyx Səfi xalçasıdır ki, onun Azərbaycana gətirilməsi məsələsi aktuallaşıb. İddialara görə, Azərbaycanın bu xalçanı gətirməsinə İran tərəfi mane olur. Bəli, bir əsrdən çoxdur ki, Şeyx Səfi xalçası Böyük Britaniyanın “Viktoriya və Albert” muzeyində eksponat kimi saxlanılır. “Səkkizinci möcüzə” adını daşıyan Şeyx Səfi xalçasını ölkəmizə nə vaxtsa gətirə bilərikmi? Ümumiyyətlə, gətirə bilərikmi? Bu məsələdə İran nə üçün bizə mane olmalıdır ki? Şeyx Səfi xalçasının tarixi barədə qısa məlumat verən tarixçi ekspert Elmar Həsənlinin sözlərinə görə, Şeyx Səfi xalçası 1539-cu ildə Şah Təhmasibinin dövründə Şeyx Səfi məqbərəsində toxunub. “Bir milyon ilmədən istifadə olunub. 56 metr kvadrat ərazini əhatə edir ki, dünyada bu böyüklükdə digər bir xalçaya rast gəlmək qeyri-mümkündür.

İkinci bir məsələ ondan ibarətdir ki, 1891-ci ildə həmin məqbərənin təmiri və bərpası xərcləri ortaya çıxdıqda pul tapılmır. Hal belə olduqda ingilislər həmin məqbərənin din xadimləri ilə əlaqə qururlar. Belə ki, onlar təmir pulu üçün xalçanı ingilislərə satmalı olurlar. Xalçanı almaq üçün “Viktoriya və Albert” muzeyinin rəhbəri Morris adında bir şəxs londonlulara müraciət edir və 2000 funt sterlinq yığılır”.

Elmar Həsənli hesab edir ki, Şeyx Səfi xalçasının Azərbaycana gətirilməməsində başlıca faktor İrandır: “Problem ərazimizin iki yerə bölünməsindən irəli gəlir. Təbrizə İranın iddiası, həmin əraziləri və mədəni irsini özününkü hesab etməsi bu xalçanın Azərbaycana gətirilməsi ehtimallarını əngəlləyir”.

Ekspert sonda qeyd edib ki, məsələnin həlli ilə bağlı istənilən halda Azərbaycan mənəvi varis kimi mübarizəsini davam etdirə bilər.

  • “Düşünrəm ki, Şeyx Səfi xalçasının Azərbaycana gətirilməsi mümkündür”

Tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı ilk növbədə qeyd etdi ki, Şeyx Səfi xalçası Azərbaycan incəsənətində özünəməxsus yeri olan bir sənət nümunəsidir. “Şeyx Səfi xalçası 1539-cu ildə Azərbaycan-Səfəvi hökmdarı Şah Təhmasibin sifarişi ilə Şeyx Səfi məscidi üçün toxunan bir xalçadır. Olduqca unikal, maraqlı bir kompleks şəkildə olan incəsənət nümunəsidir. Məlumdur ki, o xalçanın uzunluğu10 metr yarım, eni isə 5, 3 metrdir. Belə götürdükdə, bu xalçanın 56 kvadrat metrdən bir az artıq sahəsi var. Təbii ki, bu olduqca qiymətli bir xalçadır. 1891-ci Şeyx Səfi türbəsini təmir etmək zərurəti yarananda bu türbənin ruhanı başçısı, təəssüflər olsun ki, türbədən iki xalça satmaq məcburiyyətində qalır. Bu xalçanın biri elə məhz Şeyx Səfi xalçası idi. Şeyx Səfi xalçası 1891-ci ildə İranda fəaliyət göstərən Vinset Robinson şirkətində satılır və Londona aparılır. Bu xalça “Viktoriya və Albert” muzeyində unikal incəsənət nümunələrindən biri kimi saxlanılır. Təsəvvür edin ki, bu nə qədər qiymətli xalçadırsa onu məhz 1893-cü ildə satışa çıxarıblar, lakin İngiltərədən çıxarılmaması naminə pul toplanılır ki, bu xalçanı başqa ölkə almasın, o, İngiltərədə qalsın. “Viktoriya və Albert” muzeyində qalır. Bu gün də oradadır. Azərbaycan mədəniyyətinin, incəsənətinin əvəzolunaz nümunələrindən biridir. Təbii ki, bu xalçanın Azərbaycana qaytarılması ilə bağlı təşəbbüslər birmənalı olaraq dəstəklənməlidir. Bu ideya varsa, artıq bunun həyata keçirilməsi istiqamətində müəyyən işlər görülürsə bu olduqca təqdirlayiqdir. Azərbaycan cəmiyyəti olaraq bu ideya müdafiə olunmalıdır, ictimailəşməlidir. Hesab edirəm ki, bu bir tərəfdən Şeyx Səfi xalçasının Azərbaycana qaytarılması imkanlarını artıra bilər, digər tərəfdən də Azərbaycan xalqı şimallı-cənublu ümumazərbaycan mədəniyyətinin, dəyərlərinin nə qədər qiymətli olduğunu bir daha öyrənər. Bugünkü gün Azərbaycan cəmiyyətinin böyük bir hissəsinin mədəniyyət nümunələrimizin çoxundan xəbəri yoxdur. Xüsusən də Cənubi Azərbaycanda olanlardan xəbərsizdirlər. Bu məsələnin gündəmə gətirilməsi Azərbaycan cəmiyyətinə mənəvi-ideoloji mesaj verə bilər. Düşünürəm ki, Şeyx Səfi xalçasının Azərbaycana gətirilməsi mümkündür. Çünki bu xalça sırf Azərbaycanın mədəniyyət nümunəsidir, xalqımıza məxsusdur. Bizim həm siyasi, həm iqtisadi, həm də digər baxımdan Böyük Britaniya ilə çox gözəl əlaqələrimiz var. Bu əlaqələr də yüksələn xətlə günü-gündən inkişaf etdiyi üçün, fikrimcə, bu sahədə davamlı iş aparılarsa, əminəm ki, hansısa maddi qarşılıq əsasında bu xalça Azərbaycana qaytarıla bilər. Razılaşma əsasında ən azından bu xalçanı alıb geri qaytara bilərik. Bu mümkündür”.

M.Ağalarlının sözlərinə görə, bu məsələyə İranın etiraz etməsinə, mane olmasına gəlincə, əgər gerçəkdən belədirsə, bu yolverilməzdir. “Əgər İranın belə bir davranışı, cəhdi varsa onu yolverilməz sayıram. Hazırda Şeyx Səfi türbəsi və onun nümunələri Ərdəbil şəhərindədir. Ərdəbil də müasir dövrdə İran coğrafiyası daxilindədir, bu ölkənin hüdudlarına daxildir. Təbii ki, 1530-cu illərə baxdıqda həmin dövrdə İran adlı bir dövlət, yaxud da “İran şəhəri Ərdəbil” adlı bir anlayış yox idi. O dövrdə Azərbaycan Səfəvi dövləti idi və o dövlətin şəhərlərindən biri də Ərdəbil idi. Bu xalçanı toxutduran da Azərbaycan hökmdarı Şah Təhmasib idi. Bu nə deməkdir? Bu o deməkdir ki, Şeyx Səfi xalçası Azərbaycan xalqının, mənəviyyatının, incəsənətinin, dəyərlərinin şah əsərlərindən biridir. Şeyx Səfi xalçası Azərbaycan xalqının ortaya çıxardığı bir mənəviyyat-mədəniyyət nümunəsdir. Bu mədəniyyət-mənəviyyat nümunəsinin isə iranlılara, farslara heç bir aidiyyatı yoxdur. Çünki Şeyx Səfi xalçası siyasi miras deyil ki, İran onun Britaniyadan Azərbaycana gətirilməsinə də etiraz edə, heç buna əsası da yoxdur. Bu xalça bir mədəni, mənəvi mirasdır, bir incəsənət nümunəsidir. Təbii ki, bu mirasın da daşıyıcıları biz olduğumuz üçün bu xalça azərbaycanlılara aiddir” - deyə bildirən M.Ağalarlının sözlərinə görə, digər tərəfdən də, dünya azərbaycanlılarının yeganə müstəqil dövləti Azərbaycan Respublikasıdır. Bu da o deməkdir ki, dünya azərbaycanlılarının adından müstəqil dövlət olaraq Azərbaycan danışa bilər deyən M.Ağalarlı hesab edir ki, Şuşa Qurultayında da bu məsələ hüquqi və siyasi baxımdan təsbit olundu. “Bu göstərdi ki, bəli, dünya Azərbaycanlılarının siyasi mərkəzi, dövləti Azərbaycan Respublikasıdır” - deyə tarixçi alim bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ