Orxan Ağazadənin "Məhbus" adlı tammetrajlı layihəsi Kann festivalının "CINEFONDATION LA RESIDENCE" proqramında iştirak hüququ qazandı

img

Dünyanın ən qabaqcıl kino platformalarından olan LA CINEFONDATION 1998-ci ildə Kann film festivalının nəzdində yaradılıb. Gənc rejissorlara dəstək məqsədilə bir çox proqram tərtib etmiş platforma hazırda müsabiqə, rezidensiya və atelye olaraq üç hissəyə bölünür. Gənc rejissorumuz Orxan Ağazadənin "Məhbus" adlı tammetrajlı layihəsi də Kann film festivalının "CINEFONDATION LA RESIDENCE" proqramında iştirak hüququ qazanıb.

Bu barədə “Bakı-Xəbər”ə Mədəniyyət Nazirliyindən məlumat daxil olub.

Məlumatda qeyd edilir ki, sözügedən ekran işi bu proqram üçün ümumilikdə dünya üzrə seçilən 6 layihədən biridir. O bu il Kann film festivalında proqram nəzdində keçirilən və kino sənayəsinin peşəkarlarının izlədiyi tədbirdə “Məhbus” layihəsi ilə pitçinq edib. Film məhbusluq həyatından sonra doğma qəsəbəsinə qayıdıb yeni həyata başlamağa çalışan Rasim adlı gəncdən bəhs edir. Təəssüf ki, keçmiş həyatdan qurtulmaq o qədər də asan deyil və Rasim mübarizəsinə davam etməli olur.

Orxan Ağazadə Lənkəran şəhərinin Sütəmurdov qəsəbəsində anadan olub. London Film Məktəbində Kinematoqrafiya ixtisası üzrə təhsil alıb. Rejissorun qısa metrajlı "Oturacaqlar" filmi də bir neçə beynəlxalq mükafata layiq görülüb

İradə SARIYEVA

Son xəbərlər