Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.
Bu istiqamətdə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 19-da keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan İsrayıl Səmədzadənin həyətindən torpağa basdırdığı “Patent” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çöl-Beşdəli kənd sakini Cavanşir Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Aparılan profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Hüseyn Hüseynov müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı