Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın bağ evindən oğurluq edilib. Bu barədə APA-ya S. Əhmədova məlumat verib.
Onun sözlərinə görə, hadisə oktyabrın 29-da Bakının Maştağa qəsəbəsində, Ləyiş bağları, dalan 14 ünvanında qeydə alınıb. S. Əhmədovanın evindən toyuq-cücə, cins quşlar oğurlanıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinə müraciət edilib və araşdırma aparılır: “Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, oğruların tutularaq cəzalandırılması mümkün olmayıb”.