şənbə günü, 27 iyun 2026
     

Akif Çovdarov "Şərurlu İsfəndiyar"la da məşğul olub

Image


Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin bəzilərinin ifadələri məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, cinayət işi üzrə şahid qismində dindirilənlər arasında Akif Çovdarovun qızı Aidanın həyat yoldaşı Qasımov Rövşən İsa oğlu da var. Rövşən Qasımov ibtidai istintaqa ifadəsində bildirib ki, 1987-ci ildən bu günədək Rusiya Federasiyasının Moskva və Sverdlovsk şəhərlərində ağac emalı biznesi ilə məşğul olur. Ailə qurduqdan sonra arvadı Aida Qasımova ilə Rusiya Federasiyasına köçüb və biznesini davam etdirib.

2005-ci ilin dekabr ayında Rusiyada olarkən Elşən Hüseynov adlı şəxs ona zəng edərək 230.000 ABŞ dollarına Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 50 ünvanda yerləşən “Meyvə-tərəvəz” bazarının 50 faizinin satıldığını bildirdikdə Elşənə hazırda 110.000 ABŞ dolları pulunun olduğunu, həmin məbləği göndərə biləcəyini deyib. Elşən ona pulu göndərməyini, həmin bazarın 50 faizini şərikli almağı təklif edib.

O, əvvəlcə Elşənə 110.000 ABŞ dolları, 2006-cı ilin mart-may ayında 70.000 ABŞ dolları göndərib. Elşən isə bazar alınarkən 45.000 ABŞ dolları pul qoyub. Bazarla bağlı hər bir səlahiyyəti Elşənə verib. Hətta bazar alınarkən tam olaraq Elşənin təsisçisi olduğu “Nəzrin E” MMC-nin tərkibinə keçirilib. 2013-cü ildə Elşənə pul lazım olduğundan bazarın alınması üçün qoyduğu 45.000 ABŞ dollarının bir hissəsini götürüb, həmin vaxt “Nəzin E” MMC-nin 50 faizini Aida Qasımovanın adına keçirib. Meyvə-tərəvəz bazarının 50 faizi Aida Qasımovaya, 50 faizi isə keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun arvadı Əsədova Nüşabə Ənvər qızına aiddir. Bazardan gələn qazancın 10 faizini bu günədək Elşənə verir, Elşən isə bazarı idarə edir. Bazarı biznesindən qazandığı pulla alıb, bazarın Akif Çovdarova heç bir əlaqəsi olmayıb.

Bundan əlavə R. Qasımov ifadəsində göstərib ki, “Aqua Agro” MMC-nin direktorudur. Həmin MMC-ni təsis etməkdə məqsəd Abşeron rayonu Masazır qəsəbəsi, Şuşa qaçqın şəhərciyinin arxasında yerləşən “Bəhrə 2010” MMC-yə məxsus istilikxanaların arxa tərəfində balıqçılıq təsərrüfatı yaratmaq olub. Bu məqsədlə Masazır bələdiyyəsindən 99 il müddətinə 2 hektar torpaq sahəsi icarəyə götürüb. “Aqua Agro” MMC 26.09.2013-cü ildə qeydiyyata alındıqdan sonra həmin ərazidə tikintiyə başlayıb və 2015-ci ilin yayında tikintini yekunlaşdırıb. Lakin qayınatası Akif Çovdarov həbs edildiyindən və sonuncunun kürəkəni kimi kredit almaq üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etməkdən utandığından həmin tikili üçün heç bir avadanlıq ala bilməyib. Həmin tikiliyə təxminən 500-600 min manat arası vəsait sərf edilib. “Aqua Agro” MMC-nin ilk təsisçisi onun xahişi ilə Cəfərov Məmməd İsa oğlu olub. Cəfərov Məmmədi 2000-ci ildən tanıyıb. Onunla uzun müddət şərikli taxta biznesi ilə məşğul olduğundan aralarında partnyorluq münasibətləri yaranıb. Bu səbəbdən Məmməd Cəfərov onunla “Aqua Agro” MMC-nin balıqçılıq təsərrüfatının tikintisinə şərik olmağa razılıq verib. Həmin tikintiyə sərf edilən vəsaitin təxminən 450 000 manatı Məmməd Cəfərov tərəfindən, qalan hissəsi isə onun tərəfindən ödənilib. 2014-cü ilin dekabr ayının 21-də ölkədə baş verən devalvasiyasından sonra Məmməd Cəfərovun maliyyə vəziyyəti bir qədər çətinləşib və balıqçılıq təsərrüfatının tikintisi işindən çıxmaq qərarına gəlib. Həmçinin öz qoyduğu vəsaiti qaytarmasını istəyib. O, sonuncunun tikintiyə qoyduğu vəsaiti birdən qaytarmaq imkanında olmadığını bildirib. Məmməd Cəfərovla onun sərf etdiyi vəsaiti hissə-hissə qaytarmaq barədə razılığa gələrək ilk olaraq Rusiyanın Sverdlovsk vilayətinin Verxoturye şəhərində yerləşən taxta sexindən ayda 5 vaqon taxta gətirib sataraq ödəmək barədə razılaşıblar. Lakin taxta alqı-satqısı zəiflədiyindən Məmməd Cəfərov qoyduğu vəsaitin qaytarılmasını tezləşdirməsini xahiş edib. O da bu məqsədlə 2015-ci ilin aprel ayında SKMF-dan kredit götürə bilmək üçün “Aqua Agro” MMC-ni qayınanası Çovdarova İbadət Rza qızının adına keçirib. Çünki “Bəhrə 2010” MMC də qayınanası İbadət Çovdarovanın adına olub və kredit götürə bilmək üçün kredit mütəxəssislərinə fəaliyyət göstərən şirkət göstərmək lazım gəlib. Həmin vaxt “Bəhrə 2010” MMC-nin istilikxanaları fəaliyyət göstərdiyindən MMC-ni 20.04.2015-ci ildə qayınanasının adına keçirib, özü də həmin MMC-nin direktoru təyin edilib. Bundan sonra kredit almaq üçün kredit mütəxəssisləri ilə məsləhətləşmələr aparıb. Mütəxəssislərin məsləhəti əsasında “Aqua Agro” MMC-nin yerləşdiyi torpaq sahəsi ilk təsisçi Cəfər Məmmədovun adından çıxarılaraq 06.10.2015-ci ildə İbadət Çovdarovanın adına rəsmiləşib. Məmməd Cəfərovun təxminən 57.000 manatını qaytarıb.

Akif Çovdarovun şahid qismində dindirilmiş sürücüsü, Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi texniki və sosial təminat idarəsinin nəqliyyat şöbəsinin əməliyyat sürücüsü, baş gizir Atakişiyev Nurxan Aslan oğlu ifadəsində göstərib ki, 2005-ci ildən  Akif Çovdarovun sürücüsü olub. O bildirib ki, Akif Çovdarovun Masazır qəsəbəsi ərazisində istilikxana və balıqçılıq təsərrüfatı var. Bundan başqa, onun Kürdəmir rayonunda dostu Fəttahın işlətdiyi balıqçılıq təsərrüfatının da olduğunu bilir. Həmin yerə dəfələrlə gedib və qonaqlıqlarda da olub. Sürücü ifadəsində deyib ki, Akif Çovdarovun Badamdar qəsəbəsində yanaşı yerləşən 3 villası, Novxanı kəndində bağ evi və «AF Center»də - sirkin yanında evi var. Onun özünü və ailəsini dəfələrlə həmin ünvanlara aparıb.

 

"Şərurlu İsfəndiyar" da dindirilib

Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində ifadə verən şəxslər arasında iş adamı İsfəndiyar Axundovun da adı var. Məlumata görə, iş adamı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov ibtidai istintaq zamanı ifadəsində göstərib ki, iş adamı Quliyev Azər Cəlil oğlunu təxminən 2007-ci ildən tanıyır, sonuncu ilə ədavəti və düşmənçiliyi olmayıb. Quliyev Azər Cəlil oğlu "Azərtikinti ATF" MMC-nin direktoru olub. 22 may 2007-ci il tarixdə Azər Quliyevlə "Orxan" MMC-nin direktoru Əlizadə Alim Bəhro oğlu arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanıb. Həmin müqaviləyə uyğun olaraq "Orxan" MMC Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə çoxmərtəbəli binaların inşası üçün ayrılmış torpaq sahəsində olan tikintisi yarımçıq qalmış dörd ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına salmalı, "Azərtikinti ATF" MMC isə həmin yarımçıq binaların tikintisini tamamlayaraq təhvil verməli və bundan sonra əldə olunmuş mənfəət iki şirkət arasında bölünməli idi.

İfadədə bildirilir ki, "Orxan" MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam yerinə yetirildikdən sonra "Azərtikinti ATF" MMC tərəfindən həmin binalarda tikinti işlərinə başlanılıb. Müqaviləyə əsasən, “Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyev "Orxan” MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini satıb. Azər Quliyev binada tikilməmiş eyni mənzilləri bir neçə nəfərə satıb. Bundan başqa, Azər Quliyev Bakı şəhərində "Babək-94" MTK-da da podratçı kimi bina tikintisi ilə məşğul olub. Həmin MTK-da da eyni qaydada mənzilləri bir neçə nəfərə satıb. Həmin faktlara görə zərərçəkmiş şəxslərin şikayəti əsasında DİN-də araşdırma aparılıb və cinayət işi başlanıb. Həmin cinayət işinin istintaq zamanı Azər Quliyevin "Orxan" MMC-nin Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə yerləşən tikintisi başa çatmamış binalarda yerləşən, tikilməmiş mənzilləri ayrı-ayrı şəxslərə satması faktları aşkara çıxıb. Bundan sonra həmin faktlara görə də istintaq orqanı tərəfindən araşdırmalar aparılıb. Təxminən 2008-ci ilin əvvəllərində "Orxan" MMC təsisçisi olduğu "Şaiq" MTK-ya qoşulub. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsait sonuncunun əvəzindən zərərçəkmiş şəxslərə ödənilib. Hətta tərəfindən ödənilmiş vəsait Azər Quliyevin binanın tikintisinə sərf etdiyi vəsaitdən təxminən 800.000 manat artıq olub.

Bundan sonra binanın tikintisinə dair Azər Quliyevlə bağlanmış müqavilə ləğv edilib və Azər Quliyev tikintidən uzaqlaşdırılıb. "Şaiq" MTK tərəfindən həmin binalarda tikinti işləri davam etdirilərək tikinti başa çatdırılıb, Azər Quliyevin isə barəsində istintaq olunan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib. Azər Quliyev barəsində cinayət işi üzrə istintaq başa çatdırıldıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə Azər Quliyev törətmiş olduğu əməllərə görə təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. "Orxan" MTK deyil, MMC olub. Həmin cəmiyyətin Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyəti olmayıb. MMC Naxçıvan MR-da yaradılmaqla orada Ədliyyə Nazirliyində 21.11.2003-cü ildə qeydiyyatdan keçib. Cəmiyyətin təsisçisi Şərur rayonu Düdəngə kənd sakini İbrahimov Asəf Səfəralı oğlu olub. Cəmiyyətin başqa təsisçisi olmayıb, icraçı direktor isə Əlizadə Alim Bəhro oğlu təyin edilib.

İ. Axundov bildirib ki, “Şaiq” MTK və “Orxan” MMC-nin MTN ilə heç bir əlaqəsi olmayıb. Həmin bina MTN-nin sifarişi ilə tikilməyib. Həmin binanın sifarişçisi “Orxan” MMC, podratçısı isə “Azərtikinti ATF” MMC olub. Azər Quliyev həmin tikintidə təxminən 1.300.000 manatlıq iş görüb. Həmin tikintinin Quliyev Azər Cəlil oğluna verəcəyi hansısa bir borcu yoxdur. Əksinə o, əlavə 800.000 manatlıq mənzili zərərçəkmiş şəxslərə verib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

26.06.2026 / 23:56
Belarusu da Ukrayna ilə müharibəyə sürükləyirlər - Lukaşenko Zelenskiyə mesaj göndərdi...

26.06.2026 / 23:41
İran Körfəz ölkələrinə sərt xəbərdarlıq - qumar oynamayın...

26.06.2026 / 23:10
Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu

26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal

26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı - İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..

26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?

26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi

26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…

26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi - FOTO

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - FOTO

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...

26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik - hər zaman bir ürək, bir yumruq olacağıq...

26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur - ABŞ və Avropanın böyük razılaşması...

26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi

26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər - "dondurulmayıb"...

26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...

26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...

26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər - daha bir dözülməz müsəlman ölkəsi...

26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib

26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu

26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu

26.06.2026 / 13:15
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu - VİDEO

26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub - FOTO

26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər - FOTO

26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25.06.2026 / 15:24
Avropa Orta Dəhliz məsələsini siyasiləşdirməyə başlayır - Azərbaycansız mümkün deyil...

25.06.2026 / 15:20
“Ermənistan və Moldova oyuncaqdır, Ukrayna yolu gedirlər” - Medvedev 4 ölkəni təhqir etdi...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ