şənbə günü, 27 iyun 2026
     

Təqsirləndirilən keçmiş MTN-çi: “Hər şeyi Akif Çovdarovun əmrinə əsasən etmişik”

Image


Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə yeni təfərrüatlar üzə çıxır.

APA-nın əldə etdiyi məlumata görə, iş üzrə zərərçəkmiş şəxs qismində istintaq zamanı ifadə verən Bədəlov Zakir Dilənçi oğlu ifadəsində göstərib ki, 1990-cı ildən Azərbaycanda yaşayır. Qohumu, Gürcüstan vətəndaşı Zakir Mustafayevlə münasibətləri hər zaman yaxşı olub, hər hansı ədavəti, düşmənçilik münasibətləri olmayıb. 2006-cı ildə o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsi, ev 23, mənzil 3 ünvanında yerləşən 3 mərtəbəli yaşayış evini tikib, evin III mərtəbəsində ailəsi ilə birlikdə yaşayıb. I və II mərtəbələrində isə kafe işlədib. Həmin ildə qohumu Zakir Mustafayev onun evinə qonaq gələrkən evinin birinci və ikinci mərtəbəsində olan kafeni işlətməməyinin səbəbini soruşduqda o, Zakir Mustafayevə kafenin avadanlıqlarını almağa maddi imkanının olmadığını deyib. Z. Mustafayev isə ona maddi köməklik göstərə biləcəyini, Gürcüstan Respublikasında yaşayan bir nəfər tanışından borc alıb ona verəcəyini bildirib. 20 may 2006-cı il tarixdə o, arvadı Nazilə Ramazanova ilə birlikdə Zakir Mustafayevin Gürcüstan Respublikasındakı evinə gedib. Həmin gün Zakir Mustafayev 60.000 ABŞ dolları pulu ona borc verib. 21 may 2006-cı il tarixdə isə o, Azərbaycan Respublikasına qayıdıb. Zakir Mustafayevdən aldığı 60.000 ABŞ dollar məbləğində pula işlətdiyi kafe üçün inventar alsa da, həmin pul onu qane etməyib. Zakir Mustafayev bir daha ona zəng edərək vəziyyəti barədə maraqlandıqda o, Zakir Mustafayevin ona borc verdiyi pulun onu təmin etmədiyini deyib. Zakir Mustafayev ona 30.000 ABŞ dolları da verəcəyini bildirib. Buna görə o, 27 iyun 2006-cı il tarixdə Qırmızı Körpü adlanan gömrük postuna tərəf gedərək İsmayılov Paşa Ramiz oğlu ilə görüşüb. P. İsmayılov postu keçərək ona Zakir Mustafayevin verdiyi 30.000 ABŞ dolları pulu verib. O, həmin pul vasitəsi ilə də işlətdiyi kafe üçün avadanlıq alıb. 1 sentyabr 2006-cı il tarixdə Zakir Mustafayev onun Bakı şəhərindəki yaşadığı evə gəlib, işləri ilə maraqlanıb. O isə yenə də maddi cəhətdən çətinliyinin olduğunu bildirib. Zakir Mustafayev isə cibində 10.000 ABŞ dolları olduğunu deyib həmin pulu ona borc verib. Zakir Mustafayevə olan borcunun konkret olaraq 100.000 ABŞ dolları olmasını bildirib. Zakir Mustafayev borclu olduğu pulları ayına 5% olmaqla qaytarmasını bildirdikdə o da razı olub. Zakir Mustafayev isə ona bildirib ki, Bakıxanov qəsəbəsindəki evini söküb yeni ev tikdikdə o da Zakir Mustafayevə 150.000 ABŞ dolları məbləğində köməklik göstərər. Zakir Mustafayev ona verəcəyi pulu dayısı oğlu Abdul Həbibova verməsini istəyib.

2007-ci ilin aprel-may aylarında Zakir Bədəlov yaşadığı evi girov qoyaraq “Azərbaycan Kredit Bank”ından 200.000 ABŞ dolları məbləğində kredit pul götürüb, həmin puldan 125.0000 ABŞ dollarının Zakir Mustafayevə verməsi üçün bir-iki gün sonra Abdul Həbibova verib. Daha sonra 2007-ci ildə Abdul Həbibov onu mütəmadi olaraq narahat etməklə onun Zakir Mustafayevə 150.000 ABŞ dolları pul verməli olduğunu bildirib. O isə Abdul Həbibova etirazını bildirərək borcunu artıqlaması ilə qaytardığını bildirib. Abdul Həbibov isə onun da, Zakir Mustafayevin də onun dostu olduğunu bildirib onu bu söhbətə qatmamağını xahiş edib. 2008-ci ildə Abdul Həbibov bir daha onun yanına gələrək Zakir Mustafayevə 150.000 ABŞ dolları verməli olduğunu deyib. O buna etiraz etdikdə Abdul Həbibov ona əgər ailəsinin sağ qalmasını istəyirsə və əgər Gürcüstan Respublikasına deportasiya olunmaq istəmirsə, tələb edilən pulu verməli olduğunu bildirib. 2008-ci ilin yanvar-fevral aylarında Zakir Mustafayev ona zəng edərək Sabunçu rayon İcra hakimiyyətinin inzibati binasının qarşısına çağırıb. O isə Zakir Mustafayevlə görüşməyə qohumu Vaqif İsmayılovla birlikdə gedib. Qohumundan başqa avtomaşında oturub onu izləməsini xahiş edib. Zakir Mustafayev özünə məxsus “VAZ-21099” markalı avtomaşınında olarkən o Zakir Mustafayevə yaxınlaşıb. Zakir ondan avtomaşına əyləşməsini tələb edib. O isə buna etiraz etdikdə Zakir Mustafayev avtomaşından düşərək əli ilə belindəki tapançanı tutub ondan avtomaşına oturmasını tələb edib. O, avtomaşına oturduqdan sonra Zakir Mustafayevə onu uşaq oyuncağı ilə aldatmamasını dedikdə sonuncu tapançasını ona göstərib, onu öldürəcəyi ilə hədələyib və pulunu tələb edib. O isə Zakir Mustafayevdən möhlət istəyərək pulunu qaytaracağını bildirib. 2008-ci ilin iyun-avqust aylarında o, yenə də “Azərbaycan Kredit Bank”ına kredit götürmək üçün müraciət edib. Bankdan 360.000 ABŞ dolları məbləğində kredit götürüb. Həmin puldan 200.000 ABŞ dolları ilə köhnə kreditini bağladıqdan sonra əlində 158.000 ABŞ dolları məbləğində pul qalıb. Bundan sonra Zakir Mustafayevə zəng edərək pulu özünün gətirəcəyini və ya kiminsə götürəcəyini soruşub. Zakir Mustafayev isə pulu Abdul Həbibova verməsini deyib. 28 avqust 2008-ci il tarixdə o, Zakir Mustafayevə verməsi üçün 150.000 ABŞ dollarını Abdul Həbibova verib. Daha sonra Abdul Həbibov Mübariz adlı şəxslə və adlarını bilmədiyi başqa şəxslərlə birlikdə Zakir Bədəlovun kafesinə gələrək ona Zakir Mustafayevə 200.000 ABŞ dolları da verməli olduğunu bildirdikdə o bundan imtina edib. Bu söhbət zamanı onun işlətdiyi kafeyə bitişik ev alqı-satqısı ilə məşğul olan tanışı Elxan Əliyev də onların yanında olub. Söhbət zamanı o, Elxan Əliyevdən söhbətə qoşulmasını istəsə də, sonuncu imtina edərək oradan ayrılıb. 2010-cu ilin aprel ayının sonları may ayının əvvəllərində qonşusu Tofiq Əliyev ona onu MTN-in əməkdaşı Səlim adlı şəxsin axtardığını deyib. Səlim adlı şəxsin mobil telefon nömrəsini ona verib. Bundan sonra o, Səlim adlı şəxslə mobil telefon əlaqəsi saxlayıb. Səlimlə birlikdə MTN-ə qohumu olan Akif Çovdarovun otağına daxil olub. Akif Çovdarov ondan Zakir Mustafayevə 200.000 ABŞ dolları borclu olduğunu, pulu qaytarmasa, onu əcnəbi kimi qeydiyyata aldırıb ölkədən Gürcüstan Respublikasına deportasiya etdirəcəyini, Gürcüstan Respublikasında isə onu həbs edəcəklərini bildirsə də, o, Akif Çovdarovla razılaşmayıb. Buna görə Akif Çovdarov onun şəxsiyyət vəsiqəsini alıb. Lakin o, Sabunçu rayon Pİ-nə müraciət edərək yeni şəxsiyyət vəsiqəsi alıb. Bu barədə Səlim adlı şəxsə bildirməsi üçün qonşusu Tofiq Əliyevə deyib. Bundan sonra onun şəxsiyyət vəsiqəsi bir daha ləğv edilib və ölkə xaricinə çıxışına qadağa qoyulub. Ölkə prezidentinə etdiyi müraciətdən sonra şəxsiyyət vəsiqəsini bərpa edə bilib. Daha sonra o, Sabunçu rayon məhkəməsində iddia qaldıraraq Abdul Həbibovun ondan 175.000 ABŞ dolları almasını və həmin pulu geri tələb etdiyini bildirsə də, iddiası təmin edilməyib. Bununla bağlı Sabunçu rayon Pİ-nə müraciət edib, orada cinayət işi istintaq edilib və Sabunçu rayon prokurorluğuna göndərilib. Akif Çovdarov və Səlim Məmmədov onun şəxsiyyət vəsiqəsini əlindən aldıqdan sonra o, qorxduğuna görə DİN-ə müraciət edərkən şəxsiyyət vəsiqəsinin itirildiyini bildirib. Daha sonra dost-tanışlarının tələbi ilə şikayətlər etməyə başlayıb.

İstintaq zamanı Akif Çovdarov zərərçəkmiş Zakir Bədəlovla üzləşmədən imtina edib.

Zakir Mustafeyev isə iş üzrə şahid qismində dindirilib. O ifadəsində göstərib ki, Zakir Bədəlov onun qohumudur. Zakir Bədəlov ona tikdiyi restoranın üçüncü mərtəbəsini tikmək üçün kifayət qədər vəsaitinin olmamasını deyərək borca təcili olaraq pul lazım olduğunu, həmin borcu isə Moskva şəhərində yaşayan qohumunun ona pul göndərdikdən sonra ödəyəcəyini bildirib. O isə qardaşı, Ukraynada alverlə məşğul olan Gürcüstan vətəndaşı Cemaldan bu barədə xahiş edib və Zakir Bədəlovun qısa müddət ərzində həmin pulu qaytaracağını bildirib. Bundan sonra o, həmin pulu Cemaldan alıb  Zakir Bədəlova verib. Zakir Bədəlovun borcları qaytarmaq vaxtı çatarkən Cemal adlı şəxs ona zəng edərək verdiyi pulların qaytarılma məsələsinin nə yerdə qaldığını soruşub. O isə bu barədə Zakir Bədəlovdan soruşduqda sonuncu borcları qaytara bilmədiyini, bu gün, sabah qaytaracağını deyərək vaxt qazanıb. O, Zakir Bədəlovun pulları qaytarmadığını görüb konkret olaraq bu barədə Zakir Bədəlovdan soruşduqda sonuncu ondan xahiş edib ki, Cemal onu sıxmasın, vaxt versin, borc aldığı pulları ayına 5% olmaq şərti ilə qaytaracaq. O da Zakir Bədəlovun sözlərini Cemala deyib.

2007-ci ildə Zakir Bədəlov ona zəng edərək 125.000 ABŞ dollarını düzəltdiyini və borcundan çıxmaq istədiyini bildirdikdə, o, həmin ərəfələrdə Gürcüstan Respublikasının hüquq-mühafizə orqanlarında işlədiyinə görə sərhədi tez-tez keçə bilmədiyindən Zakir Bədəlovun dediyi pulu dayısı oğlu Abdul Həbibovun ondan götürəcəyini bildirib. Həmin ərəfələrdə də Abdul Həbibov Zakir Bədəlovu tanıyıb. Zakir Bədəlovun qaytarmalı olduğu 500.000 ABŞ dollarından 225.000 ABŞ dolları borcu qalıb. Zakir Bədəlov həmin məbləği ödəmədiyindən o, məcbur olub özü həmin məbləği borc aldığı şəxslərə ödəyib. Zakir Mustafayev əlavə olaraq göstərib ki, o, Zakir Bədəlova hər hansı silahla hədə-qorxu gəlməyib, belə ki, o, Zakir Bədəlovla 2008-ci ildə Sabunçu rayon İcra Hakimiyyətinin binasının yanında restoranda görüşüb, Zakir Bədəlovu avtomaşınına otuzdurub harasa aparmayıb, ona silahla hədə-qorxu gəlməyib. O, Səlim Məmmədovu üzdən Zakir Bədəlova görə tanısa da, Səlim Məmmədovla hər hansı münasibəti və ya əlaqələri olmayıb, nə Akif Çovdarova, nə də Səlim Məmmədova Zakir Bədəlovun ona olan borcu barədə nəsə danışmayıb.

Akif Çovdarov və digərlərinin işi üzrə təqsirləndirilən şəxslərdən olan Səlim Məmmədovun da ibtidai istintaqa verdiyi ifadələr məlum olub. S. Məmmədov ifadəsində bildirib ki, özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilmir. O, törətdiyi əməllərin faktiki tərəfini və xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını  etiraf edərək ifadələrində göstərib ki, 1992-ci ildən 2015-ci ilin noyabr ayının 2-nə kimi milli təhlükəsizlik orqanlarında xidmət edib, sonuncu göstərilən tarixdə polkovnik rütbəsində ehtiyata buraxılıb, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində sonuncu iş yeri  Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 1-ci İdarəsinin rəisi vəzifəsi olub. 2011-ci ilin aprel ayının 7-də xidməti vəzifəsini icra edərkən, aktiv əməliyyat tədbirini yerinə yetirərkən həyatına sui-qəsd edilib. Belə ki, Sərraf Xubayev, Namiq Şamilov və digərlərindən ibarət 9 nəfərlik cinayətkar dəstəni zərərsizləşdirərkən onun və Vüqar Muxtarovun üzərinə avtomobil sürülüb. İki dəfə ard-arda avtomobillə vurulub. Bu hadisə nəticəsində adını çəkdiyi cinayətkar qrup məsuliyyətə cəlb olunub və məhkəmənin 30 aprel 2013-cü il tarixli hökmü ilə ağır cəzalara məhkum ediliblər. Əməliyyat tədbirinin gedişatında aldığı xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizasının 30 iyun 2011-ci il tarixli rəyi ilə burnunun yumşaq toxumalarının əziyi, sol burun pərinin cırılmış yarası, baş beyin silkələnməsi halında kəllə-beyin travması, sol budun və bel nahiyəsinin yumşaq toxumalarının geniş sahədə dərialtı hematoması və sıyrığı aşkar edilmiş və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edildiyi təsbit olunub. Həmin hadisədən sonra aldığı xəsarətlə əlaqədar yaddaşında problemlər yaranıb. Mütəmadi baş ağrılarından əziyyət çəkir. Sağlamlığı ilə əlaqədar Baş İdarə rəisi Akif Çovdarova dəfələrlə raport yazaraq xəstəliyi ilə bağlı təqaüdə çıxarılmağını xahiş etsə də, Akif Çovdarov raportları rəsmiyyətə almayıb cırıb atıb.

O bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ölkələrarası əməliyyat tədbirlərinin təşkili və rəhbərliyini həyata keçirib. Həmçinin ABŞ-da, Ekvadorun paytaxtı Kito şəhərində və Rusiya Federasiyasında əməliyyat tədbirləri nəticəsində ümumilikdə tonlarla narkotik vasitələrin dövriyyədən çıxarılmasına nail olub, əməliyyat tədbirlərində fəal iştirak edib.

MTN rəhbərliyi dəyişildikdən sonra 2004-cü ilin dekabr ayında Ağstafa rayon bölməsinin rəisi vəzifəsindən azad edilərək bir ay yarım sərəncamda qaldıqdan sonra 2005-ci ilin yanvar ayında Anti-Terror Mərkəzinə baş əməliyyat müvəkkil vəzifəsinə təyin olunub. Fəaliyyəti müddəti ərzində Akif Çovdarovun haqsız tənqidinə məruz qalıb, yalnız xidməti fəaliyyəti nəticəsində əldə etdiyi nəticələrə görə pillə-pillə vəzifədə irəli çəkilərək 2009-cu ilin may ayında idarə rəisi vəzifəsinə təyin olunub. Adı səslənən və ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan hadisələrdə sırf şahid qismində iştirakı olub. Bütün davranışı, yəni hər hansı bir şəxsin MTN-ə dəvət edilməsi, söhbətlərin aparılması bilavasitə üzərində rəhbərliyi həyata keçirən Akif Çovdarovun əmri ilə olub, bu danışıqlar zamanı pul tələbi edilməyib, hədə-qorxu gəlinməyib. İttihamda adları çəkilən zərərçəkmiş şəxslər bilavasitə Akif Çovdarov tərəfindən qəbul edilib. Akif Çovdarovun qanunsuz danışıqlarının şahidi olmayıb və bu səbəbdən şəxslərin MTN-ə çağırılmasının qeyri-qanuni olmasını bilə bilməyib. 

Bildirib ki, bütün davranışı Akif Çovdarovun əmri ilə həyata keçirilib, sonuncu tərəfindən ona verilmiş göstərişləri mübahisələndirmək səlahiyyətinə və vəzifəyə malik olmayıb.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bədəlov Zakir Dilənçi oğlunun qanunsuzluqlara məruz qalması epizodu üzrə dindirilərkən təqsirləndirilən şəxs Səlim Məmmədov göstərib ki, Zakir Bədəlov onunla qonşuluqda yaşayır. O, Zakir Bədəlovun işlətdiyi “Tamara-Borçalı” kafesində yubiley mərasimində iştirak edərkən dostu Tofiq Əliyev həmin vaxt onu Zakir Bədəlovla tanış edib, Zakir Bədəlovun həmin restoranın sahibi olduğunu bildirib, onun xəbəri olmadan Tofiq Əliyev onun mobil telefon nömrəsini Zakir Bədəlova da verib. Dostu Tofiq Əliyev dəfələrlə ona müraciət edərək Zakir Bədəlovun qohumu Akif Çovdarovla görüşmək istədiyini deyib. O da hər dəfə bu barədə Akif Çovdarova deyib, sonuncu isə vaxtı olanda Zakir Bədəlovla görüşəcəyini söyləyib. Bir müddət sonra Akif Çovdarov ona Zakir Bədəlovun görüş təklifini qəbul etdiyini və onunla görüşəcəyini deyib. Zakir Bədəlovun onun qonşusu olduğunu bildikdə Akif Çovdarov ona Zakir Bədəlovu tez qəbul edib, tez də yola salacağını deyib. Bir neçə gün sonra o, Zakir Bədəlovu çağırtdırıb, Akif Çovdarovun onunla görüşməyə razılıq verdiyini bildirib.

Bundan sonra o, dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomaşını ilə Zakir Bədəlovla birlikdə MTN-nə gedib, Zakir Bədəlovu Akif Çovdarovun xidməti otağına qədər müşayiət edib, otağa daxil olduqdan sonra Akif Çovdarovun baş işarəsi ilə otağı tərk edib. Buna görə də Akif Çovdarovla Zakir Bədəlov arasında olan söhbətlərdən, Zakir Bədəlovun Akif Çovdarovun xidməti otağından nə vaxt və kimin vasitəsi ilə çıxmağından hər hansı məlumatı olmayıb. Bir müddət sonra Akif Çovdarov ona Zakir Bədəlovun şəxsiyyət vəsiqəsini yoxlamaq lazım olduğunu bildirib. Buna görə də MTN-in VI Baş idarəsinin əməkdaşlarından biri Akif Çovdarovun adından Dövlət Miqrasiya Xidmətinə Zakir Bədəlovun şəxsiyyət vəsiqəsi ilə bağlı sorğu göndərib. Həmin sorğuya cavab olaraq Zakir Bədəlovun Azərbaycan vətəndaşı olmadığı müəyyən edilib. Bir müddət sonra Tofiq Əliyev Zakir Bədəlovun onunla görüşmək istədiyini bildirsə də, onun görüşə vaxtı olmadığı üçün sonuncu ilə görüşə bilməyib. Tofiq Əliyev bir daha ona zəng edərək Zakir Bədəlovun vəziyyətinin pis olduğunu, restoranının girovda olduğunu deyərək ona köməklik göstərməsini xahiş etdikdə onun Zakir Bədəlova yazığı gəldiyindən və dostu Tofiq Əliyevin xahişini yerə salmaq istəmədiyindən Zakir Bədəlovla Tofiq Əliyevin yaşadığı evin yaxınlığındakı hamamın yanında görüşüb ayaqüstü söhbət edərkən Zakir Bədəlov ona şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirildiyini bildirib. Lakin hansı səbəbdən fəaliyyətsizləşdirildiyini deməyib. Buna görə Zakir Bədəlov ondan kömək istədikdə o, bununla bağlı ona hər hansı köməklik göstərə bilməyəcəyini deyib, qohumu Akif Çovdarova müraciət etməsini məsləhət bilib. Onların bu söhbətində Tofiq Əliyev də iştirak edib. Bundan sonra o, Zakir Bədəlovla bir neçə dəfə yolda rastlaşıb görüşüb. Zakir Bədəlovla onun arasında başqa hər hansı söhbət olmayıb. Həmin söhbətdən 1-2 il sonra Tofiq Əliyev ona Zakir Bədəlovun yeni şəxsiyyət vəsiqəsi aldığını bildirib. Zakir Bədəlovun şəxsiyyət vəsiqəsinin hansı orqan tərəfindən və nə səbəbə fəaliyyətsizləşdirilməsi barədə hər hansı məlumata malik deyil.

Təqsirləndirilən şəxs Məmmədov Səlim İmran oğlu əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi epizodu üzrə bildirib ki, maddi məsul şəxs olmayıb. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində maddi-məsul şəxs baş idarə rəisi Akif Çovdarov olub. Bu nəticəyə gəlməyinə səbəb Akif Çovdarovun vəkalətnamə vermə səlahiyyətinin olması olub. Akif Çovdarov MTN-in Maliyyə İdarəsindən kimə vəkalətnamə veribsə, həmin şəxs də pulu götürə bilib. 02.03.2015-ci il tarixli vəkalətnaməni ona Akif Çovdarov verib. Məhz Çovdarovun göstərişi əsasında vəkalətnaməyə imza edib və eyni səbəbdən MTN-in Maliyyə İdarəsinin kassasından 01.04.2015-ci il tarixli kassa məxaric orderi ilə 50.000 ABŞ dolları məbləğində pul əsginaslarını götürüb Baş İdarə rəisi Akif Çovdarova xidməti otağında verib. Həmin xüsusatların yoxlanılması zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinə verdiyi 07.04.2016-cı il tarixli izahatında baş idarə rəisi Akif Çovdarov tərəfindən imzalanmış və sabiq nazir tərəfindən icazə verilmiş raport əsasında Akif Çovdarovun verdiyi vəkalətnamə əsasında Maliyyə idarəsinin kassasından müvəqqəti cəlb olunmuş şəxsin mükafatlandırılması üçün 50.000 ABŞ dolları məbləğində pul vəsaitini götürdüyünü, 01.04.2015-ci il tarixdə həmin pul vəsaitini tam məbləğdə Akif Çovdarova verdiyini, bundan sonra həmin pul vəsaitinin aidiyyəti üzrə müvəqqəti cəlb olunmuş şəxsə verilməsindən məlumatının olmadığını, belə ki, həmin şəxsin onun əməliyyat əlaqəsində olmadığını və onu tanımadığını, ona hər hansı məbləğdə pul ödəmədiyini, 50.000 ABŞ dolları məbləğində pul vəsaitini guya müvəqqəti cəlb olunmuş şəxsə verməsi barədə tərəfindən tərtib olunmuş və keçmiş MTN-nin Maliyyə İdarəsinə göndərilmiş avans-hesabatı Akif Çovdarovun tapşırığı əsasında yazdığını göstərib.

Qeyd edək ki, Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Onların cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

26.06.2026 / 23:56
Belarusu da Ukrayna ilə müharibəyə sürükləyirlər - Lukaşenko Zelenskiyə mesaj göndərdi...

26.06.2026 / 23:41
İran Körfəz ölkələrinə sərt xəbərdarlıq - qumar oynamayın...

26.06.2026 / 23:10
Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu

26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal

26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı - İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..

26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?

26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi

26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…

26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi - FOTO

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - FOTO

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...

26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik - hər zaman bir ürək, bir yumruq olacağıq...

26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur - ABŞ və Avropanın böyük razılaşması...

26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi

26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər - "dondurulmayıb"...

26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...

26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...

26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər - daha bir dözülməz müsəlman ölkəsi...

26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib

26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu

26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu

26.06.2026 / 13:15
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu - VİDEO

26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub - FOTO

26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər - FOTO

26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25.06.2026 / 15:24
Avropa Orta Dəhliz məsələsini siyasiləşdirməyə başlayır - Azərbaycansız mümkün deyil...

25.06.2026 / 15:20
“Ermənistan və Moldova oyuncaqdır, Ukrayna yolu gedirlər” - Medvedev 4 ölkəni təhqir etdi...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ