Bazar günü günü, 18 oktyabr 2026
     

Noyabrın 4-dək dünyada neft 150 dollara qalxacaq

Image


ABŞ və İran arasında getdikcə kəskinləşən münasibətlər dünya neft bazarına da təsir edərək “qara qızıl”ın qiymətini artırmaqda davam edir. Hadisələrin gedişi isə qiymətlərin əslində daha böyük sürətlə yüksəlməsini də istisna etmir.

Qeyd edək ki, ABŞ müttəfiq ölkələrdən İrandan neft idxalını cari il noyabrın 4-dək azaltmağı tələb edib. ABŞ Dövlət Departamenti bəyan edib ki, noyabrın 4-də ABŞ-ın İrana qarşı sanksiyalarının ilk hissəsi tətbiq olunacaq. Dövlət Departamentinin adının çəkilməsini istəməyən  nümayəndəsi bildirib ki, bu tələbə əməl etməyən ölkələr ABŞ-ın İrana qarşı sanksiyaları ilə üzləşəcək. O da məlum olub ki, tələb Çin, Hindistan, eləcə də Türkiyə kimi İrandan neft idxal edən ölkələrə aiddir. 

İranda ən böyük neft müştərisi olan və gündəlik 600 min barrel neft idxal edən Çinin tələbə əməl etməyəcəyi artıq bəllidir. 450 min barrel ilə İranı ikinci müştərisi olan Hindistan artıq Tehranla əməkdaşlığı dayandırmağı düşünür.  250 min barrellə İranı üçüncü böyük alıcısı olan Cənubi Koreya da eyni addım atacağını bildirir.  200 min barrellə Türkiyə ardıcıl olaraq İranın ən böyük dördüncü neft müştərisidir. Ankara da Çin kimi İranla neft ticarətini davam etdirəcəyini bəyan edir. Burada maraqlı olan məsələ İtaliya (gündəlik 180 min barrel), Fransa (110 min barrel), Yunanıstan (100 min barrel) və İspaniyanın (70 min barrel) İrandan neft idxal edib-etməyəcəyidir. Bu Avropa ölkələrinin, eləcə də Hindistan və Cənubi Koreyanın İrandan neft idxalını dayandırması qiymətlərin tezliklə 100 dollarlıq həddə qalxmasına gətirib çıxaracaq. Amma hadisələrin sonrakı gedişi neftin qiymətini daha sürətlə artırımaq iqtidarındadır. Söhbət İranın atmağa hazırlaşdığı addımlardan gedir. İran prezidenti Həsən Ruhani bəyan edib ki, ABŞ öz müttəfiqlərinə təzyiq edərək Tehrandan xam neft almamağı tələb edərsə, o zaman regionda neft ixracına ciddi maneə və təhdidlər yarana bilər: “Amerikalılar iddia edirlər ki, İranın neft ixracatını tamamilə dayandırmaq istəyirlər. Lakin onlar bu bəyanatın anlamını dərk etmirlər. Çünki region nefti ixrac olunduğu halda, İran neftinin ixrac olunmaması üçün bu bəyanatın heç bir əhəmiyyəti yoxdur. Siz amerikalılar bacarırsınızsa bunu edin və nə ilə nəticələnəcəyini görün”.
Ruhani bu sözlərilə İranın Hörmüz boğazını bağlayacağına eyham vurub. Bu isə ABŞ və onun körfəz müttəfiqləri üçün ciddi maneə və təhdiddir. Çünki Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz strateji əhəmiyyətli boğazdır. Bu boğaz neft ixrac edilən Fars körfəzindən açıq okeana yeganə dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm nöqtələrindəndir. Dünya üzrə ixrac edilən neftin 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Boğaz, həmçinin, Körfəz ölkələrində hasil olunan neft və qazın ABŞ, Yaponiya və Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut yoludur. Onun bağlanması halında neft qiymətlərinin hətta 150 dollarıq həddə çatacağı belə istisna olunmur. ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” da bunu istisna etmir.

Bu arada qeyd edək ki, İranın nüvə proqramı üzrə razılaşmanın iştirakçıları iyulun 6-da Vyanada görüşəcək. Görüşdə Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya, həmçinin, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerini və İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif iştirak edəcək. Görüşə nüvə sazişinin iştirakçılarından olan ABŞ-ın nümayəndələri qatılmayacaq.

Xatırladaq ki, 2015-ci ildə İran və beynəlxalq vasitəçilər Tehranın nüvə probleminin nizama salınması haqqında sənədi imzalayıb. İştirakçılar Birgə hərtərəfli İş Planı qəbul edib. Sənədin icrası İrana qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu. ABŞ prezidenti Donald Tramp isə sazişi dəfələrlə tənqid edib və “ABŞ tarixinin ən pis razılaşması” adlandırıb. Daha sonra Tramp ABŞ-ın razılaşmadan çıxışını elan edib və İrana qarşı sanksiyaların bərpasına dərhal başlamaq barədə göstəriş verib. İranın energetika, neft-kimya və maliyyə kimi kritik əhəmiyyətli sahələrinin sanksiyalar altına düşəcəyi bildirilir. Bərpa edilmiş sanksiyalara İranla ticarət aparan başqa ölkələr də məruz qalacaq.

Razılaşmanın digər iştirakçıları Trampın qərarını ittiham edərək təhlükəli nəticələrin ola biləcəyini bildiriblər. Federika Moqerini bildirib ki, Avropa üçlüyü - Fransa, Almaniya, Böyük Britaniya ABŞ-ın nüvə sazişi üzrə razılaşmadan çıxışına cavab olaraq İranla iqtisadi əlaqələrin möhkəmləndirilməsi proqramını hazırlamaq barədə razılaşıb. Söhbət, ilk növbədə, neft, neft və qaz məhsulları ilə ticarətin davam etdirilməsi, effektiv bank sazişləri, aviasiya, dəniz və yerüstü nəqliyyat növləri sahəsində İranla əlaqələrin davamı və ixracat kreditlərinin verilməsindən gedir. Praktik qərarların ən yaxın həftələr ərzində qəbulu planlaşdırılır. Öz növbəsində, Böyük Britaniya, Almaniya və Fransa sazişin bütün iştirakçılarını onu tamamilə yerinə yetirməyə davam etməyə çağırıblar. Amma  İranın Xarici İşlər Nazirliyini başçısının müavini Abbas Arakçi bildirib ki, Tehran ən yaxın həftələrdə nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxa bilər: “İranın gözləmə sürəsi sona yaxınlaşdı və böyük ehtimal ki, İran ən yaxın həftələrdə nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planını tərk edəcək. Mən deyə bilmərəm ki, Avropa ilə danışıqların davam etdirilməsinin perspektivi aydındır və bu danışıqlar bizi sazişdə saxlaya bilər. Biz hamımız hələ gözləyirik və ümid edirik ki, Avropanın təklifi İranın sazişdən çıxmaması üçün münasib olacaq”. Abbas Arakçinin sözlərinə görə, Avropa iranlıları Birgə hərtərəfli İş Planına sadiq olduğuna inandırmaq üçün işləməlidir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ