çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Nəqliyyat sektoru Azərbaycana əlavə valyuta axınını təmin edən əsas sahələrdən birinə çevrilir

Image


Qeyri-neft sektorunun mühüm qollarından biri qismində nəqliyyat xətlərinin inkişaf etdirilməsi, Azərbaycanın mühüm tranzit qovşağına çevrilməsi istiqamətində hökumətin atdığı addımlar öz müsbət nəticələrini verməkdədir.

Ümumiyyətlə, proseslərin gedişi göstərir ki, Azərbaycan həyata keçirdiyi tranzit layihələr sayəsində qarşıdakı dövr ərzində bu sahədən böyük həcmdə gəlir əldə edəcək. Ekspertlər isə bildirir ki. nəqliyyat sektoru qarşıdakı müddət ərzində Azərbaycana valyuta gətirən əsas sahələrdən biri olacaq. Xüsusən də Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun işə düşməsindən sonra bu fikir tərəfdarlarının sayının artması müşahidə edilir. İtaliyanın “Notizie Geopolitiche” analitik portalı da qeyd edir ki, yeni dəmir yolu regionun sabitliyi və iqtisadi inkişafına öz töhfəsini verməklə yanaşı, Azərbaycanı qlobal əhəmiyyətli nəqliyyat qovşağına çevirəcək. Bildirilir ki, bu da qeyri-neft sektorunun mühüm bir xətti üzrə Azərbaycana böyük mənfəət, valyuta qazandıracaq. 

Bakı-Tiflis-Qars dəmir yolu tikintisinin dünyanın 100 xüsusi strateji əhəmiyyətli layihəsindən biri olduğunu xatırladan “Notizie Geopolitiche” portalı onun Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi və iqtisadi rolunun artmasında vacib strateji amil olduğunu qeyd edib. İtaliya-Azərbaycan Ticarət Palatasının sədri Manuela Traldi də Bakı-Tiflis-Qars dəmir yolunu Azərbaycanın qitələrarası logistik qovşaq kimi təbii rolunu gücləndirən və xarici sərmayə, müştərək müəssisələrin yaradılması baxımından ölkənin cəlbediciliyini artıran əhəmiyyətli infrastruktur kimi qiymətləndirib. Beynəlxalq Siyasət Elmləri İnstitutunun tədqiqatçısı Karlo Frappi yeni dəmir yolunun açılışının iki səbəbdən vacib olduğunu bildirərək, ilk növbədə onun Türkiyə, Azərbaycan və Gürcüstan arasında “əməkdaşlıq oxu”nu möhkəmləndirdiyini və digər tərəfdən Azərbaycanın regional əməkdaşlığın əsas faktoru kimi rolunun artmasını təsdiq etdiyini qeyd edib. Ekspert bu dəmir yolunun açılış mərasimini “İpək Yolu” layihəsinin reallaşması istiqamətində əsas mərhələ kimi xarakterizə edərək, onun Azərbaycan üçün böyük uğur, İtaliya üçün isə yeni imkan olduğunu vurğulayıb.

Bu arada onu da qeyd edək ki,  Bakı-Tiflis-Qarsla hərəkət edən ilk yük qatarı artıq Qarsa çatıb. Oktyabrın 24-də Qazaxıstandan çıxan taxılla yüklənmiş 32 konteynerdən ibarət qatar Azərbaycandan Qarsa 40 saata çatıb. Həmin qatarın son təyinat məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq. Qatarla Qarsa qədər səyahət edən Türkiyə Dəmiryolu İdarəsinin müdiri Veysi Kurt qatarın 856 kilometr yol qət etdiyini bildirib: “Azərbaycandan Qarsa 40 saata gəldik. Heç bir əskiklik olmazsa, Qarsdan Mersinə qədər olan 1258 kilometr  yolu da 40 saata qət etməyi planlaşdırırıq. Qazaxıstandan yola çıxan qatar ümumi olaraq 4700 kilometr  yol qət edib. Bu layihə qitələri bir-birinə birləşdirdiyinə görə bütün ölkələr üçün faydalı olacaq. Çindən Avropaya qədər uzanan Dəmir “İpək Yolu”Avrasiyanın yeni koridoru olacaq”. Beləliklə, Bakı-Tiflis-Qars Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində mühüm addımlardan birinə çevrilir.

Məhz belə bir vaxtda Azərbaycan üçün daha bir mühüm hadisə baş verib. Belə ki, sınaq məqsədilə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə Rusiyadan İrana taxta daşınıb. Azərbaycana məxsus “ADY Ekspress” şirkəti faktı təsdiqləyib. Qurum bildirir ki, Azərbaycanın tranzit potensialını artıracaq digər marşrutlarla yanaşı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi mühüm əhəmiyyət kəsb edən layihələrdən biridir. Dəhliz Hindistan-İran–Azərbaycan–Rusiya–Skandinaviya və Şimalı Avropa marşrutu üzrə fəaliyyət göstərir: “ADY Express” şirkəti artıq bu nəqliyyat dəhlizi ilə yükdaşımalar həyata keçirir. Bu dəfə sınaq məqsədilə Rusiyadan İrana taxta məmulatları nəql edilib. Yük Rusiyanın Tixonovo stansiyasından çıxaraq dəmir yolu ilə “ADY Express”in Astara stansiyasındakı terminalına çatdırılıb və orada aşırma əməliyyatı keçirəndən sonra yük avtomobillərlə İran ərazisinə nəql edilib”. Qeyd edək ki, 907 ton həcmdə olan yük Astara terminalına 16 vaqon vasitəsilə çatdırılıb. Sınaq yükdaşımasından sonra həmin yüklərin, “Şimal-Cənub” dəhlizi ilə davamlı olaraq nəql edilməsi nəzərdə tutulub.

Onu da vurğulayaq ki, Azərbaycanla İran dəmir yollarının birləşdirilməsi layihəsi hələ tam başa çatdırılmamış artıq “ADY Express” şirkəti tərəfindən “Şimal-Cənub” dəhlizi ilə yükdaşımaların həyata keçirilməsi həmin dəhlizin perspektivindən xəbər verir. Bununla da əlverişli coğrafi mövqe, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr sırasında bu dəhlizin yer alması Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə edilməsinə geniş imkan yaradır. Eyni zamanda o da faktdır ki, “Şimal-Cənub”u ərsəyə gətirən Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı artıq qarşılıqlı iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır.  Elə bunun nəticəsidir ki, sözügedən dövlətlər  Hindistandan, İrandan, Körfəz ölkələrindən Azərbaycan, Rusiya ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradan “Şimal-Cənub”u reallaşdıra bilib. Bu vəziyyət isə iştirakçı ölkə kimi Azərbaycana böyük üstünlüklər qazandırır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ