Cümə axşamı günü, 22 oktyabr 2026
     

Nazirlər Kabineti metallurgiya sənayesi obyektlərinin Bakıdan kənara çıxarılmasını təklif etdi

Image


Nazirlər Kabineti metallurgiya sənayesi obyektlərinin şəhərlərdən, xüsusən Bakıdan kənarda, sənaye zonasında yerləşdirilməsini təklif edib. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhlükə  potensiallı təbiət və  texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək  olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, metallurgiya sənayesi müəssisələrinin ərazisi kifayət qədər geniş sahəni əhatə edir. Müəssisə daxilində yanğının baş verə biləcəyi sahəyə yanğınsöndürmə bölmələrinin hansı vaxtda çatması giriş yollarının sayı və vəziyyətindən asılıdır. Sexlərin böyük sahələrə malik olmasını nəzərə alsaq, yanğın avtomobillərinin sexlərin daxilinə girişini təmin etmək məqsədəuyğun olar. Bir sıra metallurgiya sənayesi müəssisələrində texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması, fəaliyyətdə olan və yeni tikilmiş metallurgiya sex və sahələrində müasir tipli qaz-toz tutucu qurğuların tətbiq edilməməsi və ya onların effektiv işləməməsi, müəssisələrdə işə yeni qəbul olunan mühəndis-texniki və metallurgiya avadanlıqlarının istismarı ilə bağlı peşələrə cəlb olunmuş işçilərin metallurgiya sənayesində kifayət qədər təcrübə və biliklərə malik olmaması bu sahədə qəza və bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. Metallurgiya sənayesi müəssisələrinin metaləritmə, digər sex və sahələrinin yükdaşıyıcı fermaları istehsalat prosesi ilə əlaqədar olaraq, daim istiliyin təsirinə məruz qalırlar ki, bunun nəticəsində də həmin fermaların metal konstruksiyaları deformasiyaya uğraya, qaynaq hissələrində çatlar əmələ gələ bilər. Bunun nəticəsində də sexlərin tavan hissələrinin dağılması ilə insan həyatı üçün təhlükə yaradan qəzalar baş verə bilər. Belə qəzaların qarşısının alınması məqsədi ilə adları yuxarıda göstərilən müəssisələrin yükdaşıyıcı fermalarında defektoskopik yoxlamaların keçirilməsi labüddür. Bundan başqa, metallurgiya sənayesi müəssisələrində toz və tüstünün, vibrasiya və səs-küyün, ultra və infrasəslənmənin, yanğın və partlayış təhlükəsinin həddən artıq olmasını nəzərə alsaq, belə müəssisələrin Bakı şəhəri ərazisində yerləşməsi müəssisələrlə yanaşı ətraf mühitə və orada yaşayan əhaliyə də mənfi təsir edə bilər. Radioaktiv mənbələrin nəzarətsiz qalması, onların müxtəlif tullantılara, o cümlədən tikinti materiallarının istehsalı üçün yığılan metal tullantılarına qarışması ilə nəticələnə bilər. Bununla yanaşı, neft istehsalı prosesində istifadə olunmuş metal borular və digər metal konstruksiyalar lay suyu ilə təmasda olması nəticəsində təbii radionuklidlərlə zəngin olan ərp və çöküntülərlə çirklənə bilər: “Beləliklə, təkrar emal üçün yığılan metal tullantıların içində radioaktiv mənbələri və radioaktiv çirklənməni aşkar etmək üçün onların toplanma məntəqələrində radiasiyanı aşkar edən avadanlığın quraşdırılması və müvafiq xidmətin yaradılması tələb olunur.Yuxarıda göstərilənləri nəzərə alaraq, belə müəssisələrin şəhərdən kənarda, sənaye zonasında yerləşdirilməsi daha məqsədəuyğun olardı”.

Qərara əsasən metallurgiya sənayesi müəssisələrində baş verə biləcək qəzaların qarşısının alınması məqsədi ilə aşağıdakılara əməl olunmalıdır:

- istehsalat qəzalarının və zədələrinin vaxtında qarşısının alınması və qəza baş verdiyi halda onun nəticələrinin operativ aradan qaldırılması məqsədi ilə  hər bir müəssisədə “Qəzaların ləğvi planı” tərtib olunmalıdır;

- tikililərin dəmir yolu arasında məsafə 1520 mm olmalıdır. Qara metallurgiya müəssisələri üçün xüsusi hərəkətdə olan tərkib, həm də onun dəmir yollarının binalara, tikintilərə, anbarlara yaxınlığı xüsusi qabaritlərə uyğun olmalıdır. Dəmir yolunun yanında yığılmış məmulatların hündürlüyü 1,2 m olduqda onların ən yaxın relslə məsafəsi 2m olmalıdır;

- texnoloji və ya təmir məqsədi üçün açılmış olan quyular, tranşeylər hündürlüyü 90sm olan çəpərlə hasarlanmalı, gecə vaxtı işıqlandırılmalıdır. Tranşeylərin və quyuların üzərində kiçik körpülər qurulmalıdır ki, bu da məhəccərlə mühafizə olunmalıdır;

- müəssisə ərazisində bənd çəkilməmiş hovuzlar hündürlüyü 0,9m olan məhəccərlə mühafizə olunmalıdır;

- zərərli maddələrin saxlanılması, məhv edilməsi, təlimata uyğun olaraq müəssisənin texniki rəhbəri, sanitar və ekologiya orqanlarının razılığı ilə aparılmalıdır;

- fəaliyyətdə olan müəssisələrin binalarında aqressiv şəraitdə olan metal konstruksiyalar korroziyadan qorunmalıdır. Bu binalardakı metal konstruksiyaların möhkəmliyi 3 ildə bir dəfə yoxlanılmalı və nəticəsi aktlaşdırılmalıdır. Mühafizə örtüklərinin yoxlanılması texniki rəhbərlik tərəfindən təsdiq edilmiş qrafikə uyğun aparılmalıdır;

- soba və mikserlərdə əridilmiş və ya közərdilmiş metalın yerləşdiyi ərazidəki kolonlar və meydançalar istiyədavamlı materiallarla izolyasiya edilməlidir;

- Fəaliyyətdə olan müəssisələrin bina və tikintilərinin ildırımötürücü qurğuları layihə normalarına uyğun olub, həmişə işlək vəziyyətdə olmalıdır. İldırımötürücü qurğunun vəziyyəti ildə bir dəfə texniki direktor tərəfindən təsdiq edilmiş komissiya tərəfindən yoxlanılmalı və nəticəsi aktlaşdırılmalıdır.

Qeyd edək ki, hazırda bir neçə mühüm metallurgiya sənayesi müəssisəsi Bakıda yerləşir. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ