"Naxçıvan İpoteka Fondu" ASC "bir pəncərə" sistemi vasitəsilə dövlət qeydiyyatından keçib. Bu barədə Trend "Vergilər" qəzetinə istinadən məlumat verir.
Fondun nizamnamə kapitalı 500 min manat təşkil edir. ASC-nin rəsmi nümayəndəsi Yalçın Vəliyevdir.
İpoteka Fondu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32 ünvanında yerləşəcək.