Nazirlər Kabinetinin ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində. Qlobal bahalaşmanı şərtləndirən əsas faktorlar barədə ciddi nəticələr çıxarılıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Bunu da şərtləndirən bir sıra amillər var. Qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır.
İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub və ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür. Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir. 2021-ci ildə xarici amillərin təsiri altında inflyasiya artıb və Azərbaycanda xarici mənşəli ərzaq məhsullarınnı qiyməti yüksəlib.
Göründüyü kimi, kənd təsərrüfatı və ərzaq məhsulları ölkənin ümumi idxalının cəmi 18 faizini təşkil edir. Hər halda, bu o qədər də böyük rəqəm deyil. İdxaldan asılığımız daha böyük rəqəmlə ölçülsəydi, infliyasiya ilə bağlı vəziyyət daha çətin olardı. Təbiidir ki, bu nəticənin əldə olunmasında dövlətimizin stimullaşdırıcı addımlarının ciddi rolu var. Bu sahəyə diqqət lazımi şəkildə olmasaydı vəziyyət necə olardı?
Beynəlxalq idarəetmə üzrə mütəxəssis Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünya iqtisadiyyatında, xüsusilə də ərzaq bazarında baş verən proseslərə Azərbaycan hökuməti adekvat mübarizə metodları ilə cavab verir: “İstər antiinflyasiya tədbirləri çərçivəsndə, istərsə də süni qiymət artımı kimi halların qarşısını almaq üçün konkret addımlar atılır. Bunlara paralel şəkildə daxili istehsalın dəstəklənməsi məqsədilə hökumət səviyyəsində konkret nəticə doğuran qərarlar da verilir. İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, hökumətin bu istiqamətdə atdığı ən önəmli addımlardan biri anti-inflyasiya tədbirləri ilə bağlıdır.
Fürsətdən sui-istifadə edərək qiymət diqtə etmə imkanlarına malik təsərrüfat subyektlərinə qarşı mübarizə də aparılır. Həmçinin hökumət tərəfindən daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırılması, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadılması, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrılması da atılan müsbət addım kimi qiymətləndirilir. Qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanı nəzərə alaraq, ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir. Görülən tədbirlərin müsbət nəticə verir. İşğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialının ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyətlidir. Kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına, eləcə də daxili istehsal imkanları hesabına əhalinin əsas ərzaq məhsullarına tələbatının ödənməsinə nail oluna bilər ki, hökumət də bu yolu tutub. Deyilən sahələr üzrə qiymətlərin nisbətən aşağı qalmasında bu amilin rolu çox böyükdür”.
Məhəmmədəli QƏRİBLİ