Cümə axşamı günü, 26 noyabr 2026
     

Dünyada taxıl 340 dollara qalxmışdısa, Azərbaycan nə edə bilərdi...

Image


Dünya bazarında taxılın qiymətində 45 faiz artım baş verib. 2019-2020-ci illərlə müqayisədə 2021-ci ildə dünya bazarlarında taxılın qiymətinin az qala 50 faizə yaxın qalxması müşahidə edilib. 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər yüksəlib.

Bu halda Azərbaycan necə qiyməti artırmaya bilərdi? Qiyməti stabil saxlamaq mumkün idimi? Dünyada taxıl 340 dollara qalxmışdısa, Azərbaycan nə edə bilərdi?

Ekspertlərin fikrincə, Azərbaycan dövləti istəsə belə, qiymət artımının qarşısını ala bilməzdi, çünki artım təkcə bizim regionda deyil, bütün dünyada baş verib. Bu halda isə heç bir tədbirlə qiymət artımının qarşısını almaq mümkün deyildi. Ekspertlərin sözlərinə görə, əslində, dünya bazarında buğdanın qiymətinin qalxacağı və bunun Azərbaycana da təsirsiz ötüşməyəcəyi gözlənilən idi.

  • Elçin Bayramlı: “...İdxal olunan buğdanın qiyməti xeyli bahalaşırsa hökumət daim eyni qiymətləri saxlaya bilməz...”

Altay Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı “Bakı-Xəbər”ə bildirdi ki, çörəyin bahalaşması, əlbəttə, xarici amillərlə bağlıdır. “Dünya taxıl bazarında buğdanın qiyməti xeyli bahalaşıb və bu tendensiya 2 ilə yaxındır ki, davam edir. Səbəbi də quraqlıq, meşə yanğınları, təbii fəlakətlər nəticəsində taxıl istehsalının azalması, həmçinin Çin əhalisinin düyü çörəyindən buğda çörəyinə keçməsi ilə bağlı tələbatın artmasıdır. Hazırda buğdanın qiyməti son 10 ildəki ən yüksək həddə çatıb. Taxılın bahalaşmasında əsas rol buğdanın payına düşüb. Belə ki, qarğıdalı, düyü və digər taxıl məhsullarının qiyməti cüzi qalxıb, qalanları isə heç bahalaşmayıb. Buğdanın qiyməti dekabrda 338 dollara çatıb və illik ifadədə 33 faizdən çox bahalaşma qeydə alınıb. Halbuki, 2019-cu ilin sonlarında qiymət hər ton üçün 180 dollar ətrafında dəyişirdi. Yəni buğdanın qiyməti bu müddətdə 80 faizə qədər qalxıb. 2022-ci ildə dünyada taxıl istehsalı həcmi 780 milyon ton proqnozlaşdırılır, qlobal istehlak tələbinin isə 789 milyon ton olacağı gözlənilir”.

E.Bayramlının sözlərinə görə, bu isə qlobal taxıl bazarında 9 milyon defisit olacağını göstərir. O, hesab edir ki, bu halda taxılın qiymətinin daha da artacağı şübhə doğurmur. “Bizdə çörəyin qiyməti sərbəst olsa da və dövlət tərəfindən rəsmi tənzimləməsə də, hökumət müəyyən alətlər vasitəsilə qiymətin baha olmamasına çalışır, yəni dolayı yolla qiyməti tənzimləyir. Məsələn, vergi güzəştləri və sair ilə. Lakin idxal olunan buğdanın qiyməti xeyli bahalaşırsa hökumət daim eyni qiymətləri saxlaya bilməz, bu büdcəyə daha çox yük olar. Lakin yenə də, dövlətin güzəştləri çörəyin hazırda olduğu qiymətdən daha baha olmamasına imkan verir. Dolayı dövlət müdaxiləsi olmasa idi, qiymət daha yüksək olmalı idi. Unun və çörəyin qiymətinin artması əsas planda xarici amillərlə bağlı olsa da, arxa planda burada daxili amillərin də böyük rolu var. Belə ki, indiyədək taxılçılıq sektorunun inkişaf etməməsi, ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin edilməməsi ölkəmizi əsas ərzaq məhsullarında idxaldan asılı vəziyyətə salıb ki, bu da hər dəfə dünya bazarında ərzaq məhsullarının qiymətinin bahalaşması halında ölkəmizdə də bahalaşmanın yaranmasına imkan verir. Yuvarlaq rəqəmlərlə desək, Azərbaycanın illik taxıl istehsalı təxminən 3 milyon ton civarındadır ki, bunun da 2 milyon tonu buğdanın payına düşür. Lakin Taxıl Fondu yerli buğdanı demək olar ki qəbul etmir və onun çörək istehsalı üçün yaramadığını qeyd edir. Ərzaq məqsədilə istehsal olunan buğda, satıla bilmədiyinə görə, sahibkarlar tərəfindən digər məqsədlər, hətta heyvandarlıq yemi kimi istifadə olunur. Bu səbəbdən də, illik buğda tələbatı 3 milyon ton civarında olan ölkəmiz ildə təxminən 1,5 milyon tona yaxın buğda idxal etməyə məcbur olur. Hazırda buğdada idxaldan asılılıq 45 faiz civarındadır”. 

E.Bayramlının sözlərinə görə, Taxıl Fondunun yerli taxılı almaqda maraqlı olmamasında obyektiv səbəblər də var. “Çünki  Fond keyfiyyətsiz məhsul alarsa, onun anbarında 2-3 ay belə qala bilməz, xarab olar. Demək, yerli buğdanın keyfiyyəti artırılmalıdır. Hərçənd mən inanmıram ki, ölkədə istehsal olunan ərzaq buğdasının çoxu adi çörək bişirməyə də yaramır. Bu məsələ bu sahədəki ekspertlərin iştirakı ilə araşdırılmalıdır, çünki idxal monopolistlərinin bunda maralı olduğu haqda şübhələr var. Dövlət taxılçılığın inkişafı və idxaldan asılılığın ləğvi üçün taxıl əkinlərinə xeyli güzəştlər və yardımlar edir. Son illərdə taxılçılığa yüz milyonlarla manat subsidiya verilib, taxıl əkənlərə hektara görə 200 manat vəsait, yanacaq, kübrə və sair məsələlərdə yardımlar edilir. 

Ölkəmizin taxılçılıqdakı potensialı iqlim və torpaq şəraiti bizə uyğun olan ölkələrlə, məsələn İspaniya, Rusiya, İtaliya kimi ölkələrlə müqayisədə xeyli dərəcədə üstündür. Buna baxmayaraq, respublikanın tələbatını tam ödəyəcək qədər buğda istehsalı imkanlarımız yoxdur, amma heç olmasa tələbatı böyük ölçüdə ödəmək olar və az bir hissə idxal olunar. Bu qlobal böhranlar zamanı ökkəmizin ağır vəziyyətə düşməməsi üçün çox vacibdir.

Sovet dövründə, 80-ci illərin sonlarında Azərbaycanda istehsal edilən taxılın 15 faizi Qarabağ zonasının payına düşürdü. Ermənistan işğal dövründə həmin torpaqlarımızdan il ərzində təxminən 200 min tonadək taxıl toplayıb. Bu ərazilərin potensialından da səmərəli istifadə edilsə, ölkəmizin buğda idxalından asılılığı əhəmiyyətli dərəcədə azala bilər. Bu isə ölkədə çörəyin və unun ucuz olmasına imkan verər” - deyə E.Bayramlı bildirdi.

  • Akif Nəsirli: “Dünya bazarındakı bahalaşmanı nəzərə alaraq demək istəyirəm ki...”

İqtisadçı Akif Nəsirli də hesab edir ki, dünya bazarında baş verənlərin fonunda Azərbaycanın qiymət artımının qarşısını alması mümkün deyildi.

“İlk növbədə onu qeyd etmək istəyirəm ki, 2008-ci il boyu və 2009-cu ilin əvvəllərində dünya bazarında neftin qiyməti 450 dollara qədər qalxmışdı. Amma Azərbaycan höküməti konpensasiyalar vasitəsilə həmin qiymət artımını tənzimlədi. Sözügedən dövrdə Azərbaycanda çörək və buğda qıtlığı yaranmadı. Lakin hazırda dünya bazarında taxılın bir tonunun qiyməti 340 dollar olsa da, Azərbaycan idxal buğdasının əsas hissəsinin (Rusiya  idxal etdiyi ərzaq buğdasının qiyməti) qiyməti təxminən 295 dollardır. Yəni 225 dollar onun qiymətidir, 70 dollar da əlavə olunan rüsumdur. Ümumilikdə isə qiymət 295 dollar edir. Demək istədiyim odur ki, bundan əvvəlki illərə nisbətən indi vəziyyət o qədər də ağır deyil...Dünya bazarındakı bahalaşmanı nəzərə alaraq demək istəyirəm ki, Azərbaycan da bundan qaça və bahalaşmanın qarşısını ala bilməzdi” - deyə A.Nəsirli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ