Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycan “Transxəzər”siz də türkmən qazını Avropaya ötürmək imkanı qazanır

Image


Əldə edilən üçtərəfli razılıqlar əsasında yanvarın əvvəllərindən etibarən Türkmənistan qazının İran ərazisi ilə Naxçıvana nəqlinə başlanılıb. Yenə də əldə olunan razılığa əsasən, Azərbaycan üçün nəzərdə tutulan Türkmənistan qazının qalan hissəsi tezliklə İranla sərhəddə, Astara yaxınlığında qəbul olunacaq. Bunun üçün müvafiq texniki hazırlıqlar və sazlama işləri aparılır.

Yuxarıda qeyd olunan hər iki istiqamət üzrə Azərbaycan tərəfindən gündəlik 4 milyon kubmetrdən artıq qazın qəbulu nəzərdə tutulub. Xatırladaq ki, ötən il noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair svop müqavilə imzalanıb. Türkmənistan Azərbaycan tərəfinə İran vasitəsilə gündə 5-6 milyon kubmetr qaz nəql edəcək, illik həcm 1,5-2 milyard kubmetr olacaq. Svop müqaviləsi çərçivəsində İran Türkmənistan qazını Azərbaycana tədarük etməklə özünün beş əyalətinin qaz ehtiyacını təmin edir. Belə bir vaxtda İranın neft naziri Cavad Övci maraqlı açıqlama verərək bildirib ki, İran öz ərazisindən nəql etdiyi Türkmənistan qazının həcmini artırmağa hazırdır. Bunun üçün İran müvafiq infrastruktura malikdir: “Ötən il noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında imzalanan müqaviləyə əsasən Türkmənistan qazı İrandan tranzit olaraq keçərək Azərbaycana çatdırılır. Müqaviləyə əsasən ildə 2 milyard kubmetr qaz İran ərazisindən Azərbaycana nəql edilir. İran nəql olunan qazın həcmini gündəlik 40 milyon kubmetrə çatdıra bilər”. Nəzərə çatdıraq ki, yaxın günlərdə Türkmənistan prezidentinin İrana səfəri nəzərdə tutulub. Səfər çərçivəsində bu məsələnin də müzakirəsi gözlənilir. Beləliklə, İran üzərindən Azərbaycana çatdırılan türkmən qazı 7-8 dəfə artırıla bilər. Bu göstəricinin illik 15-20 milyard kubmetr arasında dəyişməsi istisna edilmir. Elə bu da “Transxəzər” kəməri çəkilmədən türkmən qazının Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxmasına əlverişli imkan yaradır.

Onu da bildirək ki, İranla Türkmənistan arasındakı iki boru xəttindən yenisinin həcmi 12 milyard kubmetr, köhnəsinin isə 8 milyard kub metr qazı ötürməyə imkan verir. Hazırda üçtərəfli sazişdə ən çox marağı olan tərəflərdən biri də Türkmənistandır, çünki bu, ölkənin qaz ixracatını şaxələndirir. Türkmənistan əsas qaz satışını  indi Çinə edir və Hindistan istiqamətində də yeni qaz kəməri tikilir. Azərbaycan vasitəsiylə Türkiyəyə sonra isə Qərbə qaz satmaq isə bu ölkə üçün üçüncü ehtiyat istiqamətdir. Türkmənistan qazını Avropaya çıxarmaq üçün ən yaxşı layihə “Transxəzər” qaz kəməri layihəsi ola bilər ki, bu kəmər üçün isə təqribən 8-10 milyard dollar xərc tələb olunur. Amma svop müqavilə üzrə həcmlər artırılsa, onda “Transxəzər”ə ehtiyac qalmayacaq. Xatırladaq ki, İranla ortaq sərhədə malik Türkmənistan qaz ehtiyatlarına görə dünyanın 4-cü ölkəsidir. Türkmənistan hazırda Çinə lazım olan qazın tən yarısını təchiz edir. Rusiyanı çıxmaq şərtilə Türkmənistanın öz qazını Avropaya çatdırması üçün infrastrukturu yoxdur. Amma indi Azərbaycan türkmən tərəfi üçün belə şərait yaradır. Qeyd edək ki, artım Azərbaycan qazını Avropaya 2020-ci il dekabrın 31-də istismara verilən “Transadriatik” boru kəməri (TAP) daşıyır. “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Türkmənistan qazı hesabına qısa müddətdə boru ilə ildə 20 milyard kubmetr qazın Avropaya çatdırılması təmin edilə bilər.

Xatırladaq ki, hələ ötən əsrin 90-cı illərindən Türkmənistan qazının Azərbaycana, sonra isə boru kəmərləri vasitəsilə Avropaya nəql edilməsi ciddi müzakirə mövzusu idi. Həyata keçirilməsi müşkülə düşən “Nabukko” layihəsinin müzakirəsi zamanından bu məsələ gündəmdə idi. O vaxt Rusiya və İran Xəzərin dibi ilə “Transxəzər” boru kəmərinin çəkilməsinə ciddi maneə yaradırdı. Xəzərin statusu müəyyən edildikdən sonra bununla bağlı sənədə əlavə olaraq “Ekoloji protokolun” imzalanması “Transxəzərin” reallaşdırılması məsələsini ciddi sual altına qoydu. Amma İqtisadi Əməkdaşlıq Təşkilatının  XV Zirvə Toplantısı çərçivəsində Türkmənistanda Azərbaycan və İran rəhbərlərinin baş tutan görüşündə mühüm qərarlar alındı, məsələnin həlli yolu tapıldı. İndi Türkmənistan İran və Azərbaycan vasitəsilə Avropaya qaz nəqli imkanları əldə edib. Qeyd edək ki, XXI əsrin layihəsi hesab edilən “Cənub Qaz Dəhlizi”nin istifadəyə verilməsi ölkəmizin enerji potensialının dünya bazarlarında reallaşdırılması baxımından növbəti mühüm hadisə hesab edilir. Bununla Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha mühüm rol oynamağa başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi və Azərbaycan qazının “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya çatdırılması ilə ölkəmizin “köhnə qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artıb. İran və Türkmənistanla yeni müqavilələr imzalanacağı halda Azərbaycan Avropa bazarına daha böyük həcmdə təbii qaz göndərə bilər. 

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ