Cümə axşamı günü, 26 noyabr 2026
     

Dolların dünyada yeni bahalaşma dövrü başlanır, Azərbaycanda isə vəziyyət fərqli olacaq

Image


İnkişaf etməkdə olan ölkələr ABŞ-da əmək bazarında yeni iş yerlərinin açılmasının gözləniləndən daha yüksək artımı fonunda Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artıracağına hazırlaşmalıdır. Belə bir xəbərdarlıqla Beynəlxalq Valyuta Fondu (BVF) çıxış edib.

Quruma görə, monetar siyasət çərçivəsində ABŞ-ın maliyyə requlyatorunun gözlənildiyindən daha sürətli addımları maliyyə bazarlarını sarsıda, həmçinin kapitalın xaricə axınına və inkişaf etəmkdə olan ölkələrdə (üzən məzənnə halında) valyutanın ucuzlaşmasına səbəb ola bilər. Sözügedən ssenari ABŞ-da geniş əsaslı əməkhaqqı inflyasiyası və ya davamlı təchizat problemləri fonunda daha sürətli inflyasiya üçün gözləntilərin gücləndiyi halda baş verə bilər. BVF qeyd edib ki, yüksək dövlət və özəl borcu, yüksək valyuta volatilliyi riskləri və aşağı cari əməliyyatlar balansına malik inkişaf etməkdə olan ölkələr artıq dollara qarşı valyutalarının ucuzlaşmasını hiss edib. Fond tövsiyə edir ki, yüksək inflyasiya təzyiqləri olan ölkələr valyutalarının dollara qarşı ucuzlaşmasına imkan yaratmalı və faiz dərəcələrini artırmalıdır. Xatırladaq ki, "Goldman Sachs" bankına  görə də Federal Ehtiyat Sistemi bu il faiz dərəcələrini bir neçə dəfə artıracaq. "Goldman Sachs"ın iqtisadçıları Federal Ehtiyat Sisteminin 2022-ci ildə mart, iyun, sentyabr və dekabr aylarında faiz dərəcələrini dörd dəfə artıracağını proqnozlaşdırıb. Baş ofisi Amsterdamda yerləşən Hollandiyanın bank və maliyyə xidmətləri korporasiyası ING-nin inkişaf etmiş bazarlar üzrə baş iqtisadçısı Ceyms Naytlideyir ki, Federal Ehtiyat Sisteminin daha sürətli hərəkət etməsi üçün təzyiq artır: “Yanvarın 7-də dərc edilən ABŞ əmək bazarına dair məlumatlar dünyanın ən böyük iqtisadiyyatında işsizlik səviyyəsinin 3,9%-ə düşdüyünü və pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşdığını göstərib. Federal Ehtiyat Sistemi üçün şirkətlərin maaş artımını kəskin sürətləndirmələri prosesi daha vacibdir. Federal Ehtiyat Sisteminin dekabr iclasının protokolları qurumun faiz artırmağı planlaşdırdıqlarını göstərdi. Üstəlik, Federal Ehtiyat Sistemi bu ildən etibarən balansı azaltmağa başlamaq imkanını nəzərdən keçirir, faktiki olaraq sistemdən “çap edilmiş” dollarlar yığışdırılacaqdır. Yanvarın 5-nə olan məlumata görə, ABŞ Mərkəzi Bankının balansı 8 trilyon 765 milyard dollara çatıb və pandemiyanın başlanğıcından indiyədək heç vaxt görülməmiş miqyasda aktiv alışı hesabına 4,6 trilyon dollar artıb”. “Morgan Stanley” bankının strateqi Mayk Uilson bildirir ki, indi Federal Ehtiyat Sisteminin zərbəsi daha güclü olacaq. Hazırda dollar digər valyutalara qarşı da möhkəmlənir. Digər tərəfdən əksər dünya mütəxəssisləri gözləyir ki, Federal Ehtiyat Sistemi faiz dərəcələrini artıracaq. Nəticə etibarilə faiz dərəcələrinin son illər ərzində ilk dəfə 0-0,25%-dən yuxarı olacağı realdır. Bunun üçün artıq makroiqtisadi mühit mövcuddur, sadəcə olaraq siyasi qərar lazımdır. Qeyd edək ki, faiz dərəcələrinin aşağı olması iqtisadi qanunauyğunluğa əsasən, dolların möhkəmlənməsini müəyyən dərəcədə ləngidir.  Faiz dərəcələri artırılsa, maliyyə bazarlarında canlanma yaranacaq, çünki Federal Ehtiyat Sisteminin dərəcələrin ardınca korporativ dərəcələr də artacaq ki, bu da tələbata müsbət təsir edəcək. Digər tərəfdən, investorlar faizlərin qaldırılmasını ölkə iqtisadiyyatında sağlamlaşmanın başa çatması, inkişaf yoluna çıxması kimi qiymətləndirəcək. Yekunda ABŞ-ın maliyyə alətlərinə axın daha da artacaq ki, nəticədə dolların möhkəmlənməsinə daha bir amil dəstək verəcək.

Baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycanın qonşu ölkələrində valyuta sabitliyi ilə bağlı vəziyyət məsələni ölkəmiz üçün daha da aktuallaşdırır. Bu il ərzində qonşularımızda milli valyutalara devalvasiya təzyiqlərinin daha da artması gözlənilir ki, bu da inflyasiyanı tətikləyən əsas faktorlardan hesab olunur.  Gürcüstan, Ermənistan, Rusiya, İran və Türkiyədə milli valyutanın dəyərsizləşməsi prosesinin bu il də davam etməsi gözlənilir. Amma ölkəmizdə vəziyyət fərqli xarakter daşıyacaq, Azərbaycan manatı xarici valyutalara, xüsusən də ABŞ dollarına nisbətdə sabit həddə qalacaq. Real vəziyyətin təhlili, proseslərin inkişaf axarı göstərir ki, manatın kursuna təsir göstərə biləcək hər hansı fundamental risk mövcud deyil. Xarici ticarətdə müsbət saldo mövcuddur. Belə xarici ticarətdə müsbət saldo 10 milyard dollardan artıqdır. Dünya enerji bazarlarında qiymətlər proqnozlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Bu da enerji resurslarının ixracatçısı kimi Azərbaycana daha çox valyuta qazandırır. Bundan başqa, qeyri-neft sektorunun dinamik inkişafı, bu sahə üzrə ixracatda böyük artım da ölkəyə valyuta axınını təmin edir. Qeyd edək ki, 2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 milyard dollar, qeyri-neft sektoru üzrə 2,7 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci il ilə müqayisədə 870 milyon dollar və ya 47,2% artıb. Bundan əlavə ölkəmiz üzərindən tranzit yükdaşımaların çoxalması, birbaşa xarici investisiyaların cari il ərzində də yüksək hədlə ifadə olunacağının proqnozlaşdırılması, bu qəbildən olan digər hallar manatın kursunun sabitliyini şərtləndirəcək əsas faktorlar olacaq. Milli valyutanın sabitliyi inflyasiya riskini azaltmaqla yanaşı, iqtisadi inkişafın dinamikliyinə də mühüm təkan verir. Daha bir önəmli məqam Azərbaycanın böyük həcmdə strateji valyuta ehtiyatlarına malik olmasıdır. Ötən ilin sonuna valyuta ehtiyatlarının miqdarı daha 2,2 milyard ABŞ dolları artıb və 53 milyard dolları keçib. Nəhəng valyuta ehtiyatı da manatın sabit məzənnədə qalmasına səbəb olan faktorlardandır. Azərbaycan dünya miqyasında ən az xarici borca malik olan ölkələrdən biridir. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və ötən il ərzində həm mütləq rəqəmlərdə, həm ümumi daxili məhsula nisbətdə xarici dövlət borcu azalıb. Cari il ərzində bu rəqəmin daha da azalması, 2025-ci il ərzində ümumi daxili məhsula nisbətdə 12 faizə düşməsi gözlənilir. Bu da milli valyutanın dayanıqlığına  təkan verən mühüm amillərdən biridir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ