Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Cənubi Qafqaz ölkələri arasında un və çörəyin qiymətində ən az bahalaşma Azərbaycandadır

Image


Bu gün, Azərbaycan da daxil olmaqla, dünya miqyasında ən çox müzakirə edilən məsələlərdən biri taxılın, un və çörəyin qiymət artımıdır. Cari ilin ilk günlərində bununla bağlı yaşanan bahalaşma, demək olar ki, dünyanın bir çox ölkəsində, o cümlədən Cənubi Qafqaz regionunda da özünü qabarıq büruzə verir.  

Hazırda Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistanda çörəyin və unun qiymətində artım müşahidə olunur. Qeyd edək ki, ölkəmizdə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik. Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, əsasən, idxal edilən xammal komponentlərinin qiymət artımı səbəbindən daxildə istehsal olunan yerli məhsulların da satış qiymətləri yüksəlməyə başlayıb. O qeyd edir ki, məhsulun maya dəyərini formalaşdıran bir sıra xərclərin - daşınma, enerji, xammal kimi faktorlarda da qiymət artımı nəzərə alınmalıdır. Hökumət bildirir ki, bahalaşmanın təsirlərini minimuma endirmək üçün son dövlət büdcəsi əhalinin gəlirlərinin artırılması komponentin" nəzərə almaqla formalaşdırılıb. Mikayıl Cabbarov bu xüsusda bildirib: "Hesab edirik ki, bu, qiymət artımlarını qarşılamaq üçün müəyyən dəstək olacaq. Müsbət məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatların 2022-ci il üzrə əmtəə və ərzaq qiymətləri indeksinə dair proqnozlarında 2021-ci illə müqayisədə nisbətən azalma, əsas ticarət tərəfdaşı olan ölkələrdə istehlak qiymətləri indeksinin 2021-ci illə müqayisədə qismən aşağı proqnozları mövcuddur". Onun sözlərinə görə, gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirini formalaşdırmaqdır. Un və bəzi çörək növlərində qiymət artımının qarşısını alan vasitələrdən biri indiyədək tətbiq edilən subsidiyalar olub. Azərbaycandan əvvəl bu iqtisadi alətin istifadəsindən qonşu Gürcüstanda imtina ediblər. Gürcüstan hökumətinin proqramına görə, iyun ayının sonuna kimi birinci dərəcəli 50 kiloqramlıq buğda ununun kisəsinə 20 larilik (11 manat) subsidiya tətbiq olunurdu. Lakin artıq ilin əvvəlindən bu ləğv edilib. Onun ləğvindən iki həftə sonra tələbatı yüksək olan yarım kiloqramlıq "sosial" adlanan çörəyin qiyməti təxminən 15 tetri (0,27 manat) bahalaşaraq 1 lariyə (0,55 qəpiyə) çatıb. Sonradan bu növdən olan çörək daha 10 faiz bahalaşıb.Gürcüstanda buğda və buğda ununun 90 faizi xaricdən və əsasən, Rusiyadan idxal olunur.

Ötən ilin dekabr ayında çörək istehsalçıları birliyinin rəhbəri Malxaz Dolidze idxalın artması nəticəsində qiymətlərin sabitləşdiyini qeyd etmişdi: "Gürcüstanda çörək  bahalaşmayacaq. Məsələ burasındadır ki, Gürcüstana külli-miqdarda un gətirilib, bu qədər heç vaxt gətirilməyib. Və qiymət aşağı düşüb. Bir kisə un 72 lariyə başa gəlirdisə, indi 65 laridir (35.7 manat)". Lakin ilin əvvəlindən qoymət artıb.  Gürcüstanda qiymət artımına həmçinin koronovirus pandemiyasının bilavasitə təsiri də qeyd olunur. Belə ki, infeksiyanın yayılması fonunda qablaşdırma materiallarına tələbat artıb. Gürcüstanda bunun yerli istehsalı olmadığı üçün çörək bağlamaları qonşu Türkiyədən idxal olunur. Ermənistanda da ötən il ərzində unun və çörəyin bahalaşması milli valyutanın devalvasiyası və müharibənin nəticələri kimi daxili amillərdən daha çox, xarici amillərlə izah olunur. Ermənistan mediası burada əsas faktor kimi, Rusiyadan idxal olunan buğdanın bahalaşmasını və onun ölkəyə çatdırma xərclərindəki artımı qeyd edir. “Nv.am” saytına əsasən, ötən ilin sentyabr ayından çörəyin qiyməti 30-50 dram (0,11-0,18 manat) bahalaşıb və yarım kiloqramlıq məşhur "Matnakaş" çörəyinin qiyməti 350 drama (1,25 manat) çatıb. Ondan daha azçəkili olan çörək əvvəlki 110 dram əvəzinə 140-150 drama (0,55 manat ) satılır. Ermənistan mediasında Rusiyadan alınan buğdanın qiymətində artımın dinamikası göstərilir. 2020-ci ildə bir ton buğda 9 min rubla (123 dollar) alınıbsa, 2021-ci ilin sentyabrında onun qiyməti təxminən 199-a, noyabrda isə 290 dollara çatıb. Ermənistanın ən böyük un dəyirmanlarından biri olak "Manana Grain" müəssisəsinin rəhbəri Qurgen Nikoqosyan burada ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün üstünlüklərini də qeyd edir. Onun sözlərinə görə, əks halda Ermənistan digər qonşu ölkələr kimi Rusiyanın təsdiqlədiyi taxıl kvotası üçün pul ödəməli olacaqdı. Ermənistan mediası il ərzində ölkədə təxminən 390-420 min ton buğdanın istehlak olunduğunu bildirir ki, bunun da 320-350 min tonu əsasən Rusiyadan idxal hesabına qarşılanır. Beləliklə, Cənubi Qafqaz ölkələrində real qiymətlər göstərir ki, regionda ən ucuz un və çörək yenə Azərbaycanda satılır.

Bu arada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək həddinə çatıb. Ən böyük ixracatçılar olan Kanada, Çin və Rusiyada məhsul həcmlərinin aşağı olmasına görə buğdanın qiyməti 40 faizədək bahalaşıb. Ötən il Rusiyada taxıl istehsalı rekord səviyyəyə, 133 milyon tona çatıb. Bunun təxminən 86 milyon tonunu buğda təşkil edib. Lakin hazırda göstəricilər daha aşağıdır. Rusiya Kənd Təsərrüfatı Nazirliyi builki məhsulun 127 milyon ton civarında olacağını proqnozlaşdırır. Belə vəziyyətdə Rusiyada buğdaya ixrac rüsumu dekabrın 15-dən bir ton üçün 84,9 dollardan 91 dollara artırılıb. BMT-nin məlumatına görə, ərzaq məhsullarının bahalaşmasına bir sıra amillər, o cümlədən təchizatın pozulması, yüksək əmtəə qiymətləri, bəzi istehsal müəssisələrinin bağlanması və siyasi gərginlik təsir göstərir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ