Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Un və çörəyin qiyməti ilə bağlı vəziyyət yenə hökumət ümidinə qaldı...

Image


Dünya iqtisadiyyatında koronavirus pandemiyası ilə bağlı davam edən qeyri-müəyyənliklər, təchizat zəncirlərinə mütəmadi təzyiqlərin olması, iqlim dəyişikliklərinin baş verməsi, logistika xərclərinin çoxalması bir sıra ərzaq məhsullarının, o cümlədən ərzaqlıq buğdanın qiymətində artımın yaranmasına səbəb olub. Elə bu səbəbdən dünyanın bir çox ölkələrində bahalaşma qeydə alınır.

Belə bir vaxtda o da bəlli olub ki, Çin dünya taxılının yarısını alıb.
USDA-nın (ABŞ-ın federal icra hakimiyyəti orqanı) məlumatına görə,  Çin hökuməti dünyadakı qarğıdalı və digər taxılların yarıdan çoxunu alıb. Çinin 2022-ci il məhsul ilinin birinci yarısında dünya qarğıdalı ehtiyatlarının 69 faizinə, düyü ehtiyatlarının 60 faizinə və dünya buğda ehtiyatlarının 51 faizinə sahib olacağı gözlənilir. Bu o deməkdir ki, dünya əhalisinin 20 faizindən az hissəsi qarğıdalı və digər taxılların yarıdan çoxunu saxlamağa müvəffəq olub və bu, bütün dünyada qiymətlərin kəskin artmasına və ola bilsin ki, daha çox ölkədə aclığa səbəb ola bilər. Taxılın böyük hissəsi Çinə məxsus Dalian limanı yaxınlığındakı 310 nəhəng anbarda saxlanılır. Hazırda bunlar fonunda dünya boyu taxılın və unun, un məmulatlarının bahalaşması müşahidə edilir. Məhz belə bir vaxtda Azərbaycanın iri un və çörək istehsalçıları Assosiasiyası un və un məmulatlarının gözlənilən bahalaşması ilə bağlı müraciət yayıb. Müraciətdə deyilir ki, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib: “Azərbaycana ərzaqlıq buğdanın idxalı əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub”. Un və çörək istehsalçıları qeyd edirlər ki, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdansatış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib. Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb: “Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur. Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq".  Qeyd edək ki, artıq neçə gündür sosial şəbəkə istifadəçiləri ölkənin bu və ya digər yerlərində unun kisəsinin 37-38 manata (markasından asılı olaraq), çörəyin isə 50-70 qəpiyə (çeşidindən asılı olaraq) satıldığı haqda xəbərlər yayırlar. Hərçənd bəzi istehsalçılar ehtiyat undan istifadə etdikləri üçün hələ köhnə qiymətlərlə işləyirlər. O cümlədən, iri ticarət mərkəzlərində zavod istehsalı çörəklərin qiyməti artırılmayıb. Bununla belə, sexlərdə çörəklərin qiymətində artım var. Gözlənilir ki, dövlət yenə dəstək tədbirlərini işə salıb un və çörəyin qiymətini sabit saxlayacaq. əks halda dünyada baş verən proseslr fonunda bahalaşma qaçılmazdır. Təbii ki, son illər qiymət artımı kimi mənfi tendensiyaların yaranma səbəblərindən danışarkən ilk öncə COVİD-19 pandemiyasının dünya iqtisadiyyatında yaratdığı qeyri-müəyyənlikləri qeyd etmək lazımdır. Bununla yanaşı, müəyyən ekoloji faktorlar, yükdaşıma xərclərinin artması da qiymət artımına təsir edən amillərdəndir. Digər tərəfdən, əsas ixracatçı ölkələrdən olan Rusiyada ötən ilin fevralından başlayaraq ixrac tariflərinin tətbiq edilməsi ərzaqlıq buğdanın daha baha qiymətlə tədarük olunmasına gətirib çıxarır. Belə ki, keçən ilin dekabrında Rusiyada 1 ton ərzaqlıq buğdanın orta aylıq ixrac qiyməti 338 dollar olub və bu, 2019-cu ilin dekabr ayı ilə müqayisədə 58,7 faiz, 2020-ci ilin dekabrı ilə müqayisədə isə 33,1 faiz çoxdur. Eyni zamanda, Dünya Bankının məlumatına əsasən, 2021-ci ilin noyabr ayında ərzaqlıq buğdanın 1 tonunun qiyməti 334 ABŞ dolları olub ki, bu, 2019-cu ilin noyabr ayı ilə müqayisədə 49,8 faiz, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 35,2 faiz yüksəkdir. Azərbaycana ərzaqlıq buğdanın əsasən Rusiyadan idxal edilməsi və bu ölkədə baş verən qiymət artımı ölkəmizə də təsirsiz ötüşmür. Lakin ərzaqlıq buğdanın qiymətində baş verən artımın Azərbaycanda neqativ təsirlərini minimuma endirmək üçün dövlət tərəfindən bir sıra mühüm tədbirlər görülüb. 2020-ci ilin martından başlayaraq 12 ay ərzində ərzaqlıq buğdanın ölkə üzrə ehtiyatlarının yaradılması məqsədilə ərzaqlıq buğda təchizatçılarına ayrılmış 58,2 milyon manat kreditlər üzrə hesablanmış faizlərə 6,2 milyon manat subsidiya ayrılıb. Ərzaqlıq buğda təchizatçılarına hesablanan faizlərə subsidiya verilməsi müddətinin 12 aydan 24 ayadək uzadılması və qeyd edilən dövr üçün kreditlər üzrə hesablanmış faizlərə əlavə 7,3 milyon manat maliyyələşmə ayrılmasının planlaşdırılması da dövlət tərəfindən görülən tədbirlərə bariz nümunədir. Həmçinin qiymət artımının qarşısını almaq məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 2024-cü ilin yanvarın 1-dək uzadılıb, ərzaqlıq buğda və un ixracının qarşısının alınması üçün bu il mayın 1-dək un və ərzaqlıq buğdanın ixracına 1 ton üçün 200 ABŞ dolları rüsum müəyyən edilib. Ötən il fevralın 1-dən sentyabrın 1-dək olan dövrdə un istehsalçılarına satılan unun hər tonuna görə 35 manat məbləğində, sentyabrın 1-dən dekabrın 31-dək olan dövr üçün idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq idxal qiyməti əsasında yeni mexanizmlə hesablanmaqla subsidiya ödənilib. Bu müddət ərzində 37 sahibkarlıq subyektindən 333 müraciət daxil olub və 2021-ci il fevralın 1-dən noyabrın 1-dək un istehsalçılarına subsidiya şəklində 35,7 milyon manat vəsait ödənilib. 2021-ci ilin sonunadək əlavə olaraq 39 milyon manatadək vəsait ödənilib.  Ərzaqlıq buğdanın hazırkı idxal qiymətini (Rusiya Federasiyasında ərzaqlıq buğdanın orta aylıq ixrac qiyməti 338 ABŞ dolları) nəzərə alaraq daxili bazar qiymətləri belə proqnozlaşdırılıb: 50 kiloqramlıq 1 kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik nəzərdə tutulur. Bu rəqəmləri yaxın coğrafi ölkələrdəki un və çörəyin qiymətləri ilə müqayisə etdikdə Azərbaycanda çörəyin qiymətinin daha ucuz olduğuna şahid olarıq. Belə ki, Azərbaycanda 500 qramlıq çörəyin qiyməti 50 qəpik olduğu halda, Gürcüstanda minimum 57 qəpik, maksimum 66 qəpik, Rusiyada 1 manat, Ukraynada minimum 1 manat 26 qəpik, maksimum 1 manat 46 qəpik, Qazaxıstanda minimum 51 qəpik, maksimum 55 qəpik, Ermənistanda isə 81 qəpikdir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ