Bazar günü günü, 16 avqust 2026
     

Azərbaycan qazı uğrunda Avropada əsl savaş başlayır…

Image


Nüfuzlu “Nord Pool” elektrik birjasının son məlumatlarına görə, Avropa bazarında elektrik enerjisi qiymətləri artıq rekord qırır. Fransada bir meqavat elektrik enerjisinin qiyməti 442,88 avroya, Almaniyada 431,98 avroya çatıb. Bunlar artıq rekord qiymətlər hesab edilir.

Digər Avropa ölkələrində də elektrik enerjisi xərcləri artır, məsələn, Belçika və Avstriyada da bu rəqəm 430 avronu keçir. Elektrik enerjisi gözlənilən soyuqlar fonunda bahalaşıb. Sinoptiklərin fikrincə, bir sıra Avropa paytaxtlarında bu həftə temperaturun sıfırdan aşağı düşməsi gözlənilir. Bu da enerjiyə tələbatın artmasına səbəb olmaqdadır. “Bloomberg” agentliyi yazır ki, vəziyyəti külək enerji istehsalının aşağı həcmləri və Fransada nüvə enerjisi istehsalının azalması, həmçinin Rusiya qazının tədarükünün azalması daha da ağırlaşdırır. Xatırladaq ki, elektrik enerjisi istehsalında təbii qazdan daha çox istifadə edilir. Qazın qiymətinin yenidən 2000 dollara yaxınlaşması isə qiymətləri əhəmiyyətli dərəcədə yüksəldir. Ümumiyyətlə, bu il Avropada qazın qiyməti 600 faiz artıb. Mütəxəssislər qışın soyuq keçəcəyi təqdirdə Avropada qazın qiymətinin 2000 dollarlıq həddi də keçəcəyini bildirir. Elə bu səbəbdən sərfəli şərtlər əsasında təbii qaz nəqli Avropa üçün prioritet məsələyə çevrilib. Avropa İttifaqının Azərbaycandan daha çox “mavi yanacaq” idxal etmək niyyəti Qərb mediasının da son dövrlərdə əsas diqqət mərkəzində yer alır. Bunu Prezident İlham Əliyevin  Avropanın nüfuzlu nəşrlərindən olan İspaniyanın “El Pais”, İtaliyanın “İl Sole 24 Ore” qəzetlərinə verdiyi müsahibələr fonunda da aydın görmək mümkündür. “El Pais” qəzetinə müsahibəsində Prezident İlham Əliyev bununla bağlı bildirib: “Bizim qazımızı yeni alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq. Bu rəqəm arta da bilər”. Amma bu rəqəmin artması üçün Avropa bəzi şərtləri də yerinə yetirməlidir. Bu şərtlərin nədən ibarət olmasını prezident İlham Əliyev “İl Sole 24 Ore” qəzetinə müsahibəsində belə əsaslandırıb ki, hasilatı artırmaq üçün investisiya yatırılmalı, bunu etmək üçün istehlakçılarla müqavilələr olmalıdır: “Beləliklə, birincisi müqavilələr, ikincisi investisiya və üçüncüsü qaz. Prosesin mərhələlərinin ardıcıllığı belədir. Lakin biz hazırıq, sizin qeyd etdiyiniz kimi, nəhəng yataqlarımız var, tam yeni, müasir infrastrukturumuz var, Avropanın digər yerlərinə də bağlayıcıların çəkilməsi mümkündür. Siz Balkanları qeyd etdiniz və mən Mərkəzi Avropanı əlavə edərdim. Bu, bizim üçün təchizatın şaxələndirilməsi və istehlakçılar üçün şaxələndirmə olacaq”.

Hazırda Avropada Azərbaycan qazı uğrunda əsl mübarizənin başlanması müşahidə edilir. Məsələn, Bolqarıstan "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının illik bir milyard kubmetr həcmində olan müqavilə həcmlərini tam şəkildə almaq istəyir. Bolqarıstanın baş naziri Kiril Petkov bildirib ki, bu məsələnin Azərbaycanla müzakirəsi planlaşdırılır: "Bolqarıstan Azərbaycan qazının bütün razılaşdırılmış həcmini almaq üçün əlindən gələni edəcək ki, bu da hazırda digər mənbələrdən əldə edilən qazdan demək olar ki, 60 % ucuzdur". Xatırladaq ki, 2021-ci ilin əvvəlindən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstanın “Bulgargaz” şirkəti arasında illik 1 milyard kubmetr həcmində müqavilə əsasında Azərbaycandan Bolqarıstana təbii qaz tədarük edilməsinə başlanılıb. Kiril Petkov qeyd edib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun qaz kəməri tamamlanmadığından, qaz Kulata-Sidirokastro bağlantısı ilə idxal olunur: “Lakin məhdud texniki imkanlar bütün razılaşdırılmış həcmlərin əldə edilməsinə imkan vermir. Müqavilə ilə nəzərdə tutulmuş həcmlərdən Bolqarıstan ilin əvvəlindən doqquz ay ərzində cəmi 225 milyon kubmetr Azərbaycan qazı alıb". Hazırda Bolqarıstan qaz tədarükü ilə bağlı ciddi çətinliklərlə üzləşir, həmçinin Avropada “mavi yanacağ”ın baha olması səbəbindən ölkə daxilində istilik və enerji qiymətlərində artım müşahidə olunur.

Qeyd edək ki, Şimali Makedoniya, Xorvatiya, Monteneqro, Albaniya, Rumıniya, Bosniya və Herseqovina Azərbaycan təbii qazını Avropaya nəql edən “Cənub Qaz Dəhlizi”nə qoşulmağa hazırlaşır. Amma bu ölkələrin sayının daha da artması gözlənilir. Cənub Qaz Dəhlizinin Yunanıstan və Albaniya ərazisində, İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. Hətta cari ilin əvvəlində Azərbaycan qazı Fransa və İsveçrəyə nəql edilib. Azərbaycan qazı məsafə və qiymət baxımından sərfəli olduğundan daha çox sayda Avropa ölkəsi onun nəqlində maraqlıdır. Hazırda “Cənub Qaz Dəhlizi” yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirir. Daha bir neçə Avropa  ölkəsinin də layihəyə qoşulmaqla bağlı artıq müvafiq addımlar atıblar. Perspektivdə daha çox sayda ölkənin Cənub Qaz Dəhlizi vasitəsilə “mavi yanacaq” idxal etməsi proqnozlaşdırılır. “Cənub Qaz Dəhlizi”nin Azərbaycan qazı yanaşı, yaxın perspektivdə digər mənbələrdən Avropaya “mavi yanacaq” nəqlində  əsas tranzit kəmərlərdən biri olması gözlənilir. İlk növbədə Türkmənistanda, daha sonra Şərqi Aralıq dənizində, İranda hasil edilən qazın bir hissəsinin məhz “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya nəqli proqnozlaşdırılır. Bununla “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha böyük rol oynayacaq.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ