çərşənbə günü, 24 iyun 2026
     

Kərə yağı ilə bağlı hökumət qərarının faydasını yalnız işbaz fırıldaqçılar görür - qiyməti kim qaldırır?..

Image


Ölkədə qiyməti günü-gündən bahalaşan məhsullardan biri məhz kərə yağıdır ki, hər gün onun yeni bir qiymətə satıldığını görürük. Bu məhsulun qiymətinin bahalaşması hökümətin də diqqətini cəlb edib və kərə yağının qiymətinin artmaması ilə bağlı qərar qəbul edilib.

Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

Qərara əsasən, kərə yağı, süddən hazırlanmış digər yağların idxal rüsumuna tətbiq olunan güzəştin müddəti 31.12.2023 tarixinədək uzadılıb.

“Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılır” - Nazirlər Kabinetinin məlumatında qeyd edilir.

Kərə yağının idxal rüsumunun artırılmaması qərarının neçə illərdir qüvvədə olmasına baxmayaraq, kərə yağının satış qiyməti günü-gündən artırılıb və bir vaxtlar qiyməti 9 manat olan kərə yağınının indi qiyməti 15-19 manat olub. Qəribədir, hökumət illərdir idxal rüsumunu artırmağı dayandırıbsa, hansısa bir qurumun da idxal rüsumunu artırmaq səlahiyyəti yoxdur, heç kəs onu artıra bilməz. Yəni kərə yağının ölkədə idxal rüsumu sabit olduğu halda işbazlar ölkəyə gətirdikləri kərə yağını baha qiymətə satırlar. Yeri gəlmişkən, yerli kərə yağı məhsulları da xaricdən idxal olunan kərə yağları qiymətində satılır. 

Məsələ burasındadır ki, idxal rüsumunun artırılmaması ilə bağlı hökumətin illərdir qüvvədə olan qərarının icrasına nəzarət edilməməsi işbazların xeyrinə işləyib, onların ciblərinin dolmasına xidmət edib, möhtəkirlərin qol-qanad açmasına şərait yaradıb. Təsəvvür edin ki, işbazlar xaricdən kərə yağını ucuz qiymətə gətirir, amma qiymətini də günü-gündən bahalaşdırır. Bu məhsulu hökumətin qərarına zidd olaraq baha qiymətə satır. Əgər bu məhsulun idxal rüsumu artırılmayıbsa, işbazlar bu məhsulun istehlakçılara, xalqa satış qiymətini hansı əsasla qaldırır? Son illər kərə yağı qədər sürətlə bahalaşan ikinci bir məhsul yoxdur. İdxal rüsumu artmayıbsa və işbazlar kərə yağının qiymətini artırırsa, baha qiymətə satırsa, belə çıxır ki, hökümətin bu qərarının faydası ancaq işbazlara dəyir. Bu halda hökumət niyə öz qərarının icrasına nəzarət etmir?

“Əgər hökumət istəyirsə ki, Azərbaycanda kərə yağının qiyməti normallaşsın, oz zaman ölkəyə kərə yağı idxalını inhisardan çıxarmalıdır”

İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, kərə yağının qiymətinin “ceyran belinə” qalxmasının və günü-gündən şişirdilməsinin məsuliyyətinin bir hissəsi hökumətinin bu qərarının icrasına nəzarət edən qurumların üzərinə düşür. Ekspert hesab edir ki, bu sahayə nəzarət etməyə məsul olan qurumların işbazların özbaşınalığına göz yumması, onlara şərait yaratması nəticəsində möhtəkirlərin hökumətin mövcud qərarına kağız parçası kimi yanaşmasına gətib çıxarıb. “Hökumət kərə yağının qiymətini minimum həddə saxlamaqla, ƏDV-dən azad etməklə, idxal rüsumunu artırmamaqla çalışır ki, ölkə daxilində kərə yağının qiyməti aşağı düşsün. Bu normal bir mexanizmdir, hökumətin əlindən gələni etməsidir. Amma hökumət onu da bilməlidir ki, kərə yağının idxalçıları da digər seqmentlərin idxalçısı kimi inhisarçılardır. İnhisarçılıq da elə bir şeydir ki, burada bazara tək sahib olan adam, sahibkar heç zaman qiyməti bahalaşdırmaqda tərəddüd etmir. Yəni bazarda onun rəqibi olmadığına görə o məhsula istədiyi qiyməti qoyur. Məsələ burasındadır ki, bazar iqtisadiyyatı mexnizminin normal işlədiyi ölkələrdə inhisarçılıq minimumdur, bazarda rəqabət mühiti var, ona görə də sahibkar qiymətləri qaldırarkən çox geniş spekrtli tədqiqatlar, araşdırmalar aparır ki, mən qiyməti qaldırmaqla rəqiblərə uduzaram ya yox. Ona görə də o cür rəqabət mühiti olan ölkələrdə sahibkarlar adətən qiyməti qaldırmaqda maraqlı olmur, hətta qiymətləri mümkün qədər aşağı salmaqda maraqlı olur. Qiymətlərin aşağı salınmasında və keyfiyyətin yüksəldilməsi sahəsində də rəqibləri ilə mübarizə aparırlar. Çox təəssüflər olsun ki, Azərbaycanda inhisarçılıq olduğuna və rəqabət mühiti olmadığına görə sahibkarlar çox asanlıqla qiymətləri istədikləri qədər qaldırırlar. Hökumətin də bu qanunsuz qiymət artımına qarşı heç bir qanuni təsir vasitələri, rıçaqları yoxdur”.

A.Nəsirli deyir ki, bazar iqtisadiyyatında hökumətin qiymət qoymaq məsələsi yoxdur, qiyməti bazar tənzimləməlidir. Azərbaycanda da bazarda rəqabət mühiti olmadığı üçün sahibkarlar istədiyini edir, qiyməti istədikləri şəkildə qaldırır: “Hətta 2 il bundan əvvəl belə bir informasiya yayılmışdı ki, Yeni Zellandiyada kərə yağının qiyməti qalxıb. Şəxsən mən araşdırma aparmışam və aydın olub ki, həmin dövrdə Yeni Zellandiyada kərə yağının qiyməti heç də qalxmayıb. Yəni Azərbaycana Yeni Zellandiyadan idxal olunan kərə yağının qiymətində bu ölkədə heç bir dəyişiklik olmayıb. Sadəcə olaraq yağ idxalçıları Azərbaycan media məkanına feyk informasiya verirlər ki, Yeni Zellandiyada kərə yağının qiyməti qalxıb və biz də ona görə qiymərtləri qaldırırıq. Bax, işbazlar bu səpkili dezinformasiyalardan da istifadə edirlər. Bunun yeganə yolu bazarda rəqabət mühitini formalaşdırmaqdır, inhisarçılığı aradan qaldırmaqdır. Əgər hökumət istəyirsə ki, Azərbaycanda kərə yağının qiyməti normallaşsın, tənizmlənsin, oz zaman ölkəyə kərə yağı idxalını inhisardan çıxarmalıdır. Çalışmalıdır ki, çoxsaylı sahubkarlar kərə yağını idxal etsin, təkcə bir sahibkar etməsin”- deyə A.Nəsirli bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

23.06.2026 / 23:38
Xameneyinin gizli məktubları açıldı, canlı yayım kəsildi, yüksək vəzifəli məmur istefa verdi - İranda XƏYANƏT QALMAQALI…

23.06.2026 / 23:10
Rusiya dizelin ixracına tam qadağa qoymağa hazırlaşır...

23.06.2026 / 22:57
İrəvanın rəqəmsal industriyası Azərbaycandan asılı vəziyyətə düşür...

23.06.2026 / 22:23
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçildi

23.06.2026 / 22:16
Kerç boğazının hər iki sahili bombalanır - Zelenskinin hərbi-taktiki planı...

23.06.2026 / 21:54
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb

23.06.2026 / 21:49
Təhsil nazirinin planı mübahisəli sayılır - regionlarda tələbə sayını bu yolla artırmaq çətin olacaq...

23.06.2026 / 21:34
Türkiyədə sursat anbarında partlayış - Ölənlər var…

23.06.2026 / 21:12
Kılıçdaroğlu “Dəmirtaşı ziyarət edəcəyəm" dedi - “Hansı üzlə?..” cavabını aldı

23.06.2026 / 20:35
Ukrayna və Polşa prezidentlərinin şəxsi intriqası dərinləşir - Zelenski Polşaya getmədi...

23.06.2026 / 20:34
İlham Əliyevlə Berdiməhəmmədov “3-cü ölkələrlə bağlı” maraqlı qərar verdilər...

23.06.2026 / 20:10
Bakının fəallaşan dəstəyi Aşqabadı Transxəzər qaz kəmərinin çəkilişinə həvəsləndirə bilər...

23.06.2026 / 19:48
“Bir pəncərə” prinsipi: QHT-lərin maliyyələşdirilməsində yeni mərhələ

23.06.2026 / 19:44
Harutyunyan, Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib

23.06.2026 / 19:36
Türk dünyasına açılan üfüq yolu - Əhliman ƏMİRASLANOV yazır...

23.06.2026 / 19:23
Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

23.06.2026 / 18:53
Klıcdaroğlunun 250 min dollar paket iddiası tam yalan çıxdı...

23.06.2026 / 17:39
Tramp avqustun 21-dək İran nefti üzərindən embarqonu götürdü...

23.06.2026 / 17:27
Prezident Dövlət qulluqçularını təltif etdi

23.06.2026 / 17:25
İran-Rusiya-Çin üçlüyü Kollektiv Təhlükəsizlik Sazişinə doğru gedir...

23.06.2026 / 17:15
Prezidentin Şuşada inşa edilmiş birinci yaşayış kompleksində uşaqlarla görüşünə dair paylaşım edilib - VİDEO

23.06.2026 / 17:10
Zelenski Lukaşenkoya 2 şərt, bir həftə vaxt verdi...

23.06.2026 / 16:58
Xamneyi Pezeşkianı "vurmağa" hazırlaşır - xalqa müraciətdə müəmmalı fikir...

23.06.2026 / 16:54
Ekspertlər Əmrullayevdən fərqli düşünür - " tam ləğv etmək olar"...

23.06.2026 / 16:33
ABŞ İranla "Yüksək Səviyyəli Komitə" haqda razılaşma əldə etdi...

23.06.2026 / 16:29
Ermənistanda müxalifəti təmsil edən bütün deputatların mandatı ləğv edilir...

23.06.2026 / 16:20
Konstitusiya məhkəməsində Paşinyanın qələbəsinin legitimlik araşdırması başladı - 2 hakim vuruldu...

23.06.2026 / 16:07
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli ola bilər...

23.06.2026 / 15:54
İran iqtisadiyyatı müharibə rejimindən çıxarılır - İsrail yenə hər şeyi məhv etməsə yaxşıdır...

23.06.2026 / 15:42
AzərTelekom Avropa-Asiya "rəqəmsal İpək Yoluna" Ermənistanı da bağladı - narahatlıqlar var...

23.06.2026 / 15:36
Moskva İrəvandan məyus oldu - seçkidən əvvəl gözlədiklərinin əksini görür...

23.06.2026 / 15:15
Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı - FOTO

23.06.2026 / 15:14
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO

23.06.2026 / 15:06
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi - FOTO

23.06.2026 / 14:57
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

23.06.2026 / 14:31
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır"

23.06.2026 / 14:29
Vüqar Rəhimzadə: Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır

23.06.2026 / 14:16
Ukraynada məşhur türk seriallarına “müharibə açdılar”...

23.06.2026 / 13:56
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

23.06.2026 / 13:50
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:48
ABŞ-dan "Livan yanmalıdır" deyən israilli nazirə sərt reaksiya - "bir qəpik də ABŞ dəstəyinə layiq deyillər" …`

23.06.2026 / 13:26
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:19
Azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalması ABŞ-da müzakirəyə çıxarılır...

23.06.2026 / 13:01
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşa inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

23.06.2026 / 12:50
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 408 ton gübrə göndərdi....

23.06.2026 / 12:42
Hikmət Hacıyev prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR paylaşdı

23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı

23.06.2026 / 12:21
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi – artıq əvvəlki kimi olmayacaq…

23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…

23.06.2026 / 11:36
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - :

23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTO

23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...

23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb

23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı

23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə... - FOTO

23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı - Səudiyyə və BƏƏ üsyan etdi...

23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...

23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?

23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...

23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...

23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir.... Mansur Yavaş ifşa edir...

22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya - bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…

22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)

22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...

22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı - ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...

22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar? - Vüsalə AĞABƏYLİ yazır...

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ