Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Dünya yeni borc girdabına yuvarlanır, Azərbaycanda vəziyyət fərqlidir…

Image


Hələ də davam edən  koronavirus pandemiyası bir çox ölkələri ifrat dərəcədə borclanmağa məcbur edib. Beynəlxalq Valyuta Fondunun araşdırmasına əsasən, 2020-ci ildə qlobal borcda İkinci Dünya müharibəsindən sonra ən böyük illik artım olub və bu göstərici 226 trilyon ABŞ dollarına çatıb. Kəskin dinamika pandemiyanın yaratdığı səhiyyə böhranı və dərin resessiya fonunda baş verib.

Bildirilir ki, ötən ilin yekununa görə, qlobal borcun ÜDM-ə nisbəti 28 faiz bəndi artaraq 256 %-ə yüksəlib. Artımın yarısından bir qədər çoxu hökumətlərin borclanması hesabına olub, ona görə də qlobal dövlət borcunun ÜDM-yə nisbəti rekord həddə - 99 %-ə yüksəlib. Qeyri-maliyyə korporasiyaları və ev təsərrüfatlarının özəl borcları da yeni yüksək həddə çatıb. Dövlət borcunun 2007-ci ildə ÜDM-in təxminən 70 %-dən 2020-ci ildə ÜDM-in 124 %-nə yüksəldiyi inkişaf etmiş iqtisadiyyatlarda borc artımı xüsusilə diqqəti çəkir. Özəl borc isə eyni dövrdə daha mülayim templə ÜDM-in 164 %-dən 178 %-nə yüksəlib. Bu dövrdə qlobal borc artımının 26 %-i təkcə Çinin payına düşüb. ABŞ-da borc artımının tempinə görə liderlər sırasındadır. Bu fonda ABŞ prezidenti Cozef Bayden dövlət borcunun limitini daha 2,5 trilyon dollar artırıb.Yeni qanunla borc limiti 31,4 trilyon dollar olub. Təşəbbüs ABŞ Konqresinin hər iki palatası tərəfindən bəyənilib. Bununla da hökumət ölkənin dövlət borcu üzrə potensial defoltun qarşısını alıb. ABŞ-ın maliyyə naziri Canet Yellenin sözlərinə görə, qanun təsdiqlənməsəydi, dekabrın 15-dən sonra federal hökumətin işini maliyyələşdirmək üçün vəsait çatışmazlığı yarana bilərdi. Təşəbbüs ABŞ hökumətinə 2023-cü ilə qədər öhdəliklərini yerinə yetirməyə imkan verəcək. Amma əvəzində ABŞ ən çox borcu olan ölkə statusunu qoruyub saxlayacaq. Digər dünya ölkələrində də borc artır. Beynəlxalq Valyuta Fondu bildirir ki, inkişaf etməkdə olan bazarlar və aşağı gəlirli ölkələrdə də  yüksək dövlət borcu artımı müşahidə edilir. Dünya Bankının hesabatında isə bildirilir koronavirus pandemiyasının vüsət aldığı 2020-ci ildə yoxsul ölkələrin məcmu borcu daha 12% artaraq rekord həddə - 860 milyard dollara çatıb.

Qlobal borclanma səviyyəsinin artdığı bir vaxtda Azərbaycanda tamam fərqli bir vəziyyət hökm sürür. Hazırda Azərbaycanın borclanma siyasəti ölkənin maraqlarına cavab verir. Ölkəmizdə dövlət borclanması ilə bağlı müəyyən hədlər müəyyən edilib. Məsələn, gələn il Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi 1,1 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 0,6 milyard manat təşkil edəcək. Bundan başqa, il ərzində veriləcək dövlət zəmanətlərinin yuxarı həddi 0,8 milyard manat təsdiq edilib. Hazırda Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun sadəcə 17,3 faizini təşkil edir. Azərbaycan 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırır. 2018-ci ildə Prezident İlham Əliyevin təsdiq etdiyi "Dövlət borcunun idarəedilməsi strategiyası"na uyğun olaraq ölkəmizdə dövlət borcunun strukturu dəyişir. Strategiyada nəzərdə tutulur ki, tədricən xarici dövlət borcunun xüsusi çəkisi ümumi dövlət borcunda azaldılsın. Ölkə buna tədricən nail olur. Bunun hesabına dövlət borcu azalır, daxili dövlət borcunun xüsusi çəkisi isə artır.  Daxili borclanmaının artması isə iqtisadi inkişafı daha da sürətləndirəcək.

Digər tərəfdən Azərbaycan büdcə kəsirinin maliyyələşdirilməsində xarici borclanmanı kəskin azaldır. “Büdcə sistemi haqqında” qanuna görə, büdcə kəsirinin maliyyələşməsi dövlət borcu və digər mənbələr hesabına həyata keçirilir. Gələn il Azərbaycanın dövlət büdcəsinin kəsirinin 3 milyard 63 milyon manat təşkil edəcəyi gözlənilir ki, bunun da 35,9%-i xarici və daxili borclanma hesabına aradan qaldırılacaq. Bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 37 faiz bəndi azdır. 2022-ci ildə büdcə kəsrinin 41%-i isə vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcək. 2021-ci ildə bu mənbə nəzərə alınmayıb. Gələn il büdcə kəsrinin aradan qaldırılmasında layihələr üzrə cəlb edilmiş kreditlərin xüsusi çəkisinin 21,3%-dən 19,4%-ə, özəlləşdirmədən daxilolmaların isə 5,7%-dən 3,7%-ə düşəcəyi proqnozlaşdırılır. Borcun azalması isə Azərbaycanın maliyyə manevr imkanlarını yüksəldəcək. Təhlillər göstərir ki, prioritet hesab olunan transmilli  layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti azalan tendensiya üzrə davam edəcək. Hətta dövlətin borc strategiyasında xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2025-ci ildə 12 faiz, 2030-cu ildə isə 10 faiz olacağı proqnozlaşdırılır. İndiki halda Azərbaycanın xarici borc cəlb etməsi üçün imkanları genişdir. Ölkədə xarici dövlət borcunun ÜDM-ə nisbəti 17 faiz ətrafındadır ki, bu da dünyada ən yaxşı vəziyyətdə olan onluğun sırasında olmağımızı göstərir. Onu da bildirək ki, xarici borcumuz, xüsusən valyuta ehtiyatlarımız baxımından elə də yüksək həddə deyil.  Ekspertlər hesab edir ki, ölkəmizdə makroiqtisadi sabitliyin qorunması, iş yerlərinin saxlanması, pandemiyanın sosial təsirlərinin azaldılması istiqamətində hökumətin addımları müsbət nəticələrini verir. Bundan əlavə, korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi sahəsində sistemli işlər aparılıb. Bu da borclanmaya ehtiyac yaratmır və ölkəyə ciddi maliyyə üstünlükləri qazandırır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ