Bazar günü günü, 16 avqust 2026
     

Dollar gözdən düşür, qızıla tələb artır, Çin pulu aparıcı valyutaya çevrilir…

Image


ABŞ dolları ilə bağlı baş verən proseslər qızılın qiymətində yeni artıma rəvac verməkdədir. Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Əməliyyatları üzrə Komitəsi son iclasında uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb. Bu da investorların əllərində olan dolları yenidən qızıla dəyişməsinə səbəb olub.

İnvestorların dollardan qaçmasını şərtləndirən daha bir məsələ ABŞ iqtisadiyyatında artım tempinin zəifləməsidir. Federal Ehtiyatlar Sistemi 2021-ci ildə ABŞ-ın ÜDM artımı proqnozunu 5,9%-dən 5,5%-ə, 2022-ci ildə isə 4,8%-dən 4%-ə endirib. 2023-cü ildə ölkədə iqtisadi artım gözləntiləri 2,5%-dən 2,2%-ə kimi aşağı salınıb. 2024-cü ildə ABŞ-da ÜDM artımının 2% olacağı gözlənilir. Bu da dollara təsir edib və onun yenidən ucuzlaşmasına gətirib çıxarıb. Bu fonda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,04% artaraq 1782,9 dollara bərabər olub. Qızılın qiymətinin artımı həm də Federal Ehtiyatlar Sisteminin pandemiya ilə bağlı stimullaşdırıcı tədbirləri 2022-ci ilin mart ayında dayandıracağı barədə açıqlamasının dollara azaldıcı təsir göstərməsi fonunda baş verib. Federal Ehtiyatlar Sistemi bildirib ki, ABŞ-da inflyasiya hədəf çərçivəsində qalıb. Xatırladaq ki, qurumun proqnozlarına görə, 2022-ci ildə ABŞ-da inflyasiya 2,6% olacaq, bu da ötən sentyabr proqnozu ilə müqayisədə 0,4 faiz bəndi çoxdur. Artan qiymətlər investorlar üçün qızılı daha cəlbedici edir və inflyasiyadan qorunmaq üçün “sarı metal” mühüm bir alətə çevrilir.

Baş verənlər ölkəmizdə də diqqətlə izlənilir. Elə bundan irəli gəlir ki, Dövlət Neft Fondunun investisiya portfelində dolların payı azalmaqda, qızılınkı isə artmaqdadır. Qeyd edək ki, 2022-ci ildə Dövlət Neft Fondunun  investisiya portfelində dolların payının 65%, avronun payının 20%, ingilis funt-sterlinqinin payının 5%, digər xarici valyutaların payının isə 10% təşkil edəcəyi proqnozlaşdırılır. Halbuki, 2021-ci il oktyabrın 1-nə Dövlət Neft Fondunun vəsaitlərinin 69,1%-i dollarda, 19,5%-i avroda, 4,9%-i ingilis funt-sterlinqində, 6,5%-I isə digər xarici valyutalarda olub. Amma gələn il üçün dolların payında kəskin azalma olacaq. Bundan başqa, gələn il Dövlət Neft Fondunun  investisiya portfelində borc öhdəlikləri və pul bazarları alətlərinin payı minimum 50%, səhmlərin payı maksİmum 25%, daşınmaz əmlakın payı maksumum 10%, qızılın payı isə maksumum 15% təşkil edəcək. Bu il sentyabrın sonuna sözügedən nisbətlər müvafiq olaraq 63,1%, 18,1%, 6% və 12,8% təşkil edib. Bu rəqəmlərdən də görünür ki, qızılın payı artırılır. Cari ilinilk üç rübünün yekunlarına əsasən, Dövlət Neft Fondunu investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı 102 ton təşkil edib. Azərbaycanın suveren fondunun qızılının dollar ilə ifadədə qiyməti 5 milyard 665.8 milyon dollar olub. Lakin indi bu həcmin artırılması gözlənilir. Qeyd edək ki, hazırda inkişaf etmiş ölkələrdə bütün ehtiyatların təxminən 30%-i qızılda saxlanılır. Bundan başqa, bir sıra ölkələr  qızıl ehtiyatlarını sürətlə artırır. Onların sırasında Çin və Rusiya da yer alır. Qiymətli metallar üzrə ekspert Ronan Menli bildirib ki, Çin və Rusiyanın qızıl yığmasını dünya iqtisadiyyatının dollarla tənzimlənməsi strategiyasından azad edilməsinə doğru atılmış addım kimi dəyərləndirilmək olar: “Bu iki ölkə aktiv şəkildə qızıl ehtiyatı yaradır və belə davam edərsə, gələcəkdə qızıl standartına qayıtmaq mümkün olacaq. Onda dünyanın dollarla idarə edilməsinin sonu çatacaq. Çin və Rusiya barəsində danışsaq, qızıl dollardan asılılığı götürə biləcək yeganə monetar aktivdir. Qızılın satın alınması üçün çoxlu sayda kanallar mövcud olduğuna görə, hər iki tərəf öz rəsmi ehtiyatlarından da artıq həcmdə qızıl əldə edə bilər. Əgər Rusiya və Çin öz qızıl ehtiyatlarını bir yerə toplasalar, onda ümumi həcm amerikanların ehtiyatından çox olar. Bu isə ən azından dollara və ABŞ-ın dünya iqtisadiyyatındakı mövqeyinə ciddi zərbə vurar”. Belə bir vaxtda Amerikanın investisiya şirkəti olan  “Mobius Capital Partners”in rəhbəri Mark Mobius dolları əvəz edə biləcək mümkün valyuta vahidinin adını açıqlayıb. Mobius Çin yuanının bu şansının daha böyük olduğunu deyib: “Əvvəla, qızıl ehtiyatları artır, Çin ən böyük qızıl istehsalçılarından biridir. İkincisi, Pekin bəzi ölkələrlə yuanın rezerv valyuta kimi saxlanılması ilə bağlı razılığa gələ bilər. Bu razılıq dövlət əmanətləri və mərkəzi bank ehtiyatlarının Çin aktivlərində yerləşdirilməsinə gətirib çıxara bilər”.

Maraqlıdır ki, Rusiya və Çin prezidentləri Vladimir Putinlə Si Tsinpin dekabrın 15-də videobağlantı ilə keçirdikləri danışıqlarda Qərbə qarşı birgə hərəkət barədə də razılıq əldə ediblər. Söhbət zamanı Si Tsinpin  bildirib: "Hazırda müəyyən beynəlxalq qüvvələr “demokratiya” və “insan haqları” pərdəsi altında Çinin və Rusiyanın daxili işlərinə qarışır, beynəlxalq qanunu və hamı tərəfindən qəbul olunmuş beynəlxalq münasibətləri tapdalayırlar”. O əlavə edib ki, Çin və Rusiya bir-birinin təhlükəsizlik maraqlarını birgə səylərlə daha səmərəli müdafiə etməlidirlər. Putin və Si Tsinpin iki ölkə arasında 20 il bundan əvvəl imzalanmış dostluq və əməkdaşlıq müqaviləsinin uzadılması barədə razılığa gəlib. Bu fonda tərəflər qarşılıqlı ticarətdə milli valyutadan istifadə səviyyəsinin artırılmasını da vacib hesab edir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ