Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Millət vəkilləri Rəqabət Məcəlləsinin qəbulunu niyə sürətləndirmir?..

Image


Azərbaycanda uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbulu istiqamətində müzakirələr gedir. Bununla bağlı 2019-cu ildə Prezident İlham Əliyevin sahibkarlığın inkişafı sahəsində əlavə tədbirlər haqqında sərəncamında da Rəqabət Məcəlləsinin hazırlanmasına dair hökumətə tapşırıq verilib.

Amma sözügedən Məcəllənin qəbulunun ölkə iqtisadiyyatının inkişafı üçün vacib amil olduğunun dəfələrlə önə sürülməsinə baxmayaraq, indiyədək bu istiqamətdə konkret olaraq hansısa addım atılmayıb.

Qeyd edək ki, bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirmişdi ki, son vaxtlar Azərbaycanda liberal və rəqabətli iqtisadi siyasət vasitəsilə davamlı iqtisadi artış istiqamətində vacib addımlar atılır: “Həm beynəlxalq təcrübə, həm də Azərbaycanın iqtisadi artım şərtləri nəzərə alınmaqla Rəqabət Məcəlləsinin yeni təkmilləşdirilmiş layihəsi hazırlanır. Sənəd müvafiq strukturlarla razılaşdırılma mərhələsindədir”.

Bu günlərdə isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Milli Məclisin Rəqabət Məcəlləsini qəbul etməsi üçün zəruri şərait tam formalaşdırılmalıdır: “Azərbaycanda rəqabətin inkişaf etdirilməsi ilə bağlı dövlət ardıcıl addımlar atır. Belə bir yanlış təsəvvür var ki, Rəqabət Məcəlləsini qəbul edən kimi ədalətli rəqabət ölkədə tam təmin olunacaq. Bu cür yanaşma düzgün deyil. Məcəllənin qəbuluna qədər bir sıra atılacaq addımlar var. Onlarsız məcəllənin qəbulu effekt verməyəcək. Bu səbəbdən, ilk növbədə zəruri şərait tam formalaşdırılmalı, alt qanunlar qəbul olunmalı və yaxud da təkmilləşdirilməlidir. Məsələn, satınalma ilə bağlı yeni qanun hazırlanacaq və yaxud da ədalətli rəqabətlə, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması ilə bağlı qanunlar olacaq. Ölkədə rəqabətin tam ədalətli rəqabətin təmin olunması dövlət siyasətidir. Amma bu iş addım-addım və tədricən olmalıdır. Əslində, bu istiqamətdə də gedirik”.

Maraqlıdır, adıçəkilən Məcəllənin qəbulu üçün ölkədə hansı şərait yoxdur?

  • “Rəqabət Məcəlləsi qəbul olunmalıdır, ancaq icrası mümkün olmayan müddəalardan ibarət olmamalıdır”

İqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, ölkədə sağlam rəqabət və iqtisadi inkişaf üçün Rəqabət Məcəlləsi qəbul edilməlidir: “Müasir cəmiyyətin iqtisadi inkişafı üç məsələdən asılıdır. Birincisi şəxslərin mülkiyyət hüququnun müdafiəsidir. İkinci məsələ şəxslərin bağladıqları müqavilələrin icrasıdır. Yəni mən kimləsə müqavilə bağlayıramsa, istəyirəm ki, qarşı tərəf öz öhdəliyini yerinə yetirsin. Öhdəliyini yerinə yetirməyəndə mən əmin olmaq istəyirəm ki, məhkəmə məni müdafiə edəcək və qarşı tərəfi öz öhdəliyini icra etməyə məcbur edəcək. Üçüncü məsələ sağlam rəqabətdir. Çünki ola bilər ki, mənim mülkiyyət hüququm qorunur, hətta müqavilələr də icra olunur, amma ölkədə elə vəziyyətdir ki, sahibkarlar arasında bərabərlik yoxdur. Yəni kimsə qeyri-sağlam rəqabət aparır, ona şərait yaradılır. O da bu inhisarçı vəziyyətindən sui-istifadə edir. Kimsə hansısa bir sahəni inhisara alıb, orada heç kim fəaliyyət göstərə bilmir. Fəaliyyət göstərmək istəyənə də imkan vermirlər. Azərbaycanda, demək olar ki, bütün sahələrdə inhisarçılıq var, bu inhisarlar isə oliqarx məmurlardır. Ona görə də onlar Rəqabət Məcəlləsinin qəbulunu yubadırlar”.

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda rəqabət mühitini tənzimləyən qanunvericilik bazası mövcuddur. Amma həmin sənədlər çoxdan qəbul edildiyindən köhnəlib və müasir standartlara cavab vermir: “İnhisarçılıq fəaliyyəti hazırda qüvvədə olan “Antiinhisar fəaliyyəti haqqında” qanunla, haqsız rəqabət isə “Haqsız rəqabət haqqında” qanunla tənzimlənir. Lakin bu sənədlər köhnəlib və standartlara cavab vermir. Həm də sözügedən sənədlərdə bu məsələlər detallı əksini tapmayıb. Bu boşluqları aradan qaldırmaq üçün yeni Rəqabət Məcəlləsi lazımdır. Məcəllədə bütün məsələlər detallı şəkildə yazılmalıdır. Yəni sənəddə sahibkardan tutmuş istehlakçıya kimi hər kəsin maraqları nəzərə alınmalıdır. Çünki haqsız rəqabətdən və inhisarçılıqdan əsas əziyyət çəkən də istehlakçıdır. Məhz bu vəziyyət ölkədə qiymətlərin sürətlə artmasına gətib çıxarıb. Hesab edirəm, yeni Məcəllə elə işlənməlidir ki, bazardakı inhisarçılarla mübarizə aparmaq, azad sahibkarlığın inkişafını təmin etmək, istehlakçı maraqlarını qorumaq mümkün olsun”.

Rəqabət Məcəlləsinin qəbulu üçün şəraitin olmaması fikrinə gəlincə, ekspert bildirdi ki, Məcəllənin qəbulu ilə bağlı Milli Məclisin komitə sədrinin mövqeyi təəccüblüdür: “Aydındır ki, istənilən qanunun tətbiqi üçün ölkədə şərait olmalıdır. Ancaq bu, bir-biri ilə sıx bağlı olan məsələdir. Yəni qanunlar da qəbul olunmalıdır ki, onlar tətbiq olunsun. Rəqabət Məcəlləsi qəbul olunmalıdır, ancaq icrası mümkün olmayan müddəalardan ibarət olmamalıdır. Mənasız qanunlar qəbul edirlər və icra mexanizmi olmur, sonra da deyirlər ki, buna yerli şərait yoxdur. Keyfiyyətli Rəqabət Məcəlləsi qəbul olunsa, orada rəqabət mühitinin pozulmasına görə sanksiyalar, məsuliyyət ciddi şəkildə əksini tapsa, bu halda, əlbəttə ki, ölkədə rəqabət mühiti güclənəcək. Sadəcə, yaxşı olardı ki, millət vəkili bildirərdi ki, hansı şərait yoxdur. Mən bilirəm hansı şərait yoxdur. Belə ki, ölkədə normal məhkəmə sistemi yoxdur ki, hansısa qanun pozulanda, vətəndaş məhkəməyə müraciət etdikdə məhkəmə onun haqqını tanısın. Bunun da olması üçün millət vəkilləri gərək normal, o cümlədən məhkəmə sisteminə aid qanunlar qəbul etsinlər. Deputatlar normal hakimlər təyin etməlidir. Xatırladım ki, Apellyasiya Məhkəmələri, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi Milli Məclisin razılığı ilə təyin edilir. Gərək qanun qəbul edilsin ki, biz də məhkəməyə deyək, bu qanun tətbiq edilmir”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 13:03
İctimai qaydanın kobud şəkildə pozulmasına görə 37 nəfər həbs edildi

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ