Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycan Avropa və Türkmənistanın enerji əməkdaşlığı arzusunu reallığa çevirir

Image


Dünya qaz bazarında qiymətlər yenə yüksələn xətt üzrə inkişaf edir. Avropada qazın qiyməti yenidən 1500 dollarlıq həddi keçib. Digər tərəfdən, burada hələ qış gəlməmiş yeraltı ehtiyatların artıq dörddə bir hissəsinin istifadə edilməsi Avropa bazarında qazın qiymətinin tələbin artması ilə bağlı olaraq yenə də yüksələcəyini deməyə əsas verir. Bu şəraitdə Avropa bazarında qaz ixracatçısı kimi Azərbaycan üşün əlverişli durum formalaşır.

Real vəziyyət göstərir ki, Avropa Azərbaycandan daha böyük həcmdə qaz alışında maraqlıdır. Elə İspaniyanın “El Pais” nəşrinə müsahibəsində də prezident İlham Əliyev bu xüsusda mühüm məqamlara toxunub. O qeyd edib ki, Azərbaycan qaz bazarında Avropanın etibarlı tərəfdaşı və dostudur: “Hamımız bilirik ki, bəzi ölkələrin enerji strategiyalarına dair verdikləri bir sıra qərarlar üzündən Avropada təbii qaza tələbat artacaq. Bütün infrastruktur işlərini başa vurmuş ölkə olan Azərbaycan burada Avropanın etibarlı tərəfdaşı, dostudur. Təsəvvür edin, Bakıdan İtaliyaya qədər 3500 km-lik qaz kəmərinin bir hissəsi dəniz dibindədir. Hamısı tikilib, qaz da gedir. İndi qarşımızda duran məsələ Avropa Komissiyası ilə, Avropa İttifaqının üzv ölkələri ilə, bizdən daha çox qaz almaq istəyənlərlə, yaxud yeni alıcılarla yaxından əməkdaşlıq etmək, danışıqlara başlamaqdır”. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın böyük təbii qaz ehtiyatları var və Avropaya kifayət qədər qısa nəql marşrutu var. Bundan başqa, Azərbaycan türkmən qazının da Avropaya nəqli məsələsində mühüm nailiyyət əldə edib.

Xatırladaq ki, bu günlərdə Türkmənistan qazının İrandan keçməklə Azərbaycana ötürülməsinə dair üç ölkə arasında sənəd imzalanıb. Enerji məsələləri üzrə təhlilçilər hesab edir ki, qaz müqaviləsi hər üç tərəf üçün əlverişlidir. Azərbaycan ucuz qaz alıb öz tələbatını ödəyir və Xəzərdən çıxarılan qazı satışa yönəldə bilir, İran gələcək üçün tranzit imkanı qazanır, Türkmənistan isə qazanc əldə edib qaz bazarını şaxələndirir. ABŞ-ın “Heritage” Fondunun Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Koffey qeyd edir ki, hazırda bu sazişlə birbaşa və dolayısı ilə daha çox Azərbaycan qazı “Cənub Qaz Dəhlizi” ilə Avropaya çatacaq: "Türkmən qazını Avropa bazarına çıxarmaq Avropa İttifaqının strateji məqsədi olmalıdır. Vaxt keçdikcə türkmən qazı Avropanın Rusiya qazından asılılığını əhəmiyyətli dərəcədə azalda bilər. Bu qaz mübadiləsi sazişi düzgün istiqamətdə atılmış addım olsa da, Avropanın Türkmənistan qazını almaq üçün ən çox üstünlük verdiyi yol “Transxəzər” boru kəməri olacaq. Avropa ABŞ-ın diplomatik və siyasi dəstəyi ilə Bakı və Aşqabadı tez bir zamanda bu kəməri reallaşdırmağa təşviq etməlidir". Onun sözlərinə görə, Türkmənistandan Avropaya türkmən qazı axmaya bilər, amma bu sazişlə Azərbaycan qazının Avropa bazarına çıxarılması  daha da artacaq. Ekspert hesab edir ki, svop razılaşmasında alınan qazın çox hissəsi Naxçıvana gedəcək, bu da Azərbaycan qazının bir hissəsini azad edəcək, beləliklə bu artıq qalan həcm Avropaya ötürülə bilər. Digər təhlilçilər də Türkmənistan qazını Avropaya aparacaq ən yaxşı marşurutun “Cənub Qaz Dəhlizi” olduğunda həmfikirdilər. Bu, bütün regionda Rusiyadan kənar mənbələrdən qazı Avropaya nəql edəcək yeganə infrastrukturdur.

Qeyd edək ki, Türkmənistan qazı həm maya dəyəri baxımındna, həm də dünya bazarına çıxış imkanları məhdud olduğundan ucuz qazdır. Məsələn, bu ilin sentyabrında Türkmənistanın Çinə satdığı 1000 kub metr qazın qiyməti 220 ABŞ dolları idisə, ötən ay bu rəqəm 187 dollar olub. Bazar qiymətindən qat-qat aşağı olan qazın Azərbaycana satışı ola bilsin, Çinə ixrac etdiyi qiymət ətrafında olacaq. Bu da Azərbaycan üçün çox əlverişlidir. Azərbaycan həmin həcmi özü ixrac edərsə, bu, Azərbaycan üçün əlverişli biznes imkanı deməkdir. Onu da bildirək ki, İranla Türkmənistan arasındakı iki boru xəttindən yenisinin həcmi 12 milyard kubmetr, köhnəsinin isə 8 milyard kub metr qazı ötürməyə imkan verir. İrandan Azərbaycana qaz ötürmək üçün isə mövcud infrastrukturla ildə 10 milyard kubmetr qaz nəql oluna bilər. Hazırda üçtərəfli sazişdə ən çox marağı olan tərəflərdən biri də Türkmənistandır, çünki bu, ölkənin qaz ixracatını şaxələndirir.

 Türkmənistan üçün indi satdığı 1,5-2 milyard kub qaz böyük həcm olmasa da, bu onun üçün Çin və Hindistan istiqamətində olan qaz satışı istiqamətinin şaxələndirməsidir. Türkmənistan əsas qaz satışını Çinə edir və Hindistan istiqamətində də yeni qaz kəməri tikilir. Azərbaycan vasitəsiylə Türkiyəyə sonra isə Qərbə qaz satmaq isə bu ölkə üçün üçüncü ehtiyat istiqamətdir. Türkmənistan qazını Avropaya çıxarmaq üçün ən yaxşı layihə "Transxəzər" qaz kəməri layihəsi ola bilər ki, bu kəmər üçün isə təqribən 8-10 milyard dollar xərc tələb olunur. İranla ortaq sərhədə malik Türkmənistan qaz ehtiyatlarına görə dünyanın 4-cü ölkəsidir. Türkmənistan hazırda Çinə lazım olan qazın tən yarısını təchiz edir. Rusiyanı çıxmaq şərtilə Türkmənistanın öz qazını Avropaya çatdırması üçün infrastrukturu yoxdur. Amma indi Azərbaycan türkmən tərəfi üçün belə şərait yaradır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 13:03
İctimai qaydanın kobud şəkildə pozulmasına görə 37 nəfər həbs edildi

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ