Bazar ertəsi günü, 12 oktyabr 2026
     

ABŞ parçalanır, dollar dünya valyutası kimi sıradan çıxır…

Image


Son dövrlərdə qlobal miqyasda ən çox müzakirə mövzusuna çevrilən məsələlərdən biri də ABŞ-ın parçalanması, əvəzində yeni müstəqil dövlətlərin yarana biləcəyi ilə bağlıdır. Hələ cari ilin əvvəlində Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Andrey Svintsov bildirirdi ki, iqtisadi böhran və daxili siyasi konfliktlər ABŞ-ın bu səbəbdən dağılan SSRİ-nin taleyini yaşaya biləcəyini göstərir: “Artıq bəzi amerikalı siyasətçilər Kaliforniyanın və digər ştatların ayrılması barədə danışmağa başlayıblar”.

Xatırladaq ki, ABŞ-ın Kaliforniya ştatı müstəqil olmaq istiqamətində dəfələrlə təşəbbüs göstərib. Bu xüsusda illər öncə yaradılan  “Yes California” hərəkatı dəfələrlə ştatın müstəqilliyi üçün referendum keçirilməsi təşəbbüsü ilə çıxış edib. Hərəkat bunu “Calexit: Kaliforniyanın müstəqilliyi haqqında referendum” adlandırmağı tələb edir. Birləşmiş Ştatların ən böyük əhaliyə malik ştatı və dünyanın 6-cı böyük iqtisadiyyatı olan Kaliforniya müstəqil olarsa, ekspertlər prosesin zəncirvari xaraktaer alacağı qənaətindədir. Kaliforniyalılar əvvəlcə özlərinin müstəqillik modelini Kataloniya variantı üzərində qurmuşdular, lakin İngiltərənin Avropa İttifaqından ayrılmasından sonra onlar “Brexit” modelinin tətbiqini istəyir. Bu ştatdan olan milyarderlər bildirir ki, Kaliforniyanın müstəqil respublika olması üçün kampaniyanı maliyyələşdirməyə hazırdırlar. Onu da qeyd edək ki, ABŞ-da Kaliforniya Milli Partiyası da fəaliyyət göstərir və 2014-cü ildə təsis olunub. 2018-ci ildən bəri partiyadan olan namizədlər həm yerli, həm də əyalət seçkilərində iştirak edib. Kaliforniya Milli Partiyası Kaliforniyanın müstəqilliyini dinc yollarla, fəaliyyətini isə uzunmüddətli hədəfi olaraq görür. Düzdür, ekspertlərə görə, ABŞ-da dövlət quruluşunda, dövlətin idarəetmə sistemində nə ərazi muxtariyyəti, nə də muxtar respublika statusları var. Vahid Amerikanizm ideologiyası hamını birləşdirir. Eyni dildə danışmaq insanları bir ideologiya ətrafında birləşdirməyə kömək edir. Bu nöqteyi-nəzərdən Birləşmiş Ştatların parçalanması ehtimalı çox azdır. Lakin Kaliforniyada başlanan hərəkat genişlənərsə, parçalanma qaçılmaz olacaq. Burada xatırladaq ki, Texas ştatı da vaxtaşırı müstəqillik tələbini gündəmə gətirir. ABŞ-dan ayrılmaq istəyən ştat sakinlərinin sözlərinə görə, onlar Müstəqillik Bəyannaməsinin şərtlərinə uyğun hərəkət edirlər. Belə ki, bəyannamədə bildirilir: “Ölkədə elə vəziyyət yarana bilər ki, xalqlardan birinə təhlükəsizlik və xoşbəxtliyi naminə digər xalqla siyasi zəncirləri qırmasına icazə verilir”. Sözügedən prosesdə lokomotiv rolunu Texas ştatı oynayır. Hələ bir neçə il əvvəl ştatın 70 min vətəndaşı Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiyaya səs verib. Növbəti sıralarda isə Luiziana, Florida, Alabama, Missisipi, Nyu-Cersi, Kentukki ştatları gəlir. Petisiyaya ümumilikdə 29 ştat qoşulmuşdu! Hələ onda ştat rəhbərləri məsələ ilə bağlı o zamankı prezident Barak Obamaya "Xahiş olunur, ştatlara ABŞ tərkibindən çıxmaq hüququ, ya da referendumun keçirilməsinə icazə verilsin” müraciəti etmişdi.

ABŞ-ın Şimali Dakota, Cənubi Dakota, Nebraska, Vayominq və Montana ştatlarında cəmləşən hindular isə artıq virtual olaraq özlərinin müstəqil Lakota Respublikasını elan ediblər. Lakota Respublikası 2007-ci ilin 17 dekabrında hindu fəalı Rassel Mins tərəfindən elan olunub və azadlıq hərəkatı kimi başladılıb. Elan olunduğu zaman Lakota xalqı ilə ABŞ-ın federal hökuməti arasındakı razılaşmanın pozulduğu bəyan edilib. Üstəlik, 2007-ci ilin 17-19 dekabr tarixlərində Lakotanın Azalıq Nümayəndə heyəti ABŞ-dakı Çili, Boliviya, Venesuela və Cənubi Afrika səfirliklərinə müraciət edərək, müstəqilliyinin tanınmasını xahiş edib. O da bildirilir ki, özünü Lakota Respublikasının vətəndaşı hesab edən şəxslər ABŞ vətəndaşlığından, bütün vergilərdən azaddır. Belə bir vaxtda “Bloomberg” agentliyinin köşə yazarı Maks Hastinqs bəyan edib ki, ABŞ-ın parçalanma ehtimalı minilliyin əvvəlləri ilə müqayisədə indi xeyli yüksəkdir. Müəllif Virciniya Universitetinin sorğusunun nəticələrinə istinad edərək, ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçicilərinin 52%-nin “respublikaçı” ştatların ABŞ-dan ayrılaraq müstəqil dövlət yaratmasının tərəfdarı olduğunu bildirib. Eyni zamanda o, hazırkı lider Co Baydeni dəstəkləyən respondentlərin 41%-nin “demokratik” ştatların ayrılmasını istədiyini vurğulayıb. Hastinqsin sözlərinə görə, yaxın gələcəkdə ABŞ-ın bəzi ştatları ölkədən ayrılmaq istəyə bilər. İlk növbədə, söhbət Kaliforniya və Texasdan gedir. Ekspert etiraf edib ki, Amerika cəmiyyətindəki parçalanmanın kökündə son illərdə kəskinləşən irqi ayrıseçkilik problemi dayanır. Bundan əlavə, ştatlarda digər azlıqlara da fərqli yanaşma cəmiyyətdə parçalanmalar yaradır. Hesab edilir ki, ABŞ-da hər hansı parçalanma olarsa, bu, ilk növbədə dolların dünya valyutası kimi mövqeyini alt-üst edəcək. Dövlətlər və şirkətlər ABŞ dollarından tam imtina edəcəklər.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ