Bazar günü günü, 16 avqust 2026
     

Azərbaycan türkmən qazı ilə bağlı illərdir düyünə düşən problemi uğurla çözdü

Image


Məlum olduğu kimi, Azərbaycan, İran və Türkmənistan illik 1,5 - 2 milyard kubmetr qazın svop tədarükü barədə razılaşma imzalayıb. İranın neft naziri Cavad Ovci bildirib ki, razılaşmaya əsasən, İran Türkmənistandan qaz alacaq və eyni həcmdə qazı Azərbaycana ötürəcək: “Türkmənistanda imzalanmış üçtərəfli razılaşmaya görə, Türkmənistan Azərbaycana gündəlik 5-6 milyon kubmetr qaz satacaq”.

Müddətsiz olan müqavilənin icrasına bu il dekabrın 22-də başlanacaq. “Mehr” agentliyi yazır ki, türkmən qazını svop sxemi əsasında Azərbaycana ötürməklə İran özünün 5 vilayətinin qaza olan tələbatını ödəyəcək. Svop o deməkdir ki, Türkmənistan qazının Azərbaycana tədarükü üçün Aşqabad öz yanacağını İrana, İran isə öz növbəsində Azərbaycana tədarük edəcək. Üçüncü ölkələr vasitəsilə belə ixrac sxemləri karbohidrogenlərin birbaşa ötürülməsi üçün hazır infrastruktur olmadıqda istifadə olunur. Ekspertlər hesab edir ki, bu fonda türkmən qazının Azərbaycan vasitəsilə artıq Avropaya çatdırılması prosesi başlanacaq. Bu isə Azərbaycan üçün böyük iqtisadi uğur hesab edilir. Məsələyə bu fonda nəzər salan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirir ki, Azərbaycan daha çox həcmdə Türkmənistan qazı əldə edə bilsə, Avropaya təbii qaz ixracatını daha da artıra, həmin regionun qısamüddətli və uzunmüddətli ehtiyaclarını da qarşılaya biləcək: “Uzunmüddətli məqsədlər üçün Azərbaycandan nəql edilən təbii qaz bütün Avropa, Balkan və onun hüdudlarından kənarda “mavi yanacağın” paylanması üçün müəssisələrin yaradılmasına töhfə verə bilər. Azərbaycan, Türkmənistan, İran arasında ildə 2 milyard kubmetr qazın qarşılıqlı tədarükünə dair razılaşma çox mühüm hadisədir. Pandemiya ilə bağlı bütün dünyada qısamüddətli perspektiv üçün təbii qaza böyük tələbat var”. Ekspertin sözlərinə görə, hətta hazırkı böhranlı vəziyyət olmasa belə, Azərbaycanla Türkmənistanın bu əməkdaşlıq üçün tutarlı iqtisadi və strateji səbəbləri var. Sözügedən sazişin icrası üçün Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsilə əlavə imkanlar çıxacağı da ekspert tərəfindən xüsusi qeyd olunub: “Türkmənistandan İrana, oradan da Azərbaycana qaz nəqlini təmin edə bilsək, həmin qaz daha sonra Zəngəzur dəhlizilə nəql oluna bilər və belə olan halda yolboyu bu qazın emal olunacağı sənaye müəssisələri də inşa oluna bilər”.

Xatırladaq ki, hələ ötən əsrin 90-cı illərindən Türkmənistan qazının Azərbaycana, sonra isə boru kəmərləri vasitəsilə Avropaya nəql edilməsi ciddi müzakirə mövzusu idi. Həyata keçirilməsi müşkülə düşən  “Nabukko” layihəsinin müzakirəsi zamanından bu məsələ gündəmdə idi. O vaxt Rusiya və İran Xəzərin dibi ilə “Transxəzər” boru kəmərinin çəkilməsinə ciddi maneə yaradırdı. Xəzərin statusu müəyyən edildikdən sonra bununla bağlı sənədə əlavə olaraq “Ekoloji protokolun” imzalanması “Transxəzərin” reallaşdırılması məsələsini ciddi sual altına qoydu. Amma İqtisadi Əməkdaşlıq Təşkilatının  XV Zirvə Toplantısı çərçivəsində Türkmənistanda Azərbaycan və İran rəhbərlərinin baş tutan görüşündə mühüm qərarlar alındı, məsələnin həlli yolu tapıldı. İqtisadçı Natiq Cəfərli  məsələ ilə bağlı bildirir ki, Türkmənistan öz sərhəddində İrana qaz verəcək, Tehran isə sərhəddə yerləşən yaşayış məntəqələrini qazlaşdıracaq: “Əvəzində isə artıq mövcud olan İran-Azərbaycan qaz boru kəməri vasitəsilə bizə eyni həcmdə qaz ötürəcək, Azərbaycan isə həmin qazı TANAP və TAP vasitəsilə Avropaya çatdıracaq. Çox vacib anlaşmadır, İran bu razılaşmaya həm də ona görə imza atdı ki, Vyanada Tehranın nüvə məsələsi ilə yeni danışıqlar başlayıb. Rəsmi Tehran sanksiyalardan qurtulmağa çalışır, Avropaya isə daha çox qaz lazımdır ki, Moskvanın təsirlərlərini azaltsın”. Ekspert əlavə edib ki, bu vacib anlaşmadır və nəticədə Türkmənistan, Azərbaycan, İran, həm də Avropa qazanacaq. Qeyd edilənlər İqtisadi Əməkdaşlıq Təşkilatının  XV Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşünün nə dərəcədə böyük önəm  kəsb etməsini əyani şəkildə təsəvvür etməyə imkan verir. Tehran indi daha yaxşı anlayır ki, Azərbaycan İran üçün bir çox ölkəyə açılan qapı rolunu oynayır. İrana qarşı sanksiyaların sərtləşdirildiyi dövrdə Azərbaycan sanksiyalara qoşulmayaraq, İran mallarının Azərbaycan üzərindən Rusiyaya, Orta Asiya respublikalarına, Baltik ölkələrinə keçməsinə şərait yaradır. Ermənistana görə Azərbaycanla münasibətlərin pozulması İrana müsbət perspektiv vəd etmir. Zəngəzur dəhlizinin  açılmasından sonra İranın dünyaya çıxış imkanı daha da genişlənər. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması İran üçün yeni fürsətlər deməkdir. Aşqabadda baş tutan görüş də göstərdi ki, İran Zəngəzur dəhlizini qəbul edir və regionda geosiyasi reallıqla barışır. Digər tərəfdən, İran nəhəng qaz ehtiyatlarına malik dövlət kimi özü Avropaya qaz satmaqda maraqlıdır, lakin ABŞ-ın sanksiyaları ucbatından Avropa şirkətləri onunla bu sahədə əməkdaşlıqdan çəkinir, nəticədə İran ehtiyac duyduğu texnologiyaları əldə edə bilmir. Amma Azərbaycanla anlaşmalar İrana yeni fürsət yaradır. Bu fonda İran Azərbaycanla əməkdaşlığını dərinləşdirməkdə davam edərsə, bundan yalnız qazanan tərəf ola bilər.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - böyük yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ