Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycan və İran Xəzərdə "Araz-Alov-Şərq” yataqları ilə mübahisəyə də son verir

Image


Azərbaycan və İran arasında münasibətlər yenidən özünün dinamik inkişaf mərhələsinə daxil olmaqdadır. Bunu Aşqabadda Azərbaycan və İran prezidentləri İlham Əliyevlə İbrahim Rəisinin baş tutan görüşü, əldə edilən yeni razılıqlar da təsdiq edir.

Qeyd edək ki, noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzalayıb. Sənədi Aşqabadda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə xarici işlər nazirləri imzalayıb. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz nəql ediləcək. İranın neft naziri Cavad Ovci deyib ki, bu barədə razılıq Azərbaycan nümayəndə heyətinin noyabrın 21-də İranda səfəri zamanı əldə olunub. O, həmçinin bildirib ki, Tehran və Bakı tezliklə Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənməsinə dair saziş imzalayacaq. Bütün bunlar fonunda Prezident İlham Əliyev İranla da münasibətlərin inkişafından artıq razılıq ifadə edir. Belə ki, o, İbrahim Rəisi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında mühüm mesajlar verib: “Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş

xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”. Aşqabadda imzalanan “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş”i barədə danışan İlham Əliyev bildirib: “Sənəd imzalandı, bunun da çox böyük əhəmiyyəti var. Bu tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var”.

Ekspertlər qeyd edir ki, Azərbaycan və İran arasında enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlər var. Uzun fasilədən sonra neft-qaz yataqlarının axtarışı və işlənməsi sahəsində əməkdaşlıq imkanı yaranıb və bu imkandan yüksək səviyyədə istifadə olunması hər iki

tərəf üçün sərfəlidir. Məlumdur ki, bu, iki ölkənin iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək. Azərbaycanın neft-qaz sənayesində tətbiq olunan yeni texnologiyalar İran üçün də böyük maraq kəsb edir. Həmin texnologiyalar İrana Xəzərdə neft-qaz yataqlarının istismar etməyə imkan verir. İranlı ekspert Vali Kaledji qeyd edir ki, İranın Xəzər dənizində neft-qaz yataqlarını hasil etməməsinin 4 səbəbi var: "Birincisi, Xəzərin İrana aid olan hissəsində sahilboyu ərazilərin dərin olmasıdır. Azərbaycan, Türkmənistan və Qazaxıstanın dənizdəki bölgələri Xəzərin "aşağı axını” adlandırılır. Bu hissələr çox dərin deyil. Faktiki olaraq, Xəzər dənizində hasil edilən neft-qaz mənbələrinin əksəriyyəti məhz dənizin dayaz hissəsinin payına düşür. Bu mənada yalnız bir istisna var. Söhbət "Şahdəniz” yatağından gedir. Azərbaycana məxsus olan bu qaz yatağının dərinliyi 300-400 metrdir. İranın Xəzər dənizindəki hissəsində enerji resurslarının hasil edilməsi üçün dərin qazma qurğuları quraşdırılmalıdır. Amma bu məqsədlə böyük

vəsaitə və yeni mürəkkəb texnologiyalara ehtiyac duyulur. Bu, hazırda sanksiyalar altında olan İran iqtisadiyyatı üçün ciddi problemdir. Tehranın Xəzərdə enerji resurslarını hasil etməməsinin ikinci səbəbi sanksiyalardır. Bu sanksiyalar İran iqtisadiyyatına, xüsusilə neft-qaz sahəsinə ciddi mənfi təsir göstərib. Ölkənin neft-qaz sektorunun xarici investisiyalara ehtiyacı olduğunu qeyd etmək yerinə düşər. Üçüncü səbəb Xəzər dənizindəki yataqların istismarının sərfəli olmamasıdır. Bu mənada, Rusiya ilə İranın yanaşmasında oxşarlıq var. Moskva da Xəzər hövzəsində enerji resurslarının istismarını əlçatan və ya iqtisadi nöqteyi-nəzərdən sərfəli hesab etmir. Məhz buna görə Azərbaycan, Türkmənistan və Qazaxıstan son 30 ildə Xəzər dənizində ən fəal oyunçular olublar. Dördüncü səbəb Xəzər dənizinin hüquqi statusu ilə bağlı vəziyyətin qeyri-müəyyən olmasıdır. Doğrudur, 2018-ci ilin avqustunda Xəzəryanı ölkələr dənizin hüquqi statusu haqqında Konvensiya imzalayıb. Amma hələlik Konvensiya İran

parlamenti tərəfindən ratifikasiya olunmayıb. Konvensiya Tehran onu ratifikasiya etməyənə qədər Xəzəryanı dövlətlər tərəfindən hüquqi nöqteyi-nəzərdən həyata keçirilə bilməz”. Bu vəziyyətdə hesab edilir ki, İran həm Konvensiyanı ratifikasiya etməli, həm də Xəzərdə Azərbaycanla birlikdə yataqların istismarına başlamalıdır. İranın ehtiyac duyduğu texnologiya Azərbaycanda mövcuddur. Tehran və Bakı tezliklə Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənməsinə dair saziş imzalasalar, Azərbaycan İrana hərtəfli yardım edə bilər. Ölkələrimiz arasında mübahisə mövzusu olaraq qalan “Araz-Alov-Şərq” yataqları da birgə istismar edilə bilər. Türkmənistanla birgə istismar edilən “Dostluq” yatağı bunun üçün önəmli presedentdir.

İranın "Araz-Alov-Şərq”də iş apara bilməsi üçün texnoloji imkanları yoxdur. Orada olan enerji resursları "Şahdəniz” yatağından da dərində yerləşir. Güman olunur ki, bu dərinlik 7 min metrdir. Orada kəşfiyyat aparmaq həddindən artıq mürəkkəb prosesdir. Ona görə də orada ancaq "Heydər Əliyev” tipində qazma qurğusuna ehtiyac var. Xatırladaq ki, Azərbaycan bu qurğuya bir milyard dollara yaxın investisiya yatırıb. Ona görə də bu strukturun işləməsi Azərbaycandan asılıdır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ