Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Dünyada ərzaq qıtlığı yaranır, Azərbaycanda durum necə olacaq?

Image


Azərbaycanda gələn il kənd təsərrüfatı üçün dövlət büdcəsindən 997,3 milyon manat vəsait ayrılacaq. Bu məsələ 2022-ci il dövlət büdcəsində də öz əksini tapıb. Qeyd edilən vəsaitin 456 milyon manatı ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldiləcək. Bu isə illik müqayisədə 11% çoxdur. Onu da qeyd edək ki, ölkədə ərzaq təhlükəsizliyi hər zaman Prezident İlham Əliyevin diqqətində olub. Azərbaycan hökumətinin bütün iclaslarında dövlət başçısı tərəfindən tapşırılıb ki, ərzaq təhlükəsizliyi təmin edilsin.

Məsələyə yüksək səviyyədə diqqət ayrılması heç də təsadüfi xarakter daşımır. Bu haqda danışmazdan öncə qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb. Dövlət Statistika Komitəsi bildirir ki, ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 185,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb. Bu rəqəmlər ölkədə ərzağa heç də az vəsait sərf edilmədiyini göstərir. Aparılan hesablamalara əsasən, 2021-ci ilin 9 ayı ərzində Azərbaycanda 1 milyard 321 milyon 204 min dollar dəyərində yeyinti məhsulları idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 136 milyon 171 min dollar çoxdur.
Ötən ilin 9 ayı ərzində Azərbaycana 1 milyard 185 milyon 30 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdi. Dövlət Gömrük Komitəsinin məlumatları göstərir ki, 2020-ci ilin 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayı ərzində statistik dəyər baxımından ət, süd, kərə yağı, buğda, düyü idxalı azalıb, meyvə-tərəvəz, çay, bitki yağları idxalı artıb. Azərbaycan ən çox xarici valyutanı bitki yağları, meyvə-tərəvəz və buğda idxalına xərcləyir. Elə bu fonda vacib məsələlərdən biri ərzaq təhlükəsizliyinin etibarlı təminidir. Qeyd edək ki, bu günlərdə Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə büdcə müzakirələri zamanı ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsinin yüksəldilməli olduğunu bildirib: "Bu ekosistemdə ciddi işlərin görülməsinə ehtiyac var. Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün burada əsas şərt azad rəqabətin təmin olunmasıdır. Qiymət artımına təsir edən təbii amillər var. Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz burada azad rəqabəti təmin etməliyik". O qeyd edib ki, bitki yağının, taxıl məhsullarının qiyməti sürətlə yüksəlib:  "Buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib. İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib. Biz hesab edirik ki, inflyasiyanın önlənməsi rejiminə keçid inflyasiyanın faiz göstəricilərinə təsir göstərəcək. Gələn il iqtisadiyyatın əsas hədəfi inflyasiyanı hədəf trayektoriyaya qaytarmaq olacaq. Bütövlükdə ərzaq inflyasiyasına diqqət artırılmalıdır”. Ekspertlər hesab edir ki, hökumət səviyyəsində bu məsələyə xüsusi diqqət yetirilməsi təsadüfi xarakter daşımır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “sputnik” portalına bildirir ki, ərzaq təhlükəsizliyinin və ərzaq təminatının gücləndirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir: “Azərbaycan istehlak etdiyi ərzaq məhsullarının təxminən 60 faizini idxal edir və o baxımdan idxaldan asılılığın aradan qaldırılması və tələbin daha çox yerli istehsal hesabına formalaşmasına ehtiyac var”. Deputat diqqətə çatdırıb ki, Azərbaycanın mövcud imkanları və xüsusən də işğaldan azad olunmuş ərazilərimizin potensialı ərzaq təminatının və eləcə də ərzaq təhlükəsizliyinin formalaşmasına imkan yaradır: "Ona görə də bu istiqamətdə işlərin gücləndirilməsi və sistemli şəkildə ərzaq təminatının formalaşmasına ünvanlanan yeni proqramların qəbul edilməsinə ehtiyac var. Xüsusən də pandemiya və postpandemiya dövründə qlobal iqtisadiyyatda baş verənlər ondan xəbər verir ki, növbəti illərdə, o cümlədən 2022-ci ildə dünya bazarında inflyasiya səviyyəsi yüksək olacaq. Hətta bəzi məhsullar üzrə gələcəkdə - növbəti 5 il ərzində dünya bazarında qıtlığın yaranması ehtimalı və risqləri kifayət qədər çoxdur. Ona görə də təhlükəsizliyin formalaşması üçün ərzaq təminatının genişləndirilməsi olduqca vacibdir. İdxaldan asılılığın aradan qaldırılması və yerli istehsal hesabına tələbin ödənilməsinə ehtiyac var. Dövlət dəstəyinin bu istiqamətdə artırılması və daha çox subsidiyaların təklif olunması vacibdir. Çünki subsidiyalar ünvanlı verilsə də, təklifimiz ondan ibarətdir ki, bunun yalnız strateji deyil, digər məhsullar üzrə də istehsal edilən məhsulun həcminə bağlanması və əlaqələndirilməsi yaxşı olardı". Deputatın fikrincə, eyni zamanda real sektorda və xüsusən aqrar sektorda rəqabətin gücləndirilməsi ilə bağlı fəaliyyətin genişləndirilməsi vacibdir: "Dövlət dəstəyi maliyyə dəstəyi formasında olmaqla yanaşı, həm də digər formalarda, o cümlədən istehsal edilən məhsulların bir qisminin dövlət ehtiyatları üçün alınması və məhsulların mövsümi olaraq saxlanmasına dəstəyin gücləndirilməsi istiqamətində də olmalıdır. O baxımdan dövlət dəstəyinin daha yaxından və sistemli şəkildə gücləndirilməsinə ehtiyac var ki, növbəti illərdə idxaldan asılılığın aradan qaldırılması və tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail ola bilək. Son 10 ildə ərzaq məhsullarına tələbin artmasını müşahidə edirik. Tələbin artması və təklifin azalması dünya bazarında qiymətlərin qalxmasına gətirib çıxarır".

Hazırda dünyada əhalinin sürətlə artımı, iqlim dəyişmələri, torpaqların çirklənməsi və şoranlaşması qlobal ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti kritik həddə çatdırır.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ