Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Kağız pullar yenə etibarsız çıxdı, qızıla tələb artır…

Image


Dünya miqyasında ən işlək valyutaların məzənnəsində yenə ciddi dalğalanmalar müşahidə edilir. Bu dəfə avro kəskin ucuzlaşması ilə beynəlxalq diqqət mərkəzində yer alır. Avropanın vahid vayutası dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da ucuzlaşır.

Noyabrın 22-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,7% enərək 1,9169 manat təşkil edib. Bu, ötən ilin 10 iyul tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir. Sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi 2020-ci ilin iyulun 10-da qeydə alınıb  və1,9163 manat olub. Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 8,5% ucuzlaşıb. Avropada COVID-19 pandemiyasının yeni dalğası səbəbindən narahatlığın artması, Avstriyanın artıq tam karantin rejiminə keçməsi və Almaniyanın bu variantı nəzərdən keçirməsi fonunda avro ABŞ dollarına qarşı demək olar ki, ötən ilin iyulundan bəri ən aşağı səviyyəyə düşüb. Indi (1 dollar  1,1273 avroya bərabərdir.  Belə vəziyyətdə investorların sabitliyi ilə daim seçilən qızıla marağı sürətlə artır. Indi bir çox ölkələr də valyuta ehtiyatlarında qızılın xüsusi çəkisini artırır. Xatırladaq ki, müxtəlif ölkələrdə qızılın miqdarı Dünya Qızıl Şurası tərəfindən izlənilir. Dünya Qızıl Şurası hansı ölkələrin və hansı miqdarda qızıl aldıığını təhlil edir. qurumun məlumatlarından belə bəlli olur ki, son illərdə dövlətlərin qızıla marağı xeyli artıb. Onlar qızılı nəinki fəal olaraq satın alır, həm də qızıllarını beynəlxalq banklardan və kassalardan geri qaytarırlar. Qızıl, demək olar ki, yeganə sabit maliyyə vasitəsidir. Siyasi dəyişikliklərdən və ya iqtisadi sarsıntılardan təsirlənmədiyi üçün o, inflyasiyaya tabe olmayan və sabitliyi təmin edən müdafiə aktivi kimi qəbul edilir. Hazırda inkişaf etmiş ölkələrdə bütün ehtiyatların təxminən 30%-i qızılda saxlanılır. “Sputnik” portalının məlumatına əsasən, indi bir ton qızıl təqribən 40,2 milyon dollar dəyərindədir, ancaq indiyə qədər çıxarılan bütün qızılların ümumi dəyəri hazırda 8 trilyon dollara yaxınlaşır. Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” yaxın illərdə dünya qızıl hasilatının həcminin azalmağa başlayacağını və 2022-ci ilə qədər istehsalın bu əsrin əvvəlindəki səviyyəyə düşəcəyini proqnozlaşdırır. Qızıl marağını sürətləndirən başqa bir proqnoz ABŞ Geoloji Xidməti tərəfindən verilib. Qurum hesab edir ki, hasilat tempi indiki səviyyədə qalarsa, 2034-cü ilə qədər Yer kürəsində qızıl ehtiyatları tükənəcək.

Maliyyə bazarının eksperti, amerikalı Kit Nyumeyer deyib ki, dünya hökumətlərinin öz borclarından qurtulması lazım olanda hər şeyi qızılın qiymətinə bağlayacaqlar və dünyanın qlobal şəkildə yenidən yüklənməsi baş verəcək: "Ölkələr buna görə qızıl toplayır – onlar bir neçə ildən sonra nələrin baş verə biləcəyini bilirlər". Hazırda dünyada ən çox qızılı olan ABŞ birinci yerdədir, burada  8133,46 ton qızıl külçə var. Bu, demək olar ki, Almaniya, İtaliya və Fransanın birlikdə qızıl ehtiyatına bərabərdir. Bu qızılın böyük hissəsinin bütün dünyada “Fort Noks” kimi tanınan ABŞ depozitarında saxlanıldığı güman edilir. İkinci yerdə 3400 ton qızıl külçə ilə Almaniya qərarlaşıb. 2451,84 ton qızılla İtaliya üçüncü yerdədir. Qızıl ehtiyatlarının dövlətə məxsus olduğu və onların mərkəzi banklar tərəfindən idarə olunduğu bir çox ölkələrdən fərqli olaraq, İtaliyanın qızılı faktiki olaraq "Banca d'Italia"ya məxsus olduğu halda Roma və İsveçrə Milli Bankında, ABŞ Federal Ehtiyat Bankında saxlanılır. Dördüncü yerdə 2436,32 ton qızıl yığan Fransadır. Bu qızılın böyük hissəsinin Parisdəki Fransa Bankının kassalarında saxlandığı deyilir. Reytinqdə beşinci yeri 2292,31 ton qızlla Rusiya tutub. Son illərdə Rusiya qızıl ehtiyatlarını artırıb, bu da reytinqdə Çini ötməsinə və ABŞ dollarından asılılığını azaltmağa imkan verib. Bundan əlavə, burada milyard dollarlıq dövriyyəsi olan öz qızıl hasilatı sənayesi var. Bu da o deməkdir ki, metallarla zəngin ölkənin idxala etibar etməsinə ehtiyac yoxdur. 1948,31 ton qızılla Çin altıncı yerdə qərarlaşıb. "US Global Investors"un isvestisiya menecerinin sözlərinə görə, Çin həmçinin dünyada qızıl istehsalının 12%-ni təşkil edən dünyanın ən böyük qızıl istehsalçısıdır. İsveçrə 1040 ton qızılla yeddinci yerdədir. Səkkizinci yerdə Yaponiyadır. Burada qızıl ehtiyatı 845,97 ton təşkil edir. Ölkədə bu günlərdəki qızıl axtarışları uğurlu olub və Yaponiya indi bu ehtiyatları inkişaf etdirməyə ümid edir. Hindistan 703.71 ton qızılla reytinqdə doqquzuncu yerdədir. Hindistanın qızıl ehtiyatları son bir neçə ildə 95 tondan çox artıb. Hindistan kiçik qızıl hasilatı sənayesinə malik olsa da, milli tələbatı ödəyə bilmir və onun sarı metalının böyük hissəsi xaricdən alınır. 612,45 ton qızıl ehtiyatına görə Hollandiya onuncu yerə sahibdir. Ehtiyatların əhəmiyyətli bir hissəsi buradakı Zeyst şəhərinin kassa mərkəzində saxlanılır. Amma heç də bütün zəngin ölkələr qızıl almır. Bir çox inkişaf etmiş ölkələrdə qızıl yoxdur, ya da az miqdarda olur. Bəzi dövlətlər prinsipcə belə ehtiyatlara ehtiyac duymurlar, bəziləri isə onu satın alaraq gələcəkdə öz iqtisadiyyatlarının sabitliyini təmin etməyə çalışırlar. Məsələn, Kanadanın qızılı yoxdur və onu satın almır. Estoniyada cəmi dörddə bir ton, İslandiyada isə iki tondan bir qədər az qızıl saxlanılır. Eyni miqdar Honkonqdadır. Litva, Latviya və İrlandiyanın hər birində orta hesabla altı ton qızıl var. Azərbaycana gəlincə, Dövlət Neft Fondunda qızıl ehtiyatları ötən il 102 ton təşkil edib. Bu il üçün məlumatlar açıqlanmayıb. Amma o da bəllidir ki, yerli qızıl hasilatı əsas etibarı ilə elə dövlət tərəfindən alınır. Hesab edilir ki, Azərbaycan bundan sonra da yerli və xarici bazardan qızıl alışını davam etdirəcək. Bu, ölkənin valyuta ehtiyatının daha etibarlı şəkildə qorunmasına imkan verir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ