Bazar günü günü, 16 avqust 2026
     

Enerji resursları ilə bağlı qiymətlər Azərbaycanın maliyyə manevr imkanlarını artırır

Image


Son günlərdə dünya enerji bazarlarında qiymətlıərin yenidən kəskin dəyişməsi müşahidə edilir. Bu fonda fikirlər səslənir ki, enerji resurslarının bahalaşması davamlı xarakter alacaq. Məsələn, Rusiyanın “Rosneft” şirkətinin vitse-prezidenti Atabəy Kərimov bəyan edib ki, 2022-ci ilin ilk yarısının sonlarına doğru neftin qiyməti 120 dollara çata bilər. O, uzunmüddətli perspektivdə qiymətlərin şirkət üçün əlverişli olduğunu bildirib.

Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov da neftin qiyməti ilə bağlı maraqlı fikirlər səsləndirib. V.Ələkbərov qeyd edib ki, “LUKoil” şirkəti gələn ilin büdcəsində neftin bir barrelinin qiymətini 60 dollar səviyyəsində hesablayıb və əlavə edib ki, koronavirus pandemiyası ilə bağlı qeyri-müəyyən vəziyyət və məhdudiyyətlərə görə qiymət dəyişə bilər: “Biz neftin qiymətinin yüksək olmasında maraqlı deyilik. Bizim və “OPEC+” təşkilatının məqsədi ilk növbədə tələbatı təmin etməkdir. Buna görə də neftin qiymətinin kəskin qaldırılması “OPEC+” ölkələrinin strateji məqsədlərinə daxil deyil”. Hazırda isə dünya bazarında neft qiymətlərində artım qeydə alınır. Azərbaycanın dünya bazarına çıxararaq satdığı xam neftin qiyməti 0,97 dollar, yaxud 1,17 % artıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 83,9 dollar təşkil edib. Bu qiymət Azərbaycanın maraqlarına və qiymət siyasətinə uyğundur. Xatırladaq ki, bu il neftin büdcə qiyməti 45 dollardan götürülüb. Lakin ilin ötən dövründə orta qiymət bundan xeyli yüksək olub. Gələn il isə neftin büdcə qiyməti 50 dollar hesablanıb. Amma gələn il ərzində də qiymətin bundan yüksək olması gözlənilir. Bu arada Milli Məclisin artıq ilk oxunuşda qəbul etdiyi "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində neft qiyməti ilə bağlı maraqlı nüanslar yer alıb. Burada qeyd edilir ki, neftin qiymətinin 5 dollar aşağı düşməsi icmal büdcə gəlirlərinin proqnozla müqayisədə illik təqribən 1,4 milyard manat azalmasına gətirib çıxarır. Məlumata görə, neftin bir barrelinin satış qiyməti 30 dollaradək düşərsə, icmal büdcəsinin proqnozlaşdırılan gəlirlərinin 5,8 milyard manat az olmasına səbəb ola bilər. Neft qiymətlərinin büdcədə nəzərdə tutulduğu 50 dollar ssenarisindən 15 dollar və daha çox enməsi və 1 il ərzində həmin səviyyədə qalması əlavə borclanmanın və ya Dövlət Neft Fondundan transfertin, yaxud da qeyd edilən hər iki tədbirin kombinasiyasının həyata keçirilməsini şərtləndirir. Bu halda xərclərin azaldılması, ilk növbədə, büdcə qanunvericiliyinə uyğun olaraq, müdafiə olunmayan xərc maddəsində investisiya xərclərinin aşağı salınması hesabına təmin edilməli olacaq. Göründüyü kimi, neftin qiymətinin aşağı səviyyədə olması risqin qarşılanması məqsədilə büdcənin gəlir və xərcləri hesablanarkən neft qiymətlərində mühafizəkar yanaşmanı zəruri edir. Hesablamalar göstərir ki, 2022-ci ildə neftin bir barrelinin qiyməti 55 dollar səviyyəsində olduğu halda, ARDNF-in gəlir və xərcləri arasında tarazlığın təmin olunması mümkündür. Amma yuxarıda qeyd edildiyi kimi, gələn il neft qiymətləri Azərbaycan büdcəsində nəzərdə tutulduğundan azı 2 dəfə artıq olacaq. Bu da Azərbaycana əlavə manevr imkanları yaradacaq.

Qaz qiymətləri də Azərbaycan üçün olduqca əlverişli həddədir. Belə ki, keçirilən son hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu il oktyabrın axırından ilk dəfə olaraq 1150 dolları ötüb. 17 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr razılaşmalarının qiyməti 1152 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4,7% çoxdur. Qaz qiymətlərinin gələn ilin ikinci yarısınadək artmasının davam etməsi gözlənilir. Ümumiyyətlə, beynəlxalq enerji institutlarının araşdırmaları göstərir ki, təbii qaz qarşıdakı 30 il ərzində dünya enerji bazarında əhəmiyyətli paya malik olacaq. OPEC-in proqnozlarına görə, 2045-ci ilə qədər neft və qaz ümumi enerji kompleksinin 50 %-dən çoxunu təşkil edəcək. Enerji siyasətində qlobal tendensiyaları nəzərə alan Azərbaycan həm neft, həm də qaz layihələrində ardıcıl məqsəd güdür: daxili, regional və qlobal səviyyədə enerji təhlükəsizliyinə, sabitliyə, əməkdaşlığa və inkişafa xidmət etmək. Bu məqsədin bariz təzahürü olan nəhəng “Cənub Qaz Dəhlizi” ötən il dekabrın 31-də istifadəyə verilib. Layihə təkcə tarixi nailiyyət deyil, həmçinin qonşularımız və Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Burada o da xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın böyük qaz ehtiyatlarına əsaslanan yeni təbii qaz mənbəyi artıq Avropa bazarındadır. Bu ilin ilk on ayı ərzində Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qaz ixrac edib və bu həcmin təxminən yarısı Avropa istehlakçıları tərəfindən istifadə edilib. Bu fonda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr regionun və Avropanın enerji xəritəsini formalaşdırır. Burada Azərbaycanın əsas məqsədi bu prosesdə istehsalçı, tranzit və istehlakçı ölkələr arasında güclü əməkdaşlığa nail olmaqla enerji təhlükəsizliyini təmin etmək və qlobal inkişafa töhfə verməkdir. Belə vəziyyətdə enerji resurslarının yüksək qiyməti Azərbaycanın bu müstəvidə fəaliyyət istiqamətlərini də genişləndirməyə imkan verir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - böyük yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ