Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycan, Türkiyə, Türkmənistan Şərq-Qərb istiqamətində mühüm nəqliyyat və enerji körpüsü yaradır

Image


Türkmənistan, Azərbaycan və Türkiyə Şərq-Qərb istiqamətində etibarlı nəqliyyat və enerji körpüsünün formalaşmasında qabaqcıl və fəal mövqe tutur. Bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov "TRT World" telekanalına müsahibəsində bildirib.

Berdiməhəmmədov qeyd edib ki, burada söhbət ilk növbədə enerji, nəqliyyat və kommunikasiya kimi strateji istiqamətlərdən gedir: “Əminəm ki, Türkmənistan, Azərbaycan və Türkiyə Şərq-Qərb istiqamətində etibarlı nəqliyyat və enerji körpüsünün formalaşmasında qabaqcıl və fəal mövqe tuturlar". O, həmçinin, Türkmənistanın Türk Şurasında müşahidəçi qismində üzvlüyünün bu təşkilatın fəaliyyətinə və onun çərçivəsində siyasi, ticari-iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Müsahibə əsnasında Berdiməhəmmədov ölkəsinin enerji, nəqliyyat və ticarət sahəsində, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat marşrutu layihələrindən də bəhs edib. Berdiməhəmmədov onu da qeyd edib ki, yaxın zamanda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü olacaq. Onun sözlərinə görə, üç ölkə arasında münasibətlərin hazırkı vəziyyəti siyasi, iqtisadi, ticari və humanitar istiqamətlər üzrə üçtərəfli əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirməyə və yaxşılaşdırmağa imkan verir: “Qarşıdan gələn üçtərəfli zirvə görüşündə söhbət ilk növbədə enerji, nəqliyyat, kommunikasiya və digər strateji istiqamətlərdən gedəcək. Üç ölkənin potensialının bir araya gətirilməsi, ümumi resurslardan, coğrafi, sənaye və texnoloji imkanlardan istifadə təkcə milli iqtisadiyyatın inkişafına güclü təkan verməyəcək, həm də bütün Avrasiya məkanında yeni perspektivlər yarada bilər”.Xatırladaq ki, Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü 2021-ci ilin avqust ayında Xəzərin Türkmənistan sahillərində yerləşən "Avaz" milli turizm zonasında keçirilməli idi. Lakin sonradan bu görüş təxirə salındı. İndi isə Berdiməhəmmədovun açıqlamasından bəlli olur ki, sözügedən görüş baş tutacaq və burada enerji, nəqliyyat, kommunikasiya əlaqələri əsas müzakirə predmetləri sırasında yer alacaq. Ekspertlər bildirir ki, indiki halda üç ölkə üçün perspektiv hədəf “Transxəzər” qaz kəməri layihəsi və “Transxəzər” nəqliyyat marşrutudur. “Transxəzər” Beynəlxalq Nəqliyyat Marşrutunun məqsədi Çin, Orta Asiya, Xəzər dənizi, Qara dəniz hövzələri və Avropa ölkələri arasında yük daşımaları dövriyyəsini Azərbaycan üzərindən hər iki istiqamətdə artırmaq, onun rəqabət qabiliyyətliliyini gücləndirməkdir. “Transxəzər” dəhlizi üzrə yük daşımalarının coğrafiyası Çin-Qazaxıstan sərhədindən başlayaraq, Azərbaycan (Bakı-Ələt-Böyük Kəsik) və Gürcüstandan (Batumi və Poti) keçməklə Qara dəniz hövzəsi ölkələri olan Türkiyə, Ukrayna, Rumıniya və Bolqarıstan üzərindən Avropaya qədər uzanır.

Bununla yanaşı, “Transxəzər” qaz kəməri də Azərbaycan, Türkmənistan və Türkiyə üçün indi xüsusi əhəmiyyət kəsb edir. “Transxəzər “qaz kəməri layihəsi çərçivəsində təbii qazın Türkmənbaşı limanından Xəzər dənizinin dibi ilə çəkiləcək 300 km-lik boru xətti vasitəsilə Səngəçal terminalına çatdırılması və illik həcmin 32 milyard kubmetr olması planlaşdırılır. İlk dövrlərdə Türkmənistanın infrastruktur problemləri “Transxəzər” qaz kəmərinin reallaşmasına əngəl törətsə də, 2016-cı ildən etibarən Şərq-Qərb qaz kəmərinin fəaliyyətə keçməsi ilə bu maneə aradan qaldırılıb. Türkmənistanın şərqində yerləşən ölkənin ən böyük qaz ehtiyatlarının gələcəkdə Qərb bazarlarına çıxarılması baxımından Şərq-Qərb boru kəməri əhəmiyyətli rol oynamaqdadır. Qazaxıstan və Özbəkistanın da layihədə mümkün iştirakı ilə Mərkəzi Asiya ölkələrindən illik təxminən 50 milyard kubmetr təbii qazın Azərbaycan üzərindən Avropaya nəqli həyata keçirilə bilər. Azərbaycanın uğurla başa çatdırdığı “Cənub Qaz Dəhlizi” bunun üçün əlverişli şərait yaradır. Qeyd edək ki, 2015-ci ildə Azərbaycan,Türkiyə və Türkmənistan Avropa İttifaqı ilə enerji sahəsində uzunmüddətli əməkdaşlıqla bağlı bəyannamə imzalayıb. Bu, elə özündə “Transxəzər” qaz kəmərinin reallaşmasını nəzərədə tutur. Onu da xatırladaq ki, cari il yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Bununla Xəzərdə hər iki ölkənin yeni müstəqillik tarixindən bəri özünü göstərən mühüm bir problem həll edilib. Uzun illərdər Türkmənistanla Azərbaycan arasında mübahisə predmeti olan “Kəpəz” (türkmən versiyasına görə “Sərdar”) yatağının karbohidrogen ehtiyatlarının birgə istismarı həyata keçiriləcək. Tərəflər daha əvvəl aparılmış danışıqlarda yatağı iki ölkənin dostluğunun və getdikcə dərinləşən tərəfdaşlığının rəmzi olaraq “Dostluq” adlandırıb. 

Digər tərəfdən, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu da neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Bunun ardınca tərəflərin “Transxəzər” layihəsini də həyata keçirməsi tamamilə gözlənilən hesab edilir. Ekspertlər tərəflərin indiki halda enerji məsələsinə xüsusi diqqət yetirməsini səbəbsiz saymır. Belə görünür ki, qarşıdakı dövr ərzində bu sahədə əməkdaşlıq əhəmiyyətli dərəcədə dərinləşəcək. Yuxarıda qeyd olunduğu kimi, ötən ilin sonunda Azərbaycan qazının Avropaya çatdırılması reallaşıb. Bu isə həm Türkmənistanın, həm də Avropanın özünün diqqətini cəlb edir. Belə ki, türkmən tərəfi üçün Azəbaycan üzərindən öz qazını Avropaya çatdırmaq indi daha cazibədardır. Avropa da Azərbaycan üzərindən daha çox qaz almaq isətyir və belə mənbə qismində də məhz Türkmənistan çıxış edir. Bu mənada, məşhur “Transxəzər” kəmərinə maraq daha da artır. Aydındır ki, “Transxəzər” kəməri çəkilsə, Avropa üçün Xəzər daha maraqlı olacaq. O da faktdır ki, “Transxəzər” qaz kəməri Türkmənistan mavi yanacağının Xəzər dənizindən nəql edilməsinin iqtisadi baxımdan yeganə məqsədəuyğun üsuludur, çünki maye qazın belə qısa məsafədə dəniz yolu ilə nəql edilməsi sadəcə sərfəli deyil. Eləcə də “Cənub Qaz Dəhlizi”nin layihə gücünün 31 milyard kubmetrə bərabər olduğunu nəzərə alsaq, “Transxəzər” qaz kəmərindən qaz nəqlini daha da artırmaq mümkün olacaq. Bu prosesdə Türkiyə də tranzit ölkə kimi maraqlıdır.

Samirə SƏFƏROVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ