Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Dünya dizel və benzin mühərrikli avtomobillərdən imtina etməyə başlayır, Azərbaycanda da…

Image


Müasir texnologiyanın inkişaf etdiyi və ətraf mühitin mühafizəsinin daha da aktuallaşdığı bir dövrdə alternativ yanacaqla işləyən nəqliyyat vasitələrinə diqqət daha da artmaqdadır. Bu fonda xüsusi qeyd etmək lazım gəlir ki, 2015-ci ildə qəbul edilən Paris İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında elektriklə çalışan bütün növ avtomobillərin istifadəsinin genişləndirilməsi ən mühüm məsələlərdən biri kimi qarşıya qoyulub. İndi bir çox dünya ölkələri qeyd edilən istiqamətdə mühüm addımlar atır. Məsələn, ABŞ-da 2035-ci ildə daxili yanacaq mühərrikli avtomobillərin satışına qadağa qüvvəyə minəcək.

Qlazqoda keçirilən iqlim konfransı (COP26) çərçivəsində ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri bildirib ki, 2030-cu ilə kimi ABŞ bazarında satılan avtomobillərin 50 %-i, 2035-ci ilə kimi isə 100 %-i elektromobil olacaq: "Ford” və “General Motors” kimi şirkətlər artıq bunun altından imza atıb. Digər avtomobil istehsalçısı “Stellantis” də elektrikli avtomobillərin satışını artırmaq istəyir. Lakin şirkətlərin nümayəndələri bəyan edir ki, belə iddialı planın həyata keçirilməsi ancaq istehlak tələbi, həmçinin infrastrukturun inkişafı üçün stimullaşdırıcı tədbirlər şəklində dövlət dəstəyi olacağı təqdirdə realdır". Bu arada məlum olub ki, Danimarkada da 2030-cu ildə daxili yanma mühərrikli avtomobillər qadağan ediləcək. Böyük Britaniya hökuməti 2030-cu ilədək ölkədə benzin və dizel yanacağı ilə işləyən yeni avtomobillərin satışını qadağan etməyi planlaşdırır. Əvvəlcə Britaniya hökuməti bu qadağanı 2040-cı ilə qədər tətbiq edəcəkdi, lakin sonradan Nazirlər Kabineti 2035-ci ilədək benzin və dizel mühərrikli yeni minik avtomobillərinin satışına son qoymaq niyyətində olduğunu bildirib. İndi isə səlahiyyətlilər 2030-cu ilədək sözügedən avtomobillərin satışlarından imtina etmək niyyətindədir. Eyni zamanda, hibrid avtomobillər 2035-ci ildə qadağan olunmuş siyahıya daxil ediləcək. Fransa, Almaniya, digər bir sıra Avropa ölkələri dizel və benzin mühərriklərindən imtina etməyə hazırlaşır. Dünyada ən çox əhaliyə malik Çin də elektriklə çalışan bütün növ avtomobillərin istifadəsi sahəsində xüsusilə fərqlənir. İndiyə kimi bununla bağlı Çində dövlət tərəfindən bir sıra böyük miqyaslı layihələr həyata keçirilib, strateji yol xəritələri hazırlanıb.

Mövcud durumda postneft dövrünə qədəm qoyan Azərbaycanda da dünyanın bir çox ölkələrindəki kimi elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsinin genişlənəcəyi gözlənilir. Lakin elektromobillərin şəbəkələşmiş şəkildə istifadəsi üçün münasib infrastruktur və qanunvericilik mütləq şərtlərdir. Elektromobillərin dünyada yalnız son bir neçə ildə populyarlaşdığını nəzərə alsaq, Azərbaycandakı mövcud vəziyyətin bu tip avtomobillərin istifadəsi üçün elə də münasib olmaması təəccüblü deyil. Azərbaycanda mövcud infrastruktur elektromobillərin şəbəkələşmiş şəkildə istifadəsi üçün münasib olmasa da, bu sahədə də müəyyən addımlar atılıb. Məsələn, 2014-cü ildən etibarən “SOCAR Petroleum” şirkəti tərəfindən Bakıda bir neçə şarj məntəqəsi quraşdırıllb. Yanacaqdoldurma məntəqəsində quraşdırılan avadanlıqlar eyni zamanda iki avtomobili şarj etməyə imkan verir. Lakin Azərbaycan ərazisində belə şarj məntəqələrinin sayı həddən artıq azdır, qeyri-şəhər tipli yaşayış yerlərində və magistral yollarda şarj məntəqələri quraşdırılmayıb ki, bu da elektromobillərin şəbəkələşmiş şəkildə istifadəsinə maneə törədir. Dünya təcrübəsində təşviqləndirici addımlar kimi elektromobil alıcıları və satıcılarına müxtəlif tipli güzəştlər tətbiq edilir, maddi dəstək göstərilir. Təbii ki, belə təşviqləndirici addımların reallaşdırılması üçün qanunvericilik yenilənməli və yeni qanunlar tətbiq edilməlidir. Azərbaycanda bu istiqamətdə artıq idxal rüsumları ilə bağlı müəyyən güzəştlər tətbiq edilməkdədir. Məsələn, Azərbaycana elektromobillərin gətirilməsi zamanı onlara aksiz vergisi tətbiq olunmur, çünki bu nəqliyyat vasitələrində daxili yanma mühərriki mövcud deyil. Xatırladaq ki, aksiz vergisi daxili yanma mühərrikinin həcminə görə hesablanır. Eynilə, daxili yanma mühərrikinin olmamasına görə, mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu da sıfıra bərabədir. Nəticədə, elektromobil idxal edən fiziki və hüquqi şəxslər yalnız ƏDV, əməliyyat və vəsiqə haqqı rüsumlarını ödəyir ki, bu da ümumi alış qiymətinin aşağı enməsinə gətirib çıxarır. Adıçəkilən maddi güzəşt təqdirəlayiqdir, ancaq bu istiqamətdə görülməli işlər çoxdur. Məsələn, belə avtomobilləri almaq istəyənlər güzəştli kreditlərlə təmin olunmalıdır. Elektromobillərin satış qiymətinin bir çox hallarda benzin və dizellə çalışan modellərə nisbətən daha yüksək olması bir çox ölkələrdə dövlət subsidiyasının tətbiqinə səbəb olub. Azərbaycanda da oxşar şəkildə müvəqqəti subsidiyalar tətbiq edilməsi vacibdir. İnfrastrukturun münasib hala gətirilməsi məsələsi də həllini tapmalıdır. Digər növ ekoloji təmiz avtomobillərin kreditləşdirilməsi də sadələşdirilməlidir.  Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə isə, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı gələn il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad ediləcək. Bu da belə avtomobillərin sayının artması baxımından vacibdir. Hesab olunur ki, bu gedişlə Azərbaycan da tədricən dizel və benzin mühərrikli avtomobillərdən imtina edə bilər.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ