Azərbaycanla Türkmənistan "Dostluq" yatağı üzrə müqavilə layihəsi hazırlayır...

img

Azərbaycan və Türkmənistan Xəzər dənizindəki "Dostluq" yatağı üzrə müqavilə layihəsi hazırlayır

Trend-in məlumatına görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayev neft-qaz sənayesində tərəfdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Əsas müzakirəsi mövzusu Xəzər dənizindəki "Dostluq" yatağının karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi ilə bağlı məsələlər olub.

Bu il yanvar ayında Türkmənistan və Azərbaycan hökumətləri arasında yataqla bağlı imzalanan anlaşma memorandumunun əhəmiyyəti xüsusi vurğulanıb. Hazırda bu sənədin əsasında müvafiq ikitərəfli müqavilənin layihəsi hazırlanır.

Qeyd edilir ki, bu tarixi memorandumun imzalanması Xəzərdə enerji sektorunda Türkmənistan-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişafı baxımından əhəmiyyətli bir hadisə idi. Eyni zamanda birgə iş üçün yeni imkanlar açılır və bölgəyə uzunmüddətli böyük xarici investisiyalar cəlb etmək üçün əlavə təşviqlər yaradılır.

Qeyd edək ki, memoranduma əsasən "Dostluq" yatağı 30% Azərbaycana, 70% Türkmənitana nisbətində bölüşdürülür.

Mütəxəssislərin hesablamalarına əsasən ehtiyatlarının 50 milyon ton neft olduğu təxmin edilən "Dostluq" yatağı uzun illər mübahisəli sayılıb. Daha əvvəl Türkmənistan tərəfdən yataq "Sərdar", Azərbaycan tərəfdən isə "Kəpəz" adlanırılırdı.

Son xəbərlər