Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizində ən mühüm tranzit ölkə statusuna yiyələnir...

Image


"Hazırda İranın Rəşt şəhərindən Astara şəhərinə dəmir yolu xətti çəkilir. Burada isə Azərbaycan və İranın dəmir yolu xətləri birləşir. Tikinti işləri başa çatdıqdan sonra Azərbaycan və İran “Şimal-Cənub” nəqliyyat dəhlizində ən mühüm tranzit ölkələrdən olacaq". Belə bir açıqlama ilə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi çıxış edib.

O, hazırda Azərbaycan və İran arasında sıx işbirliyinin olduğunu da xüsusi olaraq qeyd edib: "Fars körfəzindən Astaraya qədər dəmir yolu xətti yoxdur, amma nəzərdə tutmuşuq ki, ora qədər gələcəyik. Nəticədə körfəzdən dəmir yolu ilə İran və Azərbaycan vasitəsilə Rusiyaya və digər ölkələrə yük daşınacaq. Bunun hesabına Azərbaycanla İran arasında dəmir yolu ilə daşınan yüklərin illik həcmini 2 milyon tona çatdırmaqla bağlı qarşımıza məqsəd qoymuşuq”. İran səfiri Rəşt-Astara dəmir yolunun inşası üçün Azərbaycanın ölkəsinə 500 milyon ABŞ dolları kredit ayırmaq barədə qərarından da danışıb və bu məsələyə aid müzakirələr getdiyini bildirib: "Kredit məsələsi Prezident İlham Əliyevlə son görüşümüzdə müzakirə edilib. Hazırda bu istiqamətdə bir sıra texniki problemlər var və onların aradan qaldırılmasına çalışırıq". Xatırladaq ki, Azərbaycan və İran həm də iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikintisini planlaşdırır. Seyid Abbas Musəvi bu xüsusda bildirib: “Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikilməsi ilə bağlı protokol imzalayıb. Yeni körpünün tikilməsi ilə bağlı razılaşmanın icrası davam etdirilir”. Onun sözlərinə görə, Astaraçay üzərində körpü müştərək şəkildə tikiləcək və dəyəri 4,7 milyon avro olacaq: “İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin Azərbaycana səfəri çərçivəsində protokol imzalanıb. Tərəflər arasındakı razılığa əsasən, körpü bir il ərzində tikilməlidir. Bu körpü “Şimal-Cənub” nəqliyyat dəhlizində İranla Azərbaycanın yol inrafstrukturunu birləşdirən ən mühüm nöqtədir. Hazırda Astaraçay üzərində dəmir körpü var. Həmin körpü İkinci Dünya müharibəsi dövründə tikilib. Bu körpü iki ölkə arasında yük mübadiləsi və tranziti üçün yetərli deyil. İranla Azərbaycan arasında ticarət dövriyyəsi getdikcə artır. “Şimal-Cənub” nəqliyyat dəhlizində Azərbaycanla İran böyük rol oynayır. Bu baxımdan yeni bir körpünün tikilməsinə ehtiyac var”. Səfir bildirib ki, əsas məqsəd iki ölkə arasında nəqliyyat infrastrukturunun bir neçə növündən, o cümlədən dəmir, avtomobil yolu və dəniz nəqliyyatından daha yüksək səviyyədə istifadə edilməsidir. Abbas Musəvi onu da bildirib ki, İranda administrasiyanın dəyişməsi Azərbaycanla əlaqələrə heç bir mənfi təsir göstərə bilməz: “İlk növbədə ona görə ki, qarşılıqlı iqtisadi əlaqələrin inkişafı hər iki dövlətin milli maraqlarına uyğundur”. Səfirin sözlərindən belə bəlli olur ki, müştərək tarixə, dinə və mədəniyyətə malik olan iki xalq arasındakı yüksək səviyyəli münasibətlər səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə dayanır. Bu fonda İran Astarasında Azərbaycan tərəfindən yük terminalının tikintisi, Neftçalada birgə avtomobil zavodunun fəaliyyəti, Bakı ətrafında İranın əczaçılıq zavodunun tikintisi, Ərdəbil vilayətində birgə sənaye şəhərciyinin salınması kimi işlər qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirməklə yanaşı, tərəflər üçün faydalı iqtisadi layihələrdir.

Beləliklə, İran və Azərbaycan arasında münasibətlər daha da dərinləşir. Bu da “Şimal-Cənub” dəhlizi ilə bağlı işlərin daha sürətli həyata keçməsinə imkan verir. Bu fonda onu da qeyd edək ki, Azərbaycanın İranla sərhəddə yerləşən rayonlarının erməni işğalından azad edilməsi əməkdaşlıq üçün daha səmərəli və daha faydalı imkanlar yaradıb. Bu halda xüsusi diqqət çəkən məqamlardan biri də odur ki, bir neçə gün əvvəl Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola düşüb. “Şimal-Cənub” dəhlizi ilə ilk konteyner blok qatarı “RJD Logistika” AC, “ADY Konteyner” və “Tarkib Trans Co.”nun birgə operatorluğu ilə Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq. “Şimal-Cənub” dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Hazırkı pilot blok qatarının nəticələrindən asılı olaraq dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq. Finlandiya və ümumilikdə Avropa İttifaqı ölkələri Hindistanın vacib ticarət tərəfdaşlarıdır. Finlandiyadan Hindistana əsasən kağız məhsulları, texnika və avadanlıq, Hindistandan isə bu ölkəyə əczaçılıq, kimya sənayesi və tekstil məhsulları daşınır. Bu məhsulların, demək olar ki, hamısı konteynerlə daşına bilər və dəhlizlə hərəkət edəcək konteyner blok qatarı üzrə potensial yük bazası təşkil edir. Konteynerlər yükləmə üçün Finlandiyaya göndərilmiş Azərbaycanın “ADY Konteyner” şirkətinə məxsus dəmir yolu platformaları ilə daşınır. Uzun məsafəli transkontinental blok qatarların təşkili “ADY Konteyner” MMC-nin əsas hədəflərindən biri olduğuna görə, bu layihənin gerçəkləşməsi üçün platforma təminatını qurum öz üzərinə götürüb. Konteynerlər multimodal üsulla – dəmir yolu, avtomobil və gəmi vasitəsilə daşınaraq Nava Şeva limanına çatdırılacaq. Dəniz yolu ilə daşımadan fərqli olaraq, bu dəhliz üzrə konteyner blok qatarı tranzit müddətini xeyli qısaldacaq. Qeyd olunan dəhliz üzrə blok qatar ümumilikdə 7200 kilometr məsafə qət edərək təyinat yerinə çatdırılacaq.

Hindistanla Rusiya və Şimali Avropa ölkələri arasında nəqliyyat bağlantısı yaradan “Şimal-Cənub” dəhlizi ölkəmizin tranzit imkanlarından istifadə baxımından vacib əhəmiyyətə malikdir. Qərb, Orta Asiya və Şərq marşrutlarından ibarət olan bu dəhlizin Qərb marşrutu Azərbaycan ərazisindən keçir. Bir müddət əvvəl Süveyş kanalında yaranmış vəziyyətin qlobal təchizat zənciri üçün təhdidləri nəzərə alınarsa, bu dəhlizin transkontinental yükdaşımalar üçün rolu tədricən arta bilər.

Ramil QULİYEV

 

 


 

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ