Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycan iqtisadiyyatının yenidən sürətli inkişaf yoluna çıxdığını beynəlxalq qurumlar da etiraf etdi

Image


“İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir. Bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 milyard manatdan çox olub”. Belə bir açıqlama ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib.

Nazir qeyd edib ki, daxilolmalar üzrə proqnoz 127,1 faiz icra edilib: “Artım əsasən qeyri-neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 milyard 754 milyon manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 milyon manat ödənilib”. Ekspertlər qeyd edir ki, əslində, iqtisadiyyatın qeyri-neft sektorunda həyata keçirilən siyasət öz müsbət təsirlərini göstərir. Qarşıdakı dövr ərzində də Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru xüsusi çəkisini daha da artıracaq. Dünya Bankının Bakı Bürosunun rəhbəri Sara Maykl da bildirir ki, Azərbaycan iqtisadiyyatı inkişaf templərini bərpa edir və 2022-ci ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəyə qayıda bilər: “Dünya Bankının iqtisadçıları iqtisadiyyatın tədricən bərpa olunacağını proqnozlaşdırır. Hazırki proqnozlara görə, bu il ÜDM-in artım templərinin 3%, 2022-ci ildə isə 4% olacağı gözlənilir. Lakin ölkədə vaksinləmənin yüksək templəri, həmçinin işğal edilmiş ərazilərin bərpası ilə bağlı dövlət xərclərinin və investisiyalarının artım templəri ilə əlaqədar olaraq, faktiki artım templəri bizim proqnozlarımızı üstələyə bilər”. Onun fikrincə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, xüsusən də bu rayonların ölkə iqtisadiyyatına reinteqrasiyası iqtisadi artım templərinin bərpasına və yüksəlməsinə öz töhfəsini verəcək: “Bu özünü regionun potensialında da göstərəcək, belə ki, kommunikasiyaların, nəqliyyat marşrutlarının açılması və ümumilikdə blokadanın aradan qaldırılması ilə regional inkişafa ciddi təkan veriləcək. Məsələn, Azərbaycanın Türkiyə və digər ölkələrlə birbaşa nəqliyyat əlaqəsi Azərbaycanın logistika mərkəzinə çevrilmək perspektivlərini əhəmiyyətli dərəcədə artıracaq”, - nümayəndəlik rəhbəri qeyd edib.

Qeyd edək ki, Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in 3,4%, 2022-ci ildə isə 4,8% artacağını proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu da Azərbaycanda iqtisadi artım templərinin yüksək olacağını proqnozlaşdırır. Qurumun hesabatında qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası və aşağı neft qiymətlərinin təsirinə məruz qalıb. Sadalanan səbəblərdən başqa, ötən il quraqlıq və Ermənistanın hərbi təxribatlarına cavab olaraq Vətən müharibəsinin də iqtisadi təsirləri olub. Lakin Beynəlxalq Valyuta Fondunun missiyası hesab edir ki, Azərbaycan höküməti cəld hərəkətə keçərək, xarici şokların təsirini yumşaldıb: “Bundan sonra iqtisadi siyasətin hədəfi özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşlaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır. Davam edən vaksinasiya və iqtisadiyyatın tədriclə açılması nəticəsində iqtisadi artım bu il 2,3 %, qeyri-neft sektorunda isə 3,5 % proqnozlaşdırılır”. Ötən il qeyri-neft sektorunun 2,6 % kiçilməsini nəzərə alanda, builki 3,6 %-lik artım proqnozu onu göstərir ki, qeyri-neft sektoru nəinki tam bərpa oluna, hətta böhrandan əvvəlki həcmini ötə bilər. Neft-qaz sektorunun keçənilki 7,2 % geriləməsini bu il “Cənub Qaz Dəhlizi” hesabına “mavi yanacaq” istehsalının artması kompensasiya edəcək, hətta neft-qaz sektorunda real olaraq, 0,2 % də olsa, artım proqnozlaşdırılır.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı xam neftin qiyməti artıq 75,29  dollara yüksəlib. “Bank of America” beynəlxalq investisiya bankı isə bildirir ki, səyahətlərlə bağlı tələbatın artması ilə neft qiymətləri gələn il 100 dollara qədər yüksələ bilər. Banka görə, qlobal neft istehlakı iqtisadi canlanma ilə birlikdə istehsaldan daha çox olacaq və ətraf mühitlə əlaqədar olaraq yeni hasilat investisiyaları azalacaq. Qeyd edək ki, xam neft qiymətləri yenidən üçrəqəmli olarsa, bu, 2014-cü ildən bəri ilk olacaq. 2014-cü ildəki qlobal maliyyə böhranına qədər bir barreli 100 dollar civarında olan xam neft ABŞ-da şist neft istehsalının artmasından sonra yenidən bu səviyyələrə çata bilməmişdi. Neftlə yanaşı, qaz da Azərbaycana külli miqdarda gəlir gətirir. Bu fonda Avropa ölkələrinin məruz qaldığı isti hava qaz qiymətlərini yeni həddə çatdırıb. Hazırda “mavi yanacağın” 1 000 kubmetri 363 dollara satılır. Bu, 2018-ci ilin martından indiyədək ən yüksək göstəricidir. Xatırladaq ki, 2021-ci ilin yanvarından etibarən Avropada orta qiymət 1 000 kubmetr üçün 264  dollar olub. Lakin qiymətlər yenidən yüksəlib. Xüsusən də Avropada isti səbəbindən kondisionerlər üçün enerji sərfiyyatı artıb. Elektrik stansiyaları daha çox qaz sərf etmək məcburiyyətində qalıb.

Neft və qazla yanaşı, qeyri-neft sektoru da ölkəmizdə dinamik inkişaf edir. Xüsusən də aqrar məhsulların istehsalı və ixracı sahəsində dinamik artım var. Turizm sektorunda da statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə artıq canlanmanın başlandığını göstərir. İyun ayının 10-dan Rusiya və Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsində yumşalmaların həyata keçirilməsi, eyni zamanda 21 iyun tarixindən sonra ABŞ, Qətər, Macarıstan, İngiltərə və BƏƏ-yə reyslərin təşkili ondan xəbər verir ki, ilin sonuna qədər turizm sektoru daha da canlanacaq. Bütün bunlar ölkədə xidmət sektorunun da inkişafını daha dinamik hala gətirir.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ